Sosial
Cümhuriyyətə həsr edilən konfrans
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutu və Şabran Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Cümhuriyyət tariximiz - qürurumuzdur” mövzusunda konfrans keçirilib. Olaylar.az bildirir ki, Şabran Heydər Əliyev Mərkəzində təşkil olunan konfrans Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xalq Cümhuriyyəti İli” və "1918-cı il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" imzaladığı sərəncamları işığında keçirilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətində ÖLÜM HADİSƏSİ
Mingəçevir Şəhər İcra Hakimiyyətində ölüm hadisəsi baş verib. İdarənin kargüzarlıq işləri ilə məşğul olan 1956-ci il təvəllüdlü İntizar Məmmədovanın ürək tutmasından qəfil halı pisləşib. Ətrafdakıların səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Rühəngiz Allahverdiyeva tanınmaz hala düşdü - FOTO
Beynəlxalq Mülki Müdafiə Gününə həsr olunan tədbir
Azərbaycan Dillər Universitetində (ADU) Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrasının müdiri, dosent Sevda Zamanovanın təşkilatçılığı ilə 1 Mart-Beynəlxalq Mülki Müdafiə Günü münasibəti ilə tədbir keçirilib. ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov 1 mart tarixinin dünyanın 100-dən artıq ölkəsində Beynəlxalq Mülki Müdafiə Günü kimi qeyd edildiyini vurğulayıb. O, əlavə edib ki, universitetdə bu əlamətdar günlə bağlı tədbirin keçirilməsi tələbələrin maariflənməsinə öz töhfəsini verəcək.
Germanistika İnstitutunun açılış mərasimi
Şəkərli diabetdən qorunmanın yolları
Şəkərli diabet çox təhlükəli və hiyləgər xəstəlikdir. Uzun müddət ərzində diabet (söhbət 2-ci tip diabetdən gedir) özünü heç bir ciddi simptomla büruzə verməyə bilər.
Zobun müalicəsində qurbağa kömək edirmi?
Çox güman ki, siz də bu haqda eşitmisiniz. Məsələn, uzun illər ərzində zob xəstəliyindən əziyyət çəkən filankəs qurbağanın köməyi ilə tam sağaldı. Bu mümkündürmü? Yoxsa heç bir tibbi əsası olmayan növbəti əfsanədir.
Təzyiqin qalxmasının əsas 10 SƏBƏBİ...
Tibbi statistika göstərir ki, dünyada insanların 40% yüksək təzyiqdən əziyyət çəkir. Yüksək təzyiq çox təhlükəli haldır. Uzun müddət ərzində mövcud olan yüksək təzyiq ciddi pozulmalara (ürək-damar, böyrək xəstəlikləri, korluq, infarkt, insult) səbəb ola bilər.
"İntihar edərəm ..." - Xoşqədəm canlı yayımda SÖZ VERDİ - VİDEO
Aylardır Lənkəranda yoxa çıxan 1 uşaq anası Çinarənin axtarışları nəticə vermir. "Səni axtarıram"ın axtarışlarının nəticə vermədiyini görəm Xoşqədəm efir vasitəsi ilə Çinarəylə bağlı hər hansı bir məlumatı olan insanlara müraciət edib. Aparıcı canlı yayımda itkin gəlinin taleyi ilə bağlı ona məlumat verən şəxslərin anonimliklərini ölümü, həbsxanaya düşməyi, intiharı bahasına da olsa qoruyacağı ilə bağlı müraciət edib.
Lənkəranda itən şəxs tapılıb
Lənkəranda evdən çıxaraq geri qayitmayan 1990-cı il təvəllüdlü Fərid Nazim oğlu Ağayev tapılıb. F. Ağayev ailəsinə zəng vuraraq olduğu yer barədə məlumat verib, daha sonra isə evə qayıdıb. F. Əliyevin hansı səbəbdən evdən getdiyi və bir neçə günü harada keçirdiyi açıqlanmayıb.
Əbülfəs Qarayev Moldova nümayəndə heyəti ilə görüşüb
Martın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Moldova Respublikası Təhsil, Mədəniyyət və Tədqiqatlar Nazirliyi Aparatının rəhbəri Georq Postikenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR” xəbər verir ki, görüşdə Moldovanın Bakıdakı səfiri Georq Leuka, Moldova Azərbaycanlıları Konqresinin sədri Vüqar Novruzov, Moldova Yazıçılar Birliyinin sədri, şair Arkadi Suçevyanu, moldavan ədibləri Leo Butnaru, Nikolay Spetaru, İqor Volnitski və Azərbaycan Yazıçılar Birliyi (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu iştirak edib.
Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu bağlantısı ilə bağlı gələcək perspektivlər müzakirə olunub
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla İran Yol və Şəhərsalma Nazirinin müavini, İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında ikitərəfli görüş keçirilib. “OLAYLAR”-a Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin icra vəziyyəti çərçivəsində Astara (İran) terminalının tikintisi, Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu bağlantısı ilə bağlı hərəkət perspektivləri müzakirə olunub.
Hava qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ
Azərbaycanın rayonlarında martın 2-də hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
Azərbaycanda vulkan püskürüb
Bu gün səhər saatlarında Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bilirib ki, palçıq vulkanının ətrafında heç bir yaşayış məntəqəsi yoxdur. Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.
Yeni sürüşmə və uçqun sahələri yaranıb, yol infrastrukturuna ziyan dəyib
Azərbaycanda sürüşmə sahələrində vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, Astarada Kijəbə və Miki sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunur.


.jpg)








.jpg)


