Sosial

Sulu qar yağacaq

13 Mart 2018 12:59

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, gecə yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-2, gündüz 5-8, Bakıda gecə 0-2, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Milli Məclis martın 30-da xüsusi iclas keçirəcək

13 Mart 2018 12:20

Milli Məclisin 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı martın 30-da xüsusi iclası keçiriləcək. “Olaylar”ın məlumatına görə, xüsusi iclasda soyqırım ilə bağlı qərar layihəsi qəbul ediləcək. Həmçinin, iclasda Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə ünvanlanacaq müraciət müzakirə ediləcək.

Milli Təcrübə Forumu keçirilib

13 Mart 2018 11:52

 “İrəli” İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Milli Təcrübə Forumu” layihəsi baş tutub. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbir müddətindəAzərbaycan Respublikasının dövlət himni səsləndirilib. Layihə haqqında “İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı məlumat verib. Daha sonra Brandup agentliyinin direktoru Tamerlan İsmayilov, Phi gallery və Panda School- un təsisçisi Elvin Dadaşsoy, təlimçi Anar Məmmədov və Malik Bağırovun təqdimatı baş tutub. Forum müddətində panel və ictimai müzakirələr, vorkşoplar, təqdimatlar həyata keçirilib, uğurlu gənc sahibkar və uğurlu startup layihə modelləri təqdimatları təşkil olunub.

Daha iki yaşayış məntəqəsinə təbii qaz verilib

13 Mart 2018 11:49

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması həmçinin uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin yenidən mavi yanacaqla təmin edilməsi istiqamətində görülən məqsədyönlü tədbirlər 2018-ci ildə də davam etdirilməkdədir. “OLAYLAR” İstehsalat Birliyinə istinadən xəbər verir ki, bu məqsədlə Xaçmaz rayonunun Aşağıoba və Xuray kəndlərinə ilk dəfə təbii qaz verilib.

Şahdağda 41 sm hündürlükdə qar yağdı - FAKTİKİ HAVA

13 Mart 2018 11:47

Martın 12-si gündüzdən 13-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə. əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 12-si gündüzdən 13-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

Reyd zamanı antisanitar vəziyyət aşkarlandı

13 Mart 2018 11:40

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçirilib.

Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş qayıqdakı balıqçılar xilas edilib

13 Mart 2018 11:28

Bu il martın 12-də Astara reydində fırtınalı hava şə­raiti ilə əlaqədar batma təhlükəsi ilə üzləşən “ŞA-274” bort nömrəli, “Yamaha-48” mühərrikli üzmə vasitəsinin iki nəfərdən ibarət heyə­ti tərəfindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəza­rə­ti məntəqəsinə köməklik göstərilməsi barədə müraciət edilib.

Almaniyalı alimlər AzTU-da

13 Mart 2018 11:23

Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) bir qrup alimi martın 12-dən Azərbaycan Texniki Universitetində (AzTU) səfərdədir. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, qonaqları qəbul edən AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov şıxışında ölkəmizlə Almaniya arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən söz açıb.

Eldar Əzizov: “Bayıl sürüşmə sahəsindəki 98 evdən yalnız birinin sənədi var”

13 Mart 2018 11:11

"Bayılda sürüşmə sahəsində yaşayan sakinlərə ailənin tərkibinə görə kirayə haqları verilir". Bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib. E. Əzizov qeyd edib ki, təhlükəli ərazilərdəki mənzillərin sakinləri köçürüləcək: "Kompensasiyanın verilməsi işinə Maliyyə Nazirliyi baxır. 

Ötən il 154 mindən çox vergi ödəyicisinin 2,3 mlrd. manatlıq borcu ləğv edilib

13 Mart 2018 11:02

2017-ci il ərzində 163 314 vergi ödəyicisinin 1 mlrd. 912 mln. 624,9 min manat məbləğində borcu yaranıb. Məlumata görə, bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb. Hesabatda qeyd olunub ki, ötən il 154279 vergi ödəyicisinin 2 mlrd. 285 mln. 354,8 min manat məbləğində borcu ləğv edilib.

RİH başçısı: "Bayılda sakinlərə kompensasiyanın verilməsi məsələsi bu həftə həll olunacaq"

13 Mart 2018 11:00

"Bayıl sürüşmə sahəsində evləri dağılan, qəzalı vəziyyətə düşən sakinlərə kompensasiya verilməsinə baxılır. Sakinlər kompensasiyanın məbləğindən narazıdırlar. Bu məsələ müsbət həllini bu həftənin sonuna kimi tapmalıdır".