Sosial

İstinadsız xəbər verənlər məsuliyyət daşıyır — Müəllif Hüquqları Agentliyi

8 Fevral 2018 12:51

Son illərdə xəbər saytlarının sayının artması ilə yanaşı istehsal etdiyi özəl xəbərlərin istinadsız verilməsindən, oğurlanmasından narazı olan mətbuat nümayəndələrinin də sayı çoxalır.

Ədəbi dil normalarını pozan telekanallara bəd XƏBƏR

8 Fevral 2018 12:38

Azərbaycan televiziya və radio proqramlarında ədəbi dil normalarını pozan şəxslər cərimələnəcək. Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bildirib ki, sözügedən cərimələr yalnız televiziya və radio verilişlərinə yox, həm də reklam elanları və lövhələrinə də şamil olunacaq. Maraqlıdır, cərimələr nə qədər olacaq? Bununla bağlı layihə artıq müzakirə edilibmi?

“Gənc Elçilər” Proqramına start verilir

8 Fevral 2018 12:27

Ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası yenidən Azərbaycan gənclərinin beynəlxalq təmsilçilik proqramı “Gənc Elçilər”ə start verir. “OLAYLAR” a daxil olan məlumata görə. proqram Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Nazir 3 ölkənin səfirini qəbul edib

8 Fevral 2018 12:25

Fevralın 7-də Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkmənistanın səfiri Məkan İşanqulyev, Meksika Birləşmiş Ştatlarının səfiri Rodrigi Lobardini və Tacikistan Respublikasının səfiri Rüstam Solini qəbul edib. “OLAYLAR” nazirliyə istinadən xəbər verir ki, görüşlərdə Azərbaycan Respublikası ilə bu ölkələr arasında mədəniyyət və turizm sahəsində əməkdaşlıq məsələləri, hüquq-müqavilə bazalarının inkişaf etdirilməsi və onların əsasında konkret tədbirlərin əks olunduğu fəaliyyət planının hazırlanması, ölkələrimizdə keçirilən beynəlxalq tədbirlərdə qarşılıqlı iştirakın təmin edilməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb.

Uşaq hüquqları tədris olunur

8 Fevral 2018 12:09

Ümumi təhsil məktəblərində “Uşaq  hüquqlarının pilləli  tədrisi” proqramı çərçivəsində treninqlər  təşkil olunur. “OLAYLAR” xəbər verir ki, tədris proqramı Bakı Şəhəri  üzrə Təhsil İdarəsi  və Ombudsman Aparatının  birgə təşkilatçılığı ilə keçirilir.

Yol kənarında yeni doğulmuş uşaq tapılıb

8 Fevral 2018 12:02

Bərdə rayonunda yol kənarında yeni doğulmuş körpə tapılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, yeni doğulmuş körpə rayonun Əmirli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkar olunub. Hadisə barədə Təcili Tibbi Yardım Stansiyasına (TTYS) və polisə məlumat verilib.

8 min əhalinin gediş-gəlişi asanlaşacaq

8 Fevral 2018 11:58

Ağcabədi rayonunda Hacıbədəlli-Pərioğulları-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, uzunluğu 18 km olan yol respublika əhəmiyyətli R33 Ağdam-Hindarx-Ağcabədi və R18 Mingəçevir-Bəhrəmtəpə yolları ilə birləşir. Məhz bu üzdən yolun əsaslı şəkildə bərpası boyu 3 yaşayış məntəqəsində yaşayan 8 min əhalinin sevincinə səbəb olub.

BMT-nin Baş Qərargahında Ekspo 2025 Bakının təqdimat mərasimi keçirilib

8 Fevral 2018 11:58

BMT-nin Nyu Yorkdakı baş qərargahında Ümumdünya sərgisi Ekspo 2025 Bakı layihəsi üzrə danışıqlar qrupu tərəfindən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi ilə birlikdə Ekspo 2025 Bakı layihəsinin BMT üzv dövlətlərinə təqdimatı keçirilib. Ekspo 2025 Bakı Əməliyyat katibliyindən “OLAYLAR”-a bildirilib ki, təqdimata dünyanın 120-ə yaxın ölkəsindən nümayəndələr təşrif buyurub. BMT-nin Nyu Yorkdakı Baş Qərargahında Azərbaycan Respublikasının daimi nümayəndəsi səfir Yaşar Əliyev giriş sözü ilə çıxış edərək, Azərbaycanın bu gün “Ümumdünya Ekspo  2025” sərgisinə ev sahibliyi etmək təşəbbüsünə dəstəyi səfərbər etmək məqsədilə bu vacib imkandan istifadə etdiyini vurğulayıb.