Sosial

Azərbaycanda restoranın girişinə yazılan bu sözlər görənləri KÖVRƏLTDİ - FOTO

12 Fevral 2018 16:56

Sosial şəbəkələrdə yayılan bir foto görənləri duyğulandırıb. Lənkəranda restoranlardan birinin giriş qapısına yapışdırılan bir yazı diqqətdən qaçmayıb.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları- Əhalinin kommunal problemlərinin həllinə yol açdı

12 Fevral 2018 16:54

Müstəqil Azərbaycan Respublikasının bu günkü iqtisadi inkişafı, əldə etdiyi nailiyyətlər. uğurlarda 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” ilə yanaşı Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının da xüsusi payı, çəkisi var. Açıq şəkildə qeyd etmək lazımdır ki, hər ikisi bir-birinə bağlı olan sənədlərdir. Əgər 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasa və Azərbaycana neftdən gəlirlər gəlməsəydi, bəlkə də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını da qəbul etməyə zərurət yaranmazdı.

Kənd təsərrüfatı naziri həbs edildi - Vəzifə səlahiyyətlərini aşdığı üçün

12 Fevral 2018 16:50

Rusiyanın Zabaykale vilayətinin kənd təsərrüfatı naziri həbs olunub. Vilayətin kənd təsərrüfatı naziri Mixail Kuzminov 2 ay müddətinə həbs edilib. Məlumata görə, o, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur.

Sürüşmə zonasındakı villa 1.350.000 manata satışa çıxarıldı

12 Fevral 2018 16:49

Sürüşmə təhlükəsi ilə əlaqədar əhalisi tamamilə boşaldılan ərazidə 1 milyonluq villa satışa çıxarılıb. Səbail rayonu, Bayıl qəsəbəsində 3 mərtəbəli dənizə mənzərəsi olan villa satılır. 8 otaqdan ibarət olan villanın həyətində hovuzu, bağı və qarajı var. Vilanın 3 geniş bağlı və açıq mətbəxi mövcuddur. Villanın hər mərtəbəsində ayrıca hamam, 3 və 4 yataq otağı var. Əmlak sahibi tərəfindən 1.350.000 manata satılır.

Əxlaqsız şagirdin videosu incələndi – Sarsıdıcı fakt

12 Fevral 2018 16:46

Orta məktəblərdə baş verən neqativ halların tək günahkarı məktəb direktorlarıdır. Onların səriştəsizliyi, qeyri-peşəkarlığı nəticəsində bu hadisələr baş verir. Bəzi şəxslər yazır ki, tərbiyə evdə verilir, günah ailələrdədir. Bu fikir absurddur. Heç bir valideyn evdə övladına demir ki, get kiminləsə əlaqədə ol. Hesab edirəm ki, neqativ halların baş verdiyi təhsil müəssisələrinin direktor və bütün idarəçi heyətinin müqaviləsinə Əmək Məcəlləsinin müvafiq maddələri ilə xitam vermək lazımdır.

Milli Məclisin İntizam Komissiyasının tərkibinə yenidən baxılacaq

12 Fevral 2018 16:31

“Çox güman ki, bu yaxınlarda Milli Məclisin İntizam Komissiyasının ixtisaslaşmış tərkibi seçiləcək. Ola bilsin ki, komissiyanın tərkibində dəyişiklik oldu”. Bunu deyən millət vəkili, Milli Məclisin İnztizam Komissiyasının üzvü Fazil Mustafanın sözlərinə görə, “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanunda dəyişiklik olub və İntizam Komissiyası həmin qaydaları pozan şəxslərlə bağlı şrəy verə biləcək. Həmin rəyi də ixtisaslaşmış komissiya verə bilər: “Burada müəyyən təhqiqatın aparılması və hüquqi rəyin verilməsindən söhbət gedir.

“Azəriqaz” abonentlərin sayı 2 106 635-ə çatıb

12 Fevral 2018 16:24

2018-ci ilin yanvar ayı ərzində SOCAR-ın “Azəriqaz”  İstehsalat Birliyində əhali sektoru üzrə 9 493 yeni abonent qeydiyyata alınıb ki, bunun da 7 324-ü Bakı, Abşeron və Sumqayıt, 2 169-u isə regionlar üzrədir. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı “Azəriqaz” İstehsalat Birliyi yayıb. Bildirilib ki, bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 106 635-ə çatıb.

