Sosial

Hər məktəb üçün 100 000 manatlıq qrant imkanı

1 Mart 2018 11:31

2018-ci il üzrə elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi ilə əlaqədar maarifləndirici görüş təşkil olunub. “OLAYLAR” xəbər verir ki, BŞTİ-nin tabeliyindəki 42 nömrəli tam orta məktəbdə keçirilən görüşdə İdarənin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Bayramda ətin qiyməti kəskin ucuzlaşacaq 

1 Mart 2018 11:25

Novruz bayramı ilə əlaqədar Bakı və Sumqayıt şəhərlərinin əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması məqsədi ilə kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək. 

Bakıda nə qədər əhali yaşayır?

1 Mart 2018 11:09

2018-ci il yanvar ayının 1-ə qədər olan vəziyyətə görə Bakı şəhərinin əhalisinin sayı 2 milyon 262 min 560 nəfərə çatıb. 2017-ci il ərzində Bakı şəhərinin əhalisinin sayı 16 770 nəfər və ya 0,7 faiz artıb.

Ucuz və keyfiyyətsiz qulaqcıqlar TƏHLÜKƏLİDİR - VİDEO

1 Mart 2018 11:06

Hazırda satışda kifayət qədər ucuz və keyfiyyətsiz telefon qulaqcıqları var. Mütəxəsislər isə belə qulaqcıqların zərərləri ilə bağlı ciddi xəbərdarlıq edir. Qiyməti 70 qəpik və 1 manat arasında dəyişir. Bu cür qulaqcıqlara bir çox yerlərdə xüsusi ilə də metro çıxışlarında rast gəlmək olar. Elə qiymətinin ucuzluğu onun keyfiyyətinə, daha doğrusu keyfiyyətsizliyinə dəlalət edir. Həkimlər həyəcan təbili çalır. Çünki yol kənarında satışda olan bu cihazlar insan səhhətində müxtəlif fəsadlar törədə bilər.

Bakıda ən yüksək maaşı kimlər alır?

1 Mart 2018 10:58

2017-ci ilin yanvar-dekabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 6,1 faiz artaraq 785,8 manat olub.

Azərbaycanlı müğənnidən üzücü xəbər: Qəzaya düşdü - Anbaan VİDEO

1 Mart 2018 10:52

Müğənni Zenfira İbrahimova və prodüseri Aynur avtomobil qəzasına düşüb. Qəza nəticəsində xoşbəxtlikdən heç biri xəsarət almayıb.

Qida Təhlükəsizliyi Agentliyi maarifləndirmə aksiyalarına start verir

1 Mart 2018 09:57

Qida Təhlükəsizliyi Agentliyi əhali arasında genişmiqyaslı və uzunmüddətli maarifləndirmə aksiyalarına start verib. Agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən Olaylar.az - a verilən məlumata görə, qurum “5 addımda Qida Təhlükəsizliyi”, “Qida zəncirinin halqaları”, “Uşaqlar üçün yemək çantasının hazırlanma qaydaları” başlıqlı sosial məsuliyyət layihələri həyata keçirəcək. Layihənin məqsədi hər yaş qrupundan olan qida məhsulu istehlakçılarına qida təhlükəsizliyi anlayışını izah etmək, Azərbaycan gələcəyinin təməli hesab edilən azyaşlı uşaqlara ilkin gigiyena norma və qaydalarını aşılamaqdan ibarətdir.

Hər gün bu ərzaqlardan MÜTLƏQ istifadə edin!

1 Mart 2018 09:33

Qida üzrə mütəxəssislər orqanizmin ümumi balansını qorumaq üçün hər gün bu dörd ərzağı qida rasionuna əlavə etməyi tövsiyə edirlər. Bunlar kök, qoz, alma və qara şokoladdır. Bu ərzaqlarda dəmir, nişasta və lazımi vitamin çeşidləri mövcuddur. Mədə və bağırsaq sisteminin yaxşı işləməsinə, beyinin fəaliyyətinin tənzimlənməsinə xidmət edir. Həm də insanı gümrahlaşdırır, əhval-ruhiyyəsini qaldırır.

Gürcüstanda BƏDBƏXT HADİSƏ - Azərbaycanlı uşaq öldü

1 Mart 2018 09:06

Tbilisinin mərkəzindəki Barataşvili küçəsində yerləşən binaların birindən düşən pəncərə şüşəsi 6 məktəbliyə ciddi xəsarət yetirib. Yeniyetmələr xəstəxanaya yerləşdirilib. Bədbəxt hadisə nəticəsində xəsarət almış uşaqlardan biri ölüb. Bu barədə yeniyetmənin yerləşdirildiyi İnqorovka adına xəstəxanadan bildirilib. Həkimləri deyiblər ki, uşağın travmaları çox ağır olub və əməliyyat zamanı onun ürəyi dayanıb. Ölən uşağın azərbaycanlı, 14 yaşlı Aslan Məmmədov olduğu açıqlanıb. Uşağın şəxsiyyəti Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin başsağlığı mesajında qeyd olunub.