Sosial

DİM sədri: “Prezident seçkiləri ilə əlaqədar imtahanların tarixində dəyişiklik edilməyəcək”

28 Fevral 2018 17:29

“Prezident seçkilərinə görə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlar təxirə salınmayacaq və onların vaxtı dəyişdirilməyəcək”. Bu sözləri  Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. 

İndi də alıcıları belə aldadırlar

28 Fevral 2018 17:18

Bakıda gediş-gəlişin çox olduğu yerlərdə piştaxtasını quran satıcılar məhsulunu satmaq üçün yeni bir üsula əl atıb. Malın önünə qoyduqları qiymət uzaqdan 1 manat görünsə də, yaxınlaşan zaman baha olduğu aydınlaşır. Məsələn, əgər meyvənin qiyməti 1 manat 80 qəpikdirsə, satıcılar lövhədə 1 manatı böyük hərflərlə yazır. Aşağıdan isə balaca hərflərlə 80 qəpik sözlərini qeyd edirlər.

"Azərbaycanda uşaqlara seriallardakı adların qoyulması halları artıb"

28 Fevral 2018 17:14

Azərbaycanda son dövrlərdə yeni doğulan körpələrə xarici serial qəhrəmanlarının adlarının qoyulması halları artıb. Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. Onun sözlərinə görə, son dövrlərdə uşaqlara Türkiyə türkcəsindən alınmış adlar çox verilir. Lakin bu adlar verilərkən Azərbaycan ədəbi dilinin normalarına riayət edilir: "Türkiyə türkcəsində "e" ilə yazılan adlar bizdə "ə" ilə yazılır. Məsələn, Əsma adı son dövrlərdə qız uşaqlarına çox qoyulur. Oğlan uşaqlarına da Sinan, Kamran, Səmral və s. adlar çox qoyulur".

Astarada qanunsuz meşə materialı aşkarlanıb

28 Fevral 2018 16:56

Astarada qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, nazirlik əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, gizli və oğurluq yollarla daşınması hallarının qarşısını almaq məqsədilə mütəmadi reydlər keçirilir.

Silahı polisə təhvil verdi

28 Fevral 2018 16:53

Nardaran qəsəbə sakini odlu silahı polisə könüllü olaraq təhvil verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, həyata keçirilən profilaktiki tədbirlər nəticəsi olaraq Sabunçu rayonunun Nardaran qəsəbə sakini Afət Əlizadə qundağı kəsilmiş “TOZ-16” markalı tüfəngi və 9 ədəd patronu könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.

Regional proqramlar Qərb bölgəsində uğurla icra edilir

28 Fevral 2018 16:33

Artıq 14 ildir ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları ölkədə uğurla icra edilir.  Məhz bu proqramların uğurlu icrası ölkənin simasını başdan-başa dəyişib,  Azərbaycanın hər bir sahədə inkişafına təkan verib.

Əfv sərəncamı nə vaxt imzalanacaq?

28 Fevral 2018 16:23

Ola bilsin, əfv sərəncamı Novruz bayramında deyil, 28 May ərəfəsində açıqlansın. Bu sözləri Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

Qazax və Ağstafanın içməli su təchizatı yaxşılaşdırılıb

28 Fevral 2018 16:20

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Qazax və Ağstafa rayonlarında həyata keçirilən layihələr uğurla yekunlaşıb. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Qazax rayonunun Kəmərli kəndində keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb.

Oğuzda 4 min əhalinin gediş-gəlişi asanlaşacaq

28 Fevral 2018 16:19

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən sistemli fəaliyyət çərçivəsində Oğuz rayonu Bucaq-Muxas-Baş Daşağıl avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. “OLAYLAR”-a Agentlikdən bildirilib ki, 17.5 km uzunluğa malik olan avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. 6 metr hərəkət hissə, 2 metr çiyinlər olmaqla yolun eni 10 metr təşkil edəcək. Başlanğıcını respublika əhəmiyyətli R9 Qaraməryəm-İsmayıllı-Şəki-Oğuz avtomobil yolundan götürən yerli əhəmiyyətli yol torpaq və çınqıl örtüklüdür. Bu üzdən 4 yaşayış məntəqəsində yaşayan 4 min nəfər əhalini gediş-gəlişində çətinliklər olur. Lakin yolun yenidən qurulması bu çətinlikləri geridə qoyacaq. Hazırda yol boyu yeni yol yatağının inşası işləri aparılır. Buna paralel olaraq mövcud suötürücü boruların yenilənməsi və zəruri olan yerlərdə yenilərinin inşası işləri də görülür. Bu işlərə uyğun müxtəlif diametrli 200 metr uzunluğunda yeni dəmir-beton suötürücü borunun quraşdırılması nəzərdə tutulub.

Hüquq-mühafizə orqanlarının uğurlu əməliyyatı

28 Fevral 2018 16:11

Ölkədə qanunsuz olaraq odlu silah saxlayan və gəzdirən şəxslərə qarşi mübarizə tədbirləri gücləndirilib. Son vaxtlar belə şəxslərə qarşı hüquq-mühafizə orqanları tərəfindən bir sıra uğurlu əməliyyatlar keçirilib.