Sosial

Baş Prokurorluq KİV-ə xəbərdarlıq edib

12 Fevral 2018 19:07

Baş Prokurorluq yetkinlik yaşına çatmayanlarla əlaqədar yayılan məlumatlarla bağlı KİV-ə xəbərdarlıq edib. Baş Prokurorluğun mətbuat xidmətindən  daxil olan məlumatda bildirilir ki, son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan orta məktəb şagirdinin zorakılıq hərəkətlərinə məruz qalması, hər iki yetkinlik yaşına çatmayan şəxsin adı, soyadı və onlar haqqında digər məlumatların təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçilərinin rəyi nəzərə alınmadan bu cür məlumatların yayılması qanun pozuntusu kimi qiymətləndirilməklə ictimaiyyəti ciddi narahat edir: “Həmin faktla bağlı qanunla nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirildiyi halda, bəzi KİV-də bu qəbildən olan informasiyaların ictimailəşdirilməsi yetkinlik yaşına çatmayanların psixoloji, emosional sarsıntısına səbəb olmaqla yanaşı, ciddi problemlərə yol açır və həmin şəxslərin gələcək həyatlarını ciddi sınaqlarla qarşı-qarşıya qoyur. 

Bakıda klinika maşın satır – 2000 manat

12 Fevral 2018 18:43

Ölkənin məşhur klinikalarından olan Mərkəzi Klinika MMC maşınlarından birini satışa çıxarıb. Klinika 2007-ci ilin “Fiat Albeo” markalı avtomobilini Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edib. Komitə mart ayının 13-də keçirəcəyi hərracda klinikanın avtomobilini özəlləşdirməyə verəcək. Avtomobilin ilkin satış qiyməti 2000 manatdır.

An-148-də ölən azərbaycanlı kriminal avtoritet deyilmiş

12 Fevral 2018 18:36

Fevralın 11-də Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olan Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlunun kriminal aləmlə əlaqəli olması barədə mediada yayılan xəbərlər təkzib edilir.

Təyyarə qəzasında ölən azərbaycanlının ailə üzvləri Moskvaya gedib

12 Fevral 2018 18:25

Azərbaycanın Rusiyadakı səfirliyi təyyarə qəzasında ölən ölkə vətəndaşı Namiq Qəhrəmanovla bağlı məlumat yayıb. Məlumatda bildirilir:  "Məlum olduğu kimi, cari ilin 11 fevral tarixində Moskva-Orsk marşrutu üzrə uçuş həyata keçirən “Saratov Hava Yolları”na məxsus An-148 təyyarəsi qəzaya uğrayıb.

BŞTİ rəhbərliyi paytaxtın ətraf ərazilərində yerləşən məktəblərində olub

12 Fevral 2018 17:47

“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində paytaxtın ətraf ərazilərində yerləşən ümumi təhsil müəssisələrində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) rəhbərliyinin görüşlərinə start verilib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşlərdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və valideyn icmasının təmsilçiləri iştirak ediblər.

Dəmiryolçular prezident seçkilərində aktivlik göstərəcək

12 Fevral 2018 17:47

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində 2017-ci ilin, eləcə də son üç ilin yekunlarına həsr olunmuş yığıncaq keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov ilk öncə bildirib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edib. Həmişə olduğu kimi, bu dəfə də dəmiryolçular prezident seçkilərində aktivlik göstərəcək və ölkəmizin işıqlı gələcəyinə səs verəcəklər.

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

12 Fevral 2018 17:23

“Vətəndaşlar yaşayış ərazisi üzrə tibb müəssisəsinə vaxtında müraciət etməli və profilaktik tibbi müayinədən keçməlidirlər”. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

BQXK nümayəndələri Dilqəm Əsgərov və Şahbaz Quliyevlə görüşüb

12 Fevral 2018 17:22

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərlə görüşüblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova  bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri ötən həftəDağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə bir daha baş çəkib: “Biz münaqişə nəticəsində saxlanılan şəxslərə mütəmadi baş çəkməkdə davam edirik. Mandatına uyğun olaraq BQXK saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraiti və onlarla rəftarı monitorinq etsin, həmçinin saxlanılan şəxslərə ailələri ilə əlaqə saxlamalarına şərait yaratsın”.

