Sosial
Temperatur 5 dərəcə enəcək, qar yağacaq - XƏBƏRDARLIQ
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.
Məktəblilər təhlükəsizliklə bağlı maarifləndirilir
Paytaxt məktəblərində fövqəladə hallar zamanı istifadə olunan təhlükəsizlik avadanlıqlarına baxış və məktəblilər üçün təlim keçirilir. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən reallaşdırılan təlimin əsas məqsədi şagirdlərin fövqəladə vəziyyətlərə hazırlığını yoxlanmaq, təxliyyə planlarına nəzər salmaq, eləcə də müvafiq təhlükəsizlik tədbirlərinə və hadisələrə qarşı məktəbliləri psixoloji cəhətdən hazırlamaqdan ibarətdir. Təlim prosesində məktəblilər bütün növ təhlükəsizlik avadanlıqları ilə tanış olur və onların funksionallığını nəzərdən keçirirlər.
Goranboyda 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur
Goranboy rayonunda ümumi uzunluqları 34 km olan və 26.5 min əhalinin yaşadığı 20 yaşayış məntəqəsini əhatə edən 2 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, layihəyə uyğun 10 metr enində yeni yol yatağının tikintisi aparılır. Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti ilə texnoloji ardıcıllıqla həyata keçirilən işlərin davamı olaraq qum-çınqıl qarışığından ibarət yol əsasının tikintisi ardınca isə 2 laydan ibarət asfalt-beton örtüyünün salınması işləri aparılacaq.
“Qadının həyatdakı missiyası uşaq böyütməkdir” – Ülviyyə Əliyeva – VİDEO
Nazirlikdən əxlaqsız şagirdlə bağlı - Çağırış
Xəbər verdiyimiz kimi, Bakı şəhərinin Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində biabırçı hadisə baş verib. Təhsil Kompleksinin 11-ci sinfində oxuyan R.C 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında cinsi əlaqədə olub və bunu telefona çəkərək, sosial şəbəkələrdə yayıb.
Səbail RİH: "Yaşayış binaları təhlükəli sahədən 5 km aralıda yerləşir"
“Bayılda tikilən yeni çoxmənzilli yaşayış binaları təhlükəli sahədən 5 kilometr aralıda yerləşir və bütün layihə işləri tikinti norma və qaydalarına uyğun olaraq aparılır”. Bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
“Bayılda təhlükəli sahədə yerləşən tikililər plansız, bir gecəyə tikilən evlərdir”
“Səbail rayonu, Bayıl yaşayış massivindəki Cənub Dərə adlanan əraziyə yağan intensiv yağıntılar buradakı duruma təsir göstərir, yağış suları ərazidə yaranmış çatlara dolaraq torpağın alt qatlarına hopub. Nəticədə sürüşməyə meylliliyin mərkəzində vətəndaşlara məxsus 4 fərdi ev tam, 1-i isə qismən dağılıb”. Bunu Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. Onun sözlərinə görə, İcra Hakimiyyəti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində uçan və həmin evlərin yaxınlığındakı tikililərdə vətəndaşların əmlakı çıxarılaraq nəqliyyat vasitələri ilə başqa yerlərə daşınıb: “Əhalinin bu ərazidən vaxtında köçürülməsi nəticəsində xəsarət alan olmayıb”.
Gənclərin və idmançıların respublika toplantısı keçirilib
Bu gün Azərbaycan Respublikası Prezidentinin seçkilərində gənclərin və idmançıların namizədinin dəstəklənməsinə həsr olunmuş respublika toplantısı keçirilib. Məlumata görə, toplantı Azərbaycan dövlət himninin səslənməsi və Azərbaycan prezidenti İlham Əliyevin fəaliyyətinə həsr olunmuş sənədli filmin nümayişi illə başlayıb.
Baş Ələt stansiyasında yeni yoldəyişənlər quraşdırılır
Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir. İlk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 118 yoldəyişən yenisi ilə əvəz olunub.
Məktəblinin intim videosuna baxmaq istəyənlər
Həftə sonu canfəşanlığından- sil süpürdən, biş düşdən canımı qurtarıb üz tutdum sosial şəbəkələrə ki, görüm dünya neçə bucaqdır? Nə var, nə yox, nə baş verir. Gördüm yenə hay-həşirdi , ağız deyəni qulaq eşitmir. Baxdım, baxdım, sonra baxa bilmədim artıq, əsəblərim dözmədi.
Dini Komitə rəsmisi: “İnstitutun fəaliyyətə başlaması ilə bu sahədə milli kadr çatışmazlığına da son qoyulacaq...”
Azərbaycanda İlahiyyat İnstitutu yaradılır. Belə ki, prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaratmaq, Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.
Teleqüllə yaxınlığında 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yarandı - SOS
“Bayıl yamacındakı sürüşmə aktiv fazadadır. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Azərbaycandan Həcc ziyarəti üçün ayrılan kvota kəskin azaldı
Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün ayrılan yerlərin sayı məlum olub. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, bu il Azərbaycanda Həccə 600 zəvvar gedə biləcək. Bu, indiyə qədər Azərbaycandan Həcc ziyarəti üçün ayrılan ən az kvotadır. Buna qədər ən az yer ötən il ayrılmışdı. 2017-ci ildə Azərbaycandan Həccə 900 zəvvar getmişdi.
Şad xəbər: pulsuz müayinələrə start verildi – 3 ay...
Bu gündən ölkə əhalisinin pulsuz tibbi müayinələrdən keçirilməsinə start verilir. Səhiyyə nazirinin müavini Nigar Əliyevanın sərəncamına əsasən, əhalinin tibbi müayinələrdən keçirilməsi mayın 12-dək davam edəcək. Bu müddət ərzində respublika əhəmiyyətli tibb müəssisələrinin mütəxəssislərindən ibarət qruplar müntəzəm olaraq regionlara ezam olunacaqlar.
İnstitut direktoru: Xəzərdə “süd qasırğası”nın baş verməsi adi haldır
Xəzər dənizində “süd qasırğası” deyilən prosesin baş verməsi adi haldır. Bunu Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun direktoru, okeanoloq-hidroloq, texnika elmləri doktoru, professor, akademik Ramiz Məmmədov deyib.














