Sosial

FHN-dən əhaliyə Novruz xəbərdarlığı

7 Mart 2018 14:12

Fövqəladə Hallar Nazirliyiəhaliyə əhaliyə müraciət edib. “Olaylar” xəbər verir ki, müraciətdə qeyd olunur ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarını bilmək vacibdir: bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır;

8 yaşayış məntəqəsinə təbii qaz verilib

7 Mart 2018 14:07

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirə salınmaz işlər həyata keçirilir.

“Azərbaycan Ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib

7 Mart 2018 14:06

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan Ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda dəyirmi masa keçirilib. “OLAYLAR” nazirliyə istinadən xəıbər verir ki, şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbirdə çıxış edərək ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığından, eləcə də azərbaycançılıq ideologiyasına, dövlətə və dövlətçiliyə sədaqətindən danışaraq hər bir hərbi qulluqçunun Vətəni şücaətlə  qoruduğunu bildirib.

Rusiyada azərbaycanlı diaspor rəhbəri təltif edilib

7 Mart 2018 14:05

Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Əlizaman Rəhimov “Müqəddəs Sergiy Radonejski Nişanı” ilə təltif edilib. “OLAYLAR” xəbər verir ki, Ə. Rəhimov Moskva vilayətinin sosial-iqtisadi inkişafında xidmətlərinə, ictimai və xeyriyyə sahələrində fəaliyyətinə görə bu təltifə layiq görülüb. Moskva vilayətinin Domodedovo şəhərində ötən ilin sosial-iqtisadi yekunlarına dair keçirilən yığıncaqda vilayətin qubernatorunun müavini Natalya Virtuozova “Müqəddəs Sergiy Radonejski Nişanı”nı həmyerlimizə təqdim edib.

Bakcell şirkətinin baş direktoru Barselonada panel müzakirələrinə qatılıb

7 Mart 2018 14:04

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti, mobil sənayesinin paytaxtı olan Barselona şəhərində keçirilmiş Dünya Mobil Konqresində iştirak edib. GSMA tərəfindən təşkil olunan Dünya Mobil Konqresi (Mobile World Congress) mobil telekommunikasiya sahəsinin ən nüfuzlu və ən böyük tədbirlərdən biri sayılır.

Bakıda Novruz bayramı ilə bağlı tədbirlər planı açıqlandı

7 Mart 2018 13:53

Bakının Fəvvarələr meydanında Mədəniyyət və Turizm Nazirliyi, Milli Turizm Təbliğat Bürosu və Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən birgə təşkil olunacaq Novruz festivalında regional musiqi və xalq yaradıcılığı kollektivləri ilə yanaşı, tanınmış müğənnilər də iştirak edəcək.

“Qəbələ pilot layihəsi” davam edir

7 Mart 2018 13:31

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin pilot layihəsi çərçivəsində Qəbələ rayonu Heydər Əliyev Mərkəzinin rayonun siyasi-ictimai həyatında rolunun artırılmasına yönəlmiş növbəti tədbir həyata keçirilib. Olaylar.az bildirir ki, martın 7 – də Nazirliyin, habelə İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçı dəstəyi ilə Qəbələ rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar gününə həsr olunmuş tədbir keçirilib.

Novruz bayramı ilə bağlı tədbir keçirəcək qoruqların SİYAHISI

7 Mart 2018 13:26

Novruz bayramı ilə bağlı tədbir keçirəcək tarix-mədəniyyət qoruqlarının siyahısı açıqlanıb. Məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan, Novruz bayramı ilə bağlı tədbir keçirəcək tarix-mədəniyyət qoruqlarının siyahısı aşağdakı kimidir.

Nazirlik 25 iş üzrə 16327,69 manat məbləğində iddia qaldırdı

7 Mart 2018 13:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. 

Mobil Dünya Konqresi keçirilib

7 Mart 2018 13:20

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” şirkətinin rəhbərliyi İspaniyanın Barselona şəhərində keçirilmiş GSMA Mobil Dünya Konqresində (GSMA WorldMobileCongress) iştirak edib.

Martın 11-də 40 minə yaxın şagird imtahan verəcək

7 Mart 2018 13:15

Dövlət İmtahan Mərkəzi tərəfindən martın 11-də Sumqayıt, Abşeron, Gəncə, Göygöl, Samux, Naftalan, Goranboy, Daşkəsən, Şəki, Oğuz, Qəbələ, Lənkəran, Astara, Biləsuvar, Ağsu, Zərdab, Şamaxı, Kürdəmir, Ağdam, Yevlax, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Xaçmaz, Şabran rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Güclü külək və temperaturun düşməsi meteohəssas insanlarda narahatlıq yaradacaq

7 Mart 2018 13:13

Bakıda və Abşeron yarımadasında martın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq.  Mülayim cənub küləyi əsəcək. 

Hava şəraiti kəskin pisləşəcək - XƏBƏRDARLIQ

7 Mart 2018 13:08

Bakıda və Abşeron yarımadasında martın 09-u günün ikinci yarısından martın 10-u səhərədək hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə  5-7 dərəcə aşağı enəcək.

Əflatun Amaşov: "Azərbaycanda jurnalistlərin 60 faizi qadınlardır"

7 Mart 2018 13:02

"Azərbaycanda qadınların digər sahələr kimi, mətbuatda da təmsilçiliyi çox fəaldır". Məlumata görə, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.