Keçən il ASAN Xidmət mərkəzlərinə “Azərsu” ilə bağlı 55092 müraciət edilib

12 Fevral 2018 17:14

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində təmsil olunması istehlakçılara göstərilən müştəri  xidmətlərinin asanlaşdırır və bu sahədə şəffaflığın  artırılmasını təmin edir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, 2017-ci ildə “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin  xidmət bölmələrinə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı ümumilikdə 55092 müraciət edilib. Müraciətlərin 26793-ü “ASAN xidmət”, 28299-u isə “ASAN Kommunal” mərkəzlərində qeydə alınıb. Hesabat dövründə edilən müraciətlər arasında itirilmiş və zədələnmiş smart kartların bərpası, abonent məlumatlarına dəyişikliklərin edilməsi, borclar haqqında məlumatların verilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edibr. Ən çox müraciət Sabunçu rayonundakı, Sumqayıt və Gəncə şəhərlərindəki “ASAN xidmət” mərkəzlərində, həmçinin 2 saylı “ASAN Kommunal” mərkəzində qeydə alınıb.

Mübariz Qurbanlı Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi ilə görüşüb

12 Fevral 2018 17:13

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 12-də Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallagerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Mübariz Qurbanlı ölkəmizdəki tolerant və multikultural mühitdən söhbət açaraq bildirib ki, tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları və dərin tarixi-mədəni kökləri mövcuddur.

Lənkəranda sel sularının dağıtdığı körpü yenidən inşa edildi

12 Fevral 2018 17:11

Lənkəran rayonunun Əşlə kəndində sel nəticəsində dağılan körpü yenidən tikilərək istifadəyə verilib. “OLAYLAR”-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yüksək keyfiyyətlə inşa olunan körpü R-48 Lənkəran-Lerik avtomobil yolunun 14-cü kilometrliyindən ayrılan və Əşlə kəndinə gedən yolun 1-ci kilometrində, Lənkərançay üzərində yerləşir.

Azərbaycan müxalifətinin seçiciyə təqdim edəcəyi konstruktiv heç nəyi yoxdur

12 Fevral 2018 17:10

“Siyasi təşkilatın əsas vəzifəsi seçkilərdə iştirak etmək və özünün proqramını təbliğ edərək namizədlərini cəmiyyətə tanıtmaqdır”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov çıxış edib: “Əgər bir siyasi partiya, yaxud da təşkilat seçkidə iştirak etmirsə, onda nə üçün fəaliyyət göstərirlər?”. Əkrəm Həsənov deyib ki, prezident seçkiləri cəmiyyətin növbəti dövr üçün özünün liderini seçməsi üçün mexanizmdir: “Hansısa partiya, yaxud da təşkilatın bu prosesdə iştirak edib-etməməyindən asılı olmayaraq, kifayət qədər namizədlər var və seçici özünün seçimini edə biləcək. 

11 qanunsuz miqrant saxlanılıb

12 Fevral 2018 17:06

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçi­ril­miş tədbirlər za­ma­nı 7 nə­fər Nepal, 3 nəfər Hindistan Respublikası və 1 nəfər Şri Lanka və­­tən­da­şı sax­­­la­nılıb. “OLAYLAR” Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, araşdırma zamanı Hindistanda fəaliyyət göstərən Deepak adlı şəxsin Ukrayna və­tən­da­şı Vladislav Kobil ilə əlbir olaraq əcnəbilərin Azərbaycana gətirilməsini təşkil et­diyi məlum olub.

“Onlardan əl çəkin!” – Psixoloq 134 saylı məktəbin şagirdlərinin müdafiəsinə qalxdı

12 Fevral 2018 17:01

“Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı Moderator.az-a açıqlamasında bu günlərdə Bakının 134 saylı məktəbində baş verən məlum olayla bağlı maraqlı fikirlər səsləndirib. Bu cür olayların media və sosial şəbəkələrdə qabardılmasının yanlış olduğunu bildirən L.Əmrahlı, məsələyə bu cür yanaşmanın vəziyyəti daha da mürəkkəbləşdirdiyini, hadisə iştirakçısı olan yeniyetmələrin psixologiyasına ciddi zərbə vurduğunu qeyd edib:

Azərbaycanda restoranın girişinə yazılan bu sözlər görənləri KÖVRƏLTDİ - FOTO

12 Fevral 2018 16:56

Sosial şəbəkələrdə yayılan bir foto görənləri duyğulandırıb. Lənkəranda restoranlardan birinin giriş qapısına yapışdırılan bir yazı diqqətdən qaçmayıb.