Sosial
Eldar Əzizov: Bayıldakı vəziyyətə görə sakinlər də məsuliyyət daşıyır
“Bayılda baş verən sürüşmə hadisələri indi deyil, hələ çox-çox əvvəllər də olub. Arxiv məlumatlarına əsasən, bizə məlum olan ilk belə hadisə 1842, 1847,1874-cü illərdə də qeydə alınıb. Sonradan da ərazidə bu hallar baş verib.
Ölkəmizin elmi nüfuzunu yüksəldən yeni elmi nəşriyyat: “Jomard Publihsing”
Müasir dünyada hər bir ölkənin nüfuzunu müəyyən edən amillərdən biri də elmin inkişafı ilə əlaqələndirilir. Təbii ki, bu mövqeyin əldə olunmasında elmi nəşrlərin əhəmiyyətli rolu vardır. Bu gün Azərbaycanda AMEA, universitetlər, digər elmi qurumlar və təşkilatlar tərəfindən çox sayda elmi jurnallar çap edilməkdədir. Bu sırada “Jomard Publihsing” Azərbaycanda və bölgədə ilk və yeni onlayn elmi nəşriyyatdır.
Masallıda məktəb yanıb
Masallı rayonunda üçmərtəbəli məktəb binasının üçüncü mərtəbəsindəki sinif otağında 1,5 m2 sahədə döşəmə yanıb.FHN-dən “Olaylar”a verilən məlumata görə, hadisə zamanı binadan 68 şagird yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Yevlaxa gətiriləcək
Rusiyada baş verən təyyarə qəzasında ölən azərbaycanlı biznesmenin meyiti bu gün Azərbaycana gətiriləcək. Azərbaycan vətəndaşı olan Namiq İnayət oğlu Qəhrəmanov doğulduğu Yevlax rayonda dəfn olunacağı gözlənilir.
MTRŞ-dan efirlərdə siqaret çəkilməsi səhnələri ilə bağlı açıqlama
Televiziyaların efirində siqaret çəkilməsi ilə bağlı məsələ Milli Televiziya və Radio Şurasının (MTRŞ) həyata keçirdiyi monitorinqlərin predmetidir. Bu barədə "Report"a MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib.
Damla atasını son mənzilə belə yola saldı
Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında müğənni Damlaya ağır itki üz verib. Müğənninin atası ürək çatışmazlığından dünyasını dəyişib. Hazırda müğənninin atasının dəfn mərasimi keçirilir.
Biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə komissiyanın iclası keçirilib
“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair” Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq, biznes inkubatorların fəaliyyətinin əlaqələndirilməsi üzrə aidiyyəti dövlət qurumlarının və biznes inkubatorların idarəedicilərinin iştirakı ilə İqtisadiyyat Nazirliyində yaradılmış əlaqələndirici komissiyanın iclası keçirilib.
Deputatlarımız Avstriyaya səfər edəcəklər
Milli Məclisin deputatları Tahir Mirkişili və Kamran Nəbizadə Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrinin parlament üzvləri üçün ticarət siyasəti üzrə seminarda iştirak etmək üçün fevralın 12-dən 16-dək Avstriyada səfərdə olacaqlar. MM-dən “Olaylar”a verilən məlumata görə, Ümumdünya Ticarət Təşkilatının və Vyana Birgə institutunun təşkilatçılığı ilə baş tutacaq toplantıda ÜTT-nin regionlararası ticarətdə birbaşa rolu, yerli ticarət və razılaşmalarda çoxşaxəlilik, ticarət sahəsində qanunvericiliyin təkmilləşdirilməsində parlamentlərin rolu və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq. Millət vəkillərimiz müzakirə edilən məsələlər barədə öz fikirlərini açıqlayacaqlar.
Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir
Gülər Əhmədova intim videoları yayılan gənclərdən danışdı: “O videoda zorlama yoxdur, ailələr isə 30 ildir ki, dostdur”
Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində təhsil alan iki şagirdin intim münasibətinin videosu yayılması ətrafında müzakirələr səngimir. Sabiq milət vəkili Gülər Əhmədova bu mövzu ilə bağlı yayımlanan bir yazı ətrafında gedən müzakirələr zamanı maraqlı fikir səsləndirib. Mövzunun aktualığını və Gülər xanımın fikirlərindəki informasiya yükünü nəzərə almaqla, həmin yanaşmanı təqdim edirik:
Yunus Oğuz: “Azərbaycan televiziyasını YADDAŞ adlandırmaq olar”
1965 -cı il fevral ayının 14. O zaman gənc aktrisa Nəcibə Məlikovanın "Göstərir Bakı" çıxışı ilə hər kəs təəccüblə evlərində eşidilən yeni səsə, yeni görüntüyə hakim kəsildi... 62 ildi bu hakimliyə sahib olan Azərbaycan Dövlət Televiziyası indi təkcə Bakını göstərmir. Dünyada və eləcə də ölkədə baş verən hadisələrlə öz doğma tamaşaçılarını xəbərdar edir. 1965 –cı il fevral ayının 14. O zaman gənc aktrisa Nəcibə Məlikovanın “Göstərir Bakı” çıxışı ilə hər kəs təəccüblə evlərində eşidilən yeni səsə, yeni görüntüyə hakim kəsildi… 62 ildi bu hakimliyə sahib olan Azərbaycan Dövlət Televiziyası indi təkcə Bakını göstərmir. Dünyada və eləcə də ölkədə baş verən hadisələrlə öz doğma tamaşaçılarını xəbərdar edir.
“Əli və Nino” şəbəkəsi uşaqlar arasında homoseksuallığı təbliğ edir – İDDİA
132-134 saylı təhsil kompleksinin 7 və 11-ci sinif şagirdlərinin intim videosu yayıldıqdan sonra bir daha həddi-büluğa çatmamış uşaqların psixoloji vəziyyəti gündəmə gəldi. Sosial şəbəkələrdə yayılan, “Əli və Nino” şəbəkəsinin 28 mall ticarət mərkəzindəki mağazasında çəkildiyi iddia edlən foto insanların etirazına səbəb olub. Belə ki, uşaqlar üçün nəzərdə tutulan oyuncaqların öpüşməyi onların alt şüuruna işləyir və xoşagəlməz hal bir müddət sonra özünü göstərir.
Daha bir yaşayış məntəqəsi qazlaşdırıldı
Salyan rayonunun Kürsəngi kəndinə təbii qaz verilib. “OLAYLAR” "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir ki, tədbirdə “Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyev, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 940 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 76 min 244 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
İctimai nəqliyyatda davranış qaydaları ilə bağlı sosial çarx hazırlanır
İctimai nəqliyyatda davranış qaydaları ilə bağlı növbəti maarifləndirici "sosial rolik" hazırlanır. “OLAYLAR xəbər verir ki, bu barədə məlumatı "BakuBus" MMC yayıb. Bildirilib ki, "sosial rolik"in çəkilişləri davam edir.
Təyyarə qəzasında ölən azərbaycanlı ilə bağlı araşdırma aparılır
“Azərbaycan Xarici İşlər, Fövqəladə Hallar və Daxili İşlər nazirlikləri əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan vətəndaşı olmasını araşdırıb”. Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, qəzada öldüyü bildirilən Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan vətəndaşıdır: “Məsələ ilə əlaqədar Azərbaycanın Rusiyadakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiyanın müvafiq dövlət təşkilatları ilə təmasdadır”.














