Sosial

"Şahbaz gəzə bilmir, vəziyyəti pisdir" - Girovun qardaşı

12 Mart 2018 17:44

Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin rəsmi saytında kəlbəcərli girovlar - Şahbaz Quliyev və Dilqəm Əsgərova işgəncələr verilməsinə dair faktlar göstərilib. Şahbaz Quliyevin qardaşı İlham Quliyev  işgəncə faktlarını təsdiqləyib. O, qardaşının vəziyyətinin pis olduğunu deyib: "Qardaşıma və Dilqəmə işgəncə verilməsindən xəbərim var.

1-ci Donor Əlaqələndirmə Görüşü keçiriləcək

12 Mart 2018 17:29

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə martın 16-da 1-ci Donor ƏlaqələndirməGörüşü keçiriləcək. Qida Təhlükəsizliyi Agentliyindən “OLAYLAR”-a bildirilib ki, görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycan Respublikasına akkreditə olunmuş səfirləri və Agentliyin vəzifəli şəxsləri iştirak edəcəklər.

AzTU-da Startap Günləri ilə bağlı toplantı keçirilib

12 Mart 2018 17:27

Azərbaycan Texniki Universitetində (AzTU) 6-7 apreldə təşkil olunacaq Startap Günləri ilə əlaqədar işçi qrupu və iştirakçılarla birgə toplantı keçirilib. “OLAYLAR”-a bildirilib ki, toplantıda AzTU-nun prorektoru, professor İsa Xəlilov layihənin əhəmiyyətindən danışaraq bildirib ki, Startap Günləri ilə bağlı universitetdə işçi qrupu yaradılıb. Prorektor qeyd edib ki, innovativ ideyaları olan onlarla tələbə Startap Günlərində iştirak etmək üçün artıq qeydiyyatdan keçib.

Gədəbəydə 3 istiqamət üzrə avtomobil yolları yenidən qurulur

12 Mart 2018 17:25

Gədəbəydə uzunluğu 29 km olan 3 istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu km-dən ayrılan və 20 km uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin 6.1 km-lik Çanaqçı-Haçaqaya və 2.9 km-lik Qoşabulaq-Sarıtala avtomobil yollarıdır.

Ziya Məmmədov, Hafiz Məmmədov və Acunun... təyyarələri

12 Mart 2018 17:16

Martın 11-də Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə uçan “Challenger 604” təyyarəsinin İranında qəzaya uğraması xəbəri Azərbaycan mediasında da gündəm mövzulardan birinə çevrilib. Xatırladaq ki, təyyarədə olan 2-si qadın pilot, 1 stüardessa, 8 sərnişin daxil olmaqla olmaqla hamı həlak olub.

Vilayət Eyvazov aprelin 3-də hesabat verəcək

12 Mart 2018 16:42

Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Milli Məclisə hesabat verəcəyi tarix müəyyənləşib. Məlumata görə, Milli Məclisin aprel 3-də keçiriləcək iclasında Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2017-cı il üzrə illik hesabatı deputatlar qarşısında məruzə olunacaq. Hesabatı Azərbaycanda İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov təqdim edəcək.

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı 500-ə çatıb

12 Mart 2018 15:58

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək 500 insan müraciət edib. Bu barədə  Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) xəbər verilib. Bildirilib ki, müraciətlərin qəbul olunması davam edir və hazırda 500 insan Həcc ziyarətinə getmək üçün müraciət edib. QMİ-dən onu da bildiriblər ki, müraciət edənlər arasında hələ ki təkrar Həcc ziyarətinə getmək istəyən yoxdur. Əvvəlki illərdə təkrar gedənlərin sayı isə 12 nəfər olub.

Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib

12 Mart 2018 15:55

Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib. Məlumata görə, bu barədə Prezident İlham Əliyevsərəncam imzalayıb. Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini - Qərargah rəisi təyin edilib.

Regionlarda təcili yardım maşınlarına kameralar quraşdırılacaq

12 Mart 2018 15:52

Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 12 regional məntəqəsindəki təcili yardım maşınlarına kameralar quraşdırılacaq. Bu barədə Səhiyyə Nazirliyinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlalov bildirib.

Bakıda köşk və avtomobil yanıb

12 Mart 2018 15:49

Paytaxt Bakıda silsilə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Nizami rayonunda ümumi sahəsi 6 m2 olan, taxtadan ibarət köşkün yanar konstruksiyaları, "AzSamand" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri, salonunun qabaq oturacağı, şiti qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Hacıqabulda 4 otaqlı ev külə dönüb

12 Mart 2018 15:48

Hacıqabul rayonunda ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları 80 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Suraxanıda 3 otaqlı ev yanıb

12 Mart 2018 15:46

Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 85 m2 olan birmərtəbəli 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə mənzilin eyvanının lambirdən ibarət tavanı 12 m2 sahədə və 1 ədəd dolab qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Mikayıl Cabbarov Qubada vətəndaşları qəbul edib

12 Mart 2018 15:45

Vergilər naziri Mikayıl Cabbarov Quba şəhərində 3 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında vətəndaşları qəbul edib. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Quba, Qusar, Xaçmaz və Şabran rayon sakinləri iştirak edib.