Sosial
Maşın vuran piyada xəstəxanada ölüb
Xaçmaz rayonunun Xudat şəhərində yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, martın 4-də saat 22 radələrində Xaçmaz rayonunun Xudat şəhərində Qusarçay kənd sakini Şakir Orucov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Bəhruz Qafarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.
Xalq artisti bu gün vəfat edən atasının YASINA GƏLMƏDİ
Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarına ağır itki üz verib. Sənətçilərin atası Zakir Məmmədov 84 yaşında dünyasını dəyişib. Gülyanaq Məmmədova bildirib ki, atasının 84 yaşı olsa da, heç bir xəstəliyi olmayıb:“Bu hadisə bizim üçün gözlənilməz oldu, atam infarkt nəticəsində vəfat edib. O, Şəkidə doğulub boya başa çatdığı doğma yurdunda dəfn olunacaq. Bundan xəbərim yox idi, hazırda Azərbaycanda deyiləm, xaricdə qastrol səfərdəyəm. Çox təəssüf edirəm ki, dəfn mərasimində iştirak edə bilməyəcəm. Zəng edib baş sağlığı verən hər kəsə təşəkkür edirəm”.
Maraqlı iddia: "Gülüş kökəlmənin və piylənmənin qarşısını alır"
Çoxlarımıza elə gəlir ki, gülüş insanın yalnız xoş əhvalı, xoş ovqatı deməkdir. Əsla yox. Gülüş həm də insanın sağlamlığına kifayət qədər müsbət təsir edəcək amillərdən biridir. Bəs bu amillər hansılardır?
Ən yaxın dostuna aşiq olanlara 8 vacib məsləhət...
Ən yaxın dostunuzun sizin üçün daha böyük əhəmiyyət kəsb etdiyini anladığınız an demək, vəziyyət dəyişib. Onunla bir çox məqamları paylaşmaq, dostunuza nəsə danışmaqdan daha çox sanki ona nəsə izah etməyə çevrilir. Deməli, siz artıq ən yaxın dostunuza aşiq omusunuz. Sözsüz ki, burada söhbət oğlan və qız dostluğundan gedir.
Ötən ay 1 437 ədəd partlamamış hərbi sursat və 1 ədəd tank əleyhinə mina zərərsizləşdirilib
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 2018-ci ilin fevral ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.
Nişanlısına mesaj yazaraq özünü öldürdü - Təfərrüat
Göyçay rayonunda 23 yaşlı oğlanın intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb. Veysəlli kəndində yaşayan 1995-ci il təvəllüdlü Mikayılov Mikayıl Rafael oğlu özünü asaraq intihar etməzdən əvvəl nişanlısına telefonda mesaj yazıb. O, qonşuluqda yaşayan nişanlısına son olaraq “salamat qal, mən getdim” sözlərini yazıb. Nəyin baş verdiyini anlamayan qız bir qədər sonra Mikayılın ölümünü eşitdikdə onun intihar etdiyini başa düşüb.
Məleykə Abbaszadə: “Qanunvericilikdə dəyişiklik olmasa, ciddi maddi çətinliklərlə qarşılaşacağıq”
Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclasında dövlət qulluğu ilə əlaqədar görülmüş işlər müzakirə olunub. DİM-in mətbuat xidmətindən verilən məlumata görə, iclasda qeyd olunub ki, indiyə qədər ümumilikdə 1488, inzibati vəzifələrin A növü üzrə 33, B növü üzrə 1455 namizəd dövlət qulluğuna qəbul imtahanlarında iştirak edərək sertifikat əldə edib. Son iki ay ərzində dövlət orqanlarından daxil olmuş 2026 vakansiya üçün müsabiqə üzrə 4 müsahibə elanı verilib.
Qadın sürücü Vasif Məhərrəmlinin videosunu yaydı
Əməkdar artist Vasif Məhərrəmli idarə etdiyi 10 VM 500 qeydiyyat nişanlı "Rənc Rover" markalı avtomobillə paytaxtda yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə və piyadalara maneə yaradıb. Onun bu hərəkətləri sürücü-təlimçi Arzu Babayeva adlı qadın tərəfindən lentə alınıb. Müğənni avtomobili ilə yolayrıcında geriyə hərəkət edərək piyada keçidinin üstündə dayanıb.
Telia şirkəti Azercell-dəki payını satmağa razılaşdı
Telia Sonera və Turkcell-ə məxsus olan Fintur Holdings B.V. (Fintur) şirkəti özünün Azərbaycanın telekommunikasiya operatoru Azercell-in tam səhmdarı olan Azertel-dəki 51.3 faiz payını Azərbaycan Respublikasının tam dövlət mülkiyyətində olan Azintelekom-a satmağa razılıq verib.
Yanvar-fevral aylarında əlillər 4243 protez-ortopedik məmulatı və reabilitasiya vasitəsi ilə təmin olunub
2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər 4243 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub.
“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı Şəhəri üzrə Təhsil İdarəsində paytaxt məktəbləri arasında təşkil edilən “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. “OLAYLAR” xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və saytın idarə edilməsində məsul olan şəxslər iştirak edib.
AXC - nin 100 illiyinə həsr olunmuş tədbir keçirilib
Martın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnşaat-texnologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş tədbir keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, fakültənin dekanı, professor Tahirə Haqverdiyeva AXC-nin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti İlham Əliyevin 2017-ci il 16 may tarixli sərəncamını yada salıb, yubileyin keçirilməsinə dair tədbirlər planına uyğun olaraq “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində bütün elm-təhsil müəssisələrində, dövlət və özəl qurumlarda silsilə tədbirlərin təşkil olunduğunu deyib. Belə tədbirlərdən birinin bu gün universitetdə baş tutduğunu deyən dekan bu tarixi günün əhəmiyyəti barədə məlumat verib. O, AXC-nin tarixindən danışıb, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini qeyd edib.
“Gənclərin İqtisadi Platforması” layihəsi başa çatdı
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyi ilə baş tutan “Gənclərin İqtisadi Platforması” layihəsi başa çatıb. “OLAYLAR” xəbər verir ki, “Gənclərin İqtisadi Platforması” layihəsi iqtisadiyyat və biznes sahəsində həyata keçirilib. Layihənin ana məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təkan vermək, iqtisadi inkişafına dəstək olmaq olub.
Məktəblilər üçün 20 000 dollarlıq mükafat şansı
“Qızıl Bayt 2018” (Golden Byte) beynəlxalq kompüter çempionatı keçiriləcək. “OLAYLAR” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə keçirilən çempionatın əsas məqsədi informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını təmin etmək və layihələrinə dəstək verməkdən ibarətdir.
Bakcell şirkəti ADA Universitetinin təşkil etdiyi 6-cı Karyera Sərgisində iştirak edib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell ADA Universitetinin təşkil etdiyi 6-cı Karyera Sərgisində iştirak edib. Hər il ənənəvi olaraq keçirilən bu tədbirin məqsədi Azərbaycanın gənc istedadlı tələbələrini və müxtəlif sahələrdə fəaliyyət göstərən müəssisələrin nümayəndələrini bir araya gətirərək onlar arasında əlaqə yaratmaq və gənc kadrları potensial işəgötürənlərə daha yaxın etməkdir. Sərgidə ölkənin ən nüfuzlu şirkət və müəssisələri təmsil olunub və onlar ADA Universitetinin tələbə və məzunlarını müxtəlif karyera və təcrübə imkanları ilə tanış ediblər.












.jpg)
.jpg)
