Sosial
Pul yığmağın 5 sadə üsulu
Vəkil: “Koroğlu” şirkətində Vergilər Nazirliyinin araşdırma aparması zərurəti var”
Multikulturalizmin Azərbaycan modelindən bəhs edən kitab təqdim olundu
Azərbaycan Dillər Universitetinin Gəncə şəhərində məskunlaşmış Kəlbəcər qaçqınlarının təhsil aldıqları 1 saylı məktəbdəki pedaqoji təcrübə rəhbəri Anar Rəhimovun təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində məktəb rəhbərliyi, pedaqoji kollektiv və şagirdlər, Kəlbəcər məktəblərinin direktorları, rayon təhsil idarəsinin mütəxəssisləri iştirak edib.
Onlayn-oyunlar və əyləncələrin faydası
Oyun avtomatlarını və istənilən başqa qumar oyunlarını adətən təhlükəli və zərərli həvəslərə aid edirlər. Bu məşhur hobbiyə belə qərəzli münasibət nə qədər ədalətlidir? Belə bir fikir mövcuddur ki, onlayn-oyunlar insanın psixikasına və fiziologiyasına müsbət təsiri göstərməyə bacarıqlıdır.
Bakının arxiyepiskopu fəxri fərmanla təltif olundu
Ulu öndər Heydər Əliyevin banisi olduğu və bu gün Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dövlət siyasəti nəticəsində getdikcə möhkəmlənən, ölkəmizdə insan kapitalının formalaşması və zənginləşməsini təmin edən azərbaycançılıq məfkurəsi zəminində milli mənəvi dəyərlərimizin, mədəniyyətimizin və milli sərvətimiz hesab edilən dilimizin təbliği Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas fəaliyyət istiqamətlərindən biridir. Fondun “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində artıq üçüncü ildir ki, Rus Pravoslav kilsələrində, eləcə də Alban-Udi xristian icmasında “Azərbaycan dili” üzrə təlim kursları təşkil olunub. Dövlət dilini rusdilli vətəndaşlara təcrübəli dil və ədəbyyat müəllimləri tədris edirlər. Hər il kursu uğurla bitirənlərə müvafiq sertifikatlar təqdim olunur. Dinləyicilər Bilik Fondu tərəfindən dərslik və lüğətlərlə, danışıq kitabçaları və əyani vəsaitlərlə təmin edilirlər. Həmçinin təlimlər zamanı onlar Azərbaycan dilində film və teatr tamaşalarına dəvət edilir, muzey və sərgilərlə tanış olur, tanınmış yazıçılar və mədəniyyət xadimləri ilə görüşür, fondun maarifləndirici layihələrinə qatılırlar. Bu barədəOlaylar.az - a Bi
Kariesin yaranma səbəbi...
Karies - dünyada ən çox yayılan xəstəliklərdən sayılır. Əhalinin 99% -i bu xəstəlik haqda məlumatlıdır. Bu günə qədər alimlər kariesin yaranma mexanizminin 400 -ə yaxın teoriyasını araşdırmışlar.
Donuz qripi haqqında bilmədiyimiz ŞOK faktlar!
Rus virusoloqu, ali dərəcəli həkim Serqey Qarusov "Komsomolskaya pravda" qəzetinə donuz qripinin simptomları və fəsadları, donuz qripindən qorunma yolları və s. haqqında geniş müsahibə verib. Bu müsahibədən bəzi vacib məlumatları sizə təqdim edir
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
“Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi Azərbaycan dilinin inkişafına həsr olunub
AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının sayca 77-ci məşğələsi Azərbaycan dilinin inkişafına həsr olunub.
Bölgədən bölgəyə keyfiyyətli mobil internet şəbəkəsi ilə növbəti hədəflərə doğru
Azercell Telekom MMC Azərbaycan rabitə bazarının lider mobil operatoru olaraq ölkədə fəaliyyətini uğurla davam etdirir. Bu barədə şirkətin 2017-ci ilin nəticələrinə dair mətbuat üçün illik hesabatında ətraflı məlumat təqdim olundu. Azərbaycanın mobil rabitə sektorunda 48.2% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in mobil xidmətlərinə üstünlük verir.
Beyləqanda 3 otaqlı ev yanıb
Beyləqan rayonu, Şərq kəndində ümumi sahəsi 75 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə evin yanar konstruksiyaları və ev əşyaları 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Sex içərisindəki avtomobillə birgə yanıb
Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 50 m2 olan rəngləmə sexinin yanar konstruksiyaları və içərisində olan "OPEL" markalı avtomobilin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bitişik sexlər və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
DİM imtahanlarda iştirakın qiyməti ilə bağlı Tarif Şurasına müraciət edəcək
“İmtahanlara sərf olunan maliyyə vəsaiti və digər məsələlər tərəfimizdən əsaslandırılaraq təkliflər hazırlanacaq”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, yeni təkliflər gələn il Tarif Şurasına təqdim ediləcək.
Məleykə Abbaszadə: "Dövlət qulluğunun müsahibə mərhələsinə qeyri-ciddi yanaşılır"
“Dövlət qulluğuna qəbulla bağlı test imtahanından sonra təşkil edilən müsahibələrlə bağlı qanunvericiliyə bəzi dəyişikliklər ediləcək”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Martın 4-də 36846 nəfər 9-cu sinif şagirdi buraxılış imtahanı verəcək
Martın 4-də respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirəcək. DİM-in mətbuat xidmətindən verilən məlumata görə, həmin gün ümumilikdə 36846 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.














