Müəllimədən biabırçı hərəkət- 8 Mart hədiyyəsini sındırdı
12 Mart 2018 16:50 Sosial8 mart Qadınlar bayramından bir neçə gün keçməsinə baxmayaraq söz-söhbətlər səngimir. Məsələn Maştağa qəsəbəsindəki 293 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Hüseynova Mahirə müəlliməyə yaraşmayan bir hərəkət edib. Belə ki şagirdlərdən biri ona pul əvəzinə hədiyyə verdiyi üçün nə edib bilirsinizmi? Müəllimə həmin hədiyyəni şagirdin və şagirdlərin gözü qarşısında sındırıb! Bəli sındırıb! Fikrimizcə Təhsil Nazirliyi məsələni araşdırmalı və azyaşlını şagirdlərin gözü qarşısında alçaltdığına görə cəzalandırılmalıdır. Qeyd edək ki nazirliyin Qaynar xətti fəaliyyət göstərir. Xatırladaq ki məlumat valideyn şikayəti əsasında hazırlanıb.OLAYLAR