Sosial

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

8 Mart 2018 09:33

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür. Qadın hərəkatının tarixi 1857-ci ildə nyu-yorklu qadınların 12 saatlıq iş gününə etirazı ilə başlayıb. 1910-cu ildə alman sosialist qadın Klara Setkin 8 martın dünya qadınlar günü kimi qeyd edilməsinə nail olub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Polis özünü Kürə atan qızı xilas etdi

8 Mart 2018 09:30

Yevlax şəhəri ərazisindəki körpüdə xidmət aparan Rayon Mühafizə Polisinin əməkdaşı Tahir Rüstəmov bir nəfər qızı xilas edib. Tahir Rüstəmov Kür çayının sahilində, xidmət apardığı körpüdə ətrafı nəzərdən keçirərkən bir nəfər gənc qızın suya atıldığını görüb. Polis əməkdaşı özünü itirmədən çevik davranaraq gənc qızı sudan təhlükəsiz yerə çıxarıb, onun həyatını xilas edib.

Sumqayıtda polis əməkdaşını maşın vurdu

7 Mart 2018 21:32

Sumqayıt şəhərində 28 yaşlı gənci maşın vurub. Hadisə şəhərin 12-ci mikrorayon ərazisində qeydə alınıb. Belə ki, Sumqayıt şəhər sakini, 1990-cı il təvəllüdlü Kərim Cəbrayıl oğlu Babazadə naməlum avtomobil tərəfindən vurulub. Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Lənkəranda fermada 22 ədəd top mərmisi tapıldı - FOTO

7 Mart 2018 21:09

Lənkəranda keçmiş hərbi hissə ərazisindən 22 ədəd 125 mm-lik top mərmisi aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Lənkəran rayonu, Liman şəhəri, Səməd Vurğun küçəsində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Aya 10 kilo arıqlamaq istəyənlər üçün - Hazırlanması asan olan QARIŞIM!

7 Mart 2018 19:30

Qarın bölgəsindəki yağlar, artıq çəki bir çoxlarının problemidir. Ona görə əksər insanlar müxtəlif pəhrizlərdən istifadə edirlər. Bir aya 10 kq arıqladan mötşəm pəhriz üsulunu təqdim edirik.

Yol polisi qadın sürücüləri təbrik edəcək

7 Mart 2018 19:00

Hər il olduğu kimi bu il də Bakı Şəhər Dövlət Yol Polisi qadın sürücüləri, eləcə də yol hərəkəti iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edəcək.

Ürəyi xəstə olan insanlar evində pişik saxlasın - Alimlərdən tövsiyə

7 Mart 2018 18:55

Pişiklər qədim zamanlarda mistik heyvan hesab olunurdu, onlara hətta sitayiş edirdilər. Müasir tibb pişikləri ən faydalı ev heyvanı hesab edir və onların insan orqanizmə olan müalicəvi təsirini təsdiq edir. Rus alimlərinin son araşdırması növbəti dəfə pişiklərin "terapevtik effekti"ni sübut edib. Volqoqrad Dövlət Universiteti alimləri araşdırma zamanı aşkar ediblər ki, pişiklər insanların arterial təzyiqini və ürək ritmini tənzimləyir. Bunun sirri isə pişiklərin mırıltısındadır.

Lənkəranda fermada 22 ədəd top mərmisi tapılıb

7 Mart 2018 18:30

Lənkəranda keçmiş hərbi hissə ərazisindən 22 ədəd 125 mm-lik top mərmisi aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Lənkəran rayonu, Liman şəhəri, Səməd Vurğun küçəsində 6 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

UNICEF: "2030-cu ilədək daha çox uşağın həyat şəraiti pisləşə bilər"

7 Mart 2018 18:04

650 milyon uşaq Dayanıqlı İnkişaf Məqsədlərinin  DİM) ən azı üçdə ikisinin sürətləndirilmiş inkişafdan uzaq qalmış ölkələrdə yaşayır. UNICEF-in Azərbaycandakı nümayəndəliyindən  verilən xəbərə görə, bu barədə UNICEF-in yeni bir qlobal hesabatında bildirilir. Hesabatda xəbərdarlıq edilir ki, həmin ölkələrdə 2030-cu ilədək indiki ilə müqayisədə daha çox uşaq pis həyat şəraiti ilə üzləşə bilər.

Regionlarda qız övladlarının dəyəri təbliğ olunur

7 Mart 2018 17:57

Regionlarda “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi”  layihəsi çərçivəsində təlimlər davam edir. “OLAYLAR” GİN-ə istinadən xəbər verir ki, layihə Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə, BMT-nin Əhali Fondunun Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı həyata keçirilir.  “Azərbaycanda qız övladlarının dəyərinin təbliğ edilməsi üçün gənclərin maarifləndirilməsi” layihəsinin məqsədi gənc kişilər və gələcək ataların iştirakına yönələn tamamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.

Qrodno Universitetinin nümayəndələri AzTU-da olub

7 Mart 2018 17:57

Belarusun Yan Kupal adına Qrodno Dövlət Universitetinin prorektorları Yuri Eduardoviç və Dmitri Fedoroviç Azərbaycan Texniki Universitetində (AzTU) olublar. “OLAYLAR” xəbər verir ki, qnaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Azərbaycanla Belarus arasında sürətlə inkişaf edən elmi əlaqələrə diqqət çəkib. Xalıq Yahudov bildirib ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda digər sahələrdə olduğu kimi elm sahəsində də yeni dövr başlandı.

Sürüşmə ərazisində çatlar BÖYÜDÜ

7 Mart 2018 17:39

Bu gün yağışın yağması bəzi sürüşmə ərazilərində aktivliyə səbəb olub.  Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov açıqlamasında bu haqda məlumat verib:  ""Zəli gölü” adlanan ərazidə yağışların yağması ilə sürüşmə prosesində aktivlik müşahidə edilib. Təbii və texnogen amillərin də bu sürüşmə prosesinin sürətlənməsinə təsiri var. Adıçəkilən sürüşmə ərazisi vulkana daha yaxındır. Keyrəki vulkan məhsullarının zamanla püskürərək qurunt suları tərkibinə daxil olması və yağışların təsirindən islanaraq axıcı hala gəlməsi də bu prosesin baş verməsinə səbəb olub”.

Narkoloji Dispanserin keçmiş baş həkimi məhkəmə zalında həbs edilib

7 Mart 2018 17:33

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər Narkoloji Dispanserinin rüşvət almaqda ittiham olunan keçmiş baş həkimi Hüseyn Həsənov və Mətanət Şamçıyevanın barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Əmək Nazirliyində bayram tədbiri

7 Mart 2018 17:28

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 8 Mart-Beynəlxalq Qadınlar günü ilə əlaqədar nazirlikdə çalışan qadınların iştirakı ilə tədbir keçirilib.