Sosial

Azərbaycanın qızıl-gümüş bazarında QİYMƏTLƏR dəyişdi

13 Mart 2018 09:22

Azərbaycanda martın 12-də qızıl qiymətləri təxminən 9,73 manat (0,4 faiz) artaraq 1 troy unsiyası üçün 2 250,528 manat təşkil edib. Bu barədə Azərbaycan Məkəzi Bankının hesabatında deyilir.

Hüquqşünas dələduzluqda ittiham edildi

13 Mart 2018 00:17

Tağı Hüseynov dələduzluqda ittiham olunur. Bu barədə Şəki şəhər sakini Səadət Vəkilova məlumat verib. Şikayətçi bildirib ki, 2 il öncə yaranmış mülki problemlə əlaqədar Tağı Hüseynovdan kömək istəyib. O ailənin Şəki şəhərində yaşamasına baxmayaraq, problemin onların xeyrinə həll edilməsini öhdəsinə götürüb:

Tələbələr gürcü dilini öyrənir

12 Mart 2018 19:49

Gürcüstanın Qafqaz Universitetinin professoru M.Mançgaladze Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdullanın təşəbbüsü ilə fevralın 26-dan martın 8-nə kimi ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə “Gürcüstanşünaslığa giriş” fənni üzrə dərslər keçib.

YARATda Konfutsi İnstitutunun konsert proqramı 

12 Mart 2018 19:27

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu və “YARAT” Müasir İncəsənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Bakı Çin yeni ilini qeyd edir” adlı konsert proqramı təşkil olunub. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov bildirib ki, Konfutsi İnstitutunun əsas məqsədi Azərbaycan ictimaiyyətini zəngin mədəniyyətə malik olan Çin bayramları, Çinin nadir ruhani mədəniyyəti ilə tanış etmək, Azərbaycan və Çin xalqları arasında ənənəvi dostluq əlaqələrini gücləndirməkdir. Konfutsi İnstitutunun Çin tərəfindən direktoru xanım Li Jihua Azərbaycanda Çin dilinə marağın artırılması və Çin mədəniyyətinin tanıdılması məqsədi ilə bir sıra tədbir və seminarların təşkil olunduğunu qeyd edib.

Limon-sarımsaq qarışımının möcüzəvi faydaları

12 Mart 2018 19:10

Limon və sarımsaq hər biri ayrılıqda sağlamlığımıza ən faydalı qidalar kimi ilk sıralarda yer alır.  Ancaq limonla sarımsaq birləşdikdə sağlığımız üçün möcüzəvi qarışıma çevrilir. Sizə limon-sarımsaq qarışımının möcüzəvi faydaları barədə məlumat veririk.

Salyanda yol qəzası baş verib, ölənlər və xəsarət alanlar var

12 Mart 2018 18:17

Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Salyanın Peyk kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində ölənlər və xəsarət alanların olduğu bildirilir.

Ankarada “Avrasiya Xidmət Mükafatları 2018”-in təqdimetmə mərasimi keçirilib- VİDEO

12 Mart 2018 18:03

Bir neçə gün öncə Ankarada Avrasiya İqtisadi Əlaqələr Dərnəyi (EkoAvrasiya) tərəfindən təşkil olunan 2018-ci Beynəlxalq Avrasiya Xidmət Mükafatları Mərasimi keçirilib. Mükafatların təqdimetmə mərasimində Bilim Sənaye və Texnologiya naziri Faruk Özlü, Makedoniya Respublikası dövlət naziri professor doktor Adnan Kahil, prezident başdanışmanı Yalçın Topçu, “EkoAvrasiya” İdarə Heyətinin sədri Hikmət Ərən, “EkoAvrasiya” sədr yardımçısı Kemal Kurnaz, azərbaycanlı iş adamı “Okuklu Holding”in rəhbəri Yılmaz Okuklu, Türkiyə Böyük Millət Məclisinin üzvləri və bir çox ölkələrin Türkiyədəki səfirləri iştirak edib. 

Nazirlikdən pensiyalarla bağlı – Şad xəbər

12 Mart 2018 17:48

Əmək pensiyaçılarının sosial müdafiəsinə və onların maraqlarının təminatına yönələn növbəti tədbir kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən mart ayı üzrə bütün pensiyaların maliyyələşdirilməsi Novruz bayramına kimi başa çatdırılacaq.