Respublika fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

12 Fevral 2018 16:23

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.  “OLAYLAR” Təhsil Nazirliyinə istinadən xəbər verir ki,  şagirdlər öz nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) və olimpiada.edu.az saytından əldə edə bilərlər. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 5751 nəfərə yaxın şagird iştirak edəcək. Respublika mərhələsinin yarımfinal turuna, rayon (şəhər) mərhələsində 60-dan yuxarı bal toplayan bütün şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi dəvət edilir. İnformatika fənni üzrə nəticələr 14 fevral 2018-ci il tarixinədək elan ediləcək.

Əmək Nazirliyində Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub

12 Fevral 2018 16:18

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Dünya Bankının sosial müdafiə üzrə missiyası ilə görüş olub. Görüş ölkəmizdə sosial müdafiə, o cümlədən sosial yardım və pensiya siyasətlərində son irəliləyişlər barədə missiyanın məlumatlar əldə etməsi, ünvanlı dövlət sosial yardımı proqramı üzrə texniki yardım layihəsi çərçivəsində gələcək birgə fəaliyyət istiqamətlərinin müzakirə olunması məqsədini daşıyıb.

Nazirlik videosu yayılan şagirdlə bağlı təkzib verdi

12 Fevral 2018 15:54

Valideyn məktəb rəhbərliyi ilə birgə övladının digər ümumtəhsil müəssisəsində təhsilini davam etdirməsi üçün qərar qəbul edib. Hazırda şagirdə psixoloji yardım göstərilir. Bu sözləri Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov 132-134 nömrəli Təhsil Kompleksində intim videosu yayılan 7-ci sinif şagirdi ilə bağlı açıqlamasında deyib.

“Akademikin son əsəri” Sabir Rüstəmxanlının ön sözü kimi...

12 Fevral 2018 15:32

Söz və fikir adamı, ötən əsrin 80-ci illərində “Ömür” kitabı ilə hamını ovsunlamış, xalq şair Sabir Rüstəmxanlının “Akademikin son əsəri” romanını oxuyub qurtarandan sonra bir xeyli fikirləşməli oldum: görəsən, bu kitab öz dəyərini, qiymətini alacaqmı və görəsən, biz niyə həmişə dərdimizi deyənləri, yaxşı mənada “donkixotluq” edənləri sonadək başa düşmür, yaxud başa düşmək istəmirik? Əgər mən ədəbiyyat tənqidçisi olsaydım, heç şübhəsiz “Akademikin son əsəri” romanının mövzusu, ideyası, süjeti, onun obrazları və təhkiyə özəllikləri ilə bağlı geniş bir məqalə yazardım və belə məqalələr yazılmalıdır da. Amma mənim deyəcəyim söz başqadır.

Misir Ali Təhsil Nazirliyi mükafatlandırdı

12 Fevral 2018 15:30

Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri-mədəniyyət attaşesi Əhməd Sami Elaydi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədov və qurumun əməkdaşları ilə görüşüb. O.Səmədov Misirin ölkəmizdəki səfirliyi ilə həyata keçirilən layihələrin uğurlu nəticələrindən söz açıb.

Milli Məclis 18 məsələni müzakirə edəcək

12 Fevral 2018 15:02

Fevralın 13-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. MM-dən “Olaylar”a verilən məlumata görə, iclasın gündəliyinə 18 məsələ daxildir. Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir. Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq.

Qəfil vəfat edən teleaparıcının SON STATUSU

12 Fevral 2018 14:53

Bu gün qəfil vəfat edən keçmiş teleaparıcı, Mərdəkan Mədəniyyət sarayın bədii rəhbəri, aktyor Kamran İsrafilovun feysbukda yazdığı son status marağa səbəb olub. Lent.azxəbər verir ki, 39 yaşlı aktyorun 2 gün əvvəl sosial şəbəkədə ibrətamiz və düşündürücü  fikir paylaşıbmış.