Sosial

“Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

14 Mart 2018 14:51

Martın 17-də “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək. Bakı Nəqliyyat Agentliyindən “OLAYLAR”-a bildirilib ki, “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətə başlaması ilə əsasən, ətraf kənd və qəsəbələrdən “Azadlıq prospekti” metrostansiyasına gələn marşrut xətlərinin son dayanacaq məntəqəsi dəyişdirilərək yeni mərkəzə köçürüləcək. Məqsəd, günün pik saatlarında metronun “Azadlıq prospekti” stansiyası ətrafında nəqliyyatın xaotik hərəkətinin qarşısını almaq və sıxlığı aradan qaldırmaqdır.

Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır

14 Mart 2018 14:32

Azərbaycanda Qida Təhlükəsizliyi ilə bağlı Dövlət Proqramı hazırlanır. “Olaylar” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. O, deyib ki, proqram yeddi illik dövrü əhatə edəcək: “Proqram qida zəncirinin bütün mərhələlərini özündə əks etdirəcək. Heyvandarlıq, quşçuluq sahəsində, kənd təsərrüfatında hazırlanan qidaların təhlükəsizliyi tədbirləri nəzərdə tutulur”.

Deputatımız Avropa Parlamentinin üzvləri ilə görüşəcək

14 Mart 2018 14:31

Milli Məclisin deputatı Cavanşir Feyziyev Avropa Parlamentinin üzvləri ilə görüşlər keçirmək məqsədilə Böyük Britaniyanın paytaxtı Londonda səfər edib. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, millət vəkili martın 19-da Belçikanın paytaxtı Brüsselə yola düşəcək.

400 minlik toyu olan məmur qızı bu dəfə elə bir şəkil paylaşdı ki, gözlərinizə inanmayacaqsınız...- FOTO

14 Mart 2018 14:29

Lift idarəsinin keçmiş müdiri Qüdrət Şükürovun qızı Aysel Şükürova bu dəfə də film qəhrəmanına bənzədilib. Gənc bloger 2000-ci illərdə "Ay savaşçısı” multifilmindəki Usaki Tusukino obrazına bənzədilib.

Bayramı barmaqlıqlar ardında qeyd edəcək Fədayə Laçından XƏBƏR VAR - Ən böyük arzusu...

14 Mart 2018 14:27

Artıq 3 aydır ki, həbs həyatı yaşayan müğənni Fədayə Laçının bayram ərəfəsində həbs qəti imkan tədbirinin dəyişiləcəyi gözlənilirdi. Ancaq gözlənildiyi kimi olmadı. Müğənni bu bayramı da barmaqlıqlar arasında qeyd edəcək. 

Azərbaycanda güclü sosial müdafiə sistemi təmin olunub

14 Mart 2018 13:41

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi dövlətin prioritet məsələlərindən hesab olunur. Etiraf edilməlidir ki, son 10 ildə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, sosial müdafiə sisteminin möhkəmləndirilməsi, bu sahədə mövcud olan qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində xeyli işlər görülüb.

Hava əsasən yağmursuz keçəcək

14 Mart 2018 13:39

Bakıda və Abşeron yarımadasında martın 15-dəhava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Birinci sinfə qəbul üzrə 37 319-dan çox sorğu yerləşdirilib

14 Mart 2018 13:04

Martın 14-nə olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az)  vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 319 sorğu yerləşdirilib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, onlardan 34 428-i ümumi təhsil məktəblərini, 2 891-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 75 faizindən çoxdur.

Yeddi dövlət orqanı işçi axtarır

14 Mart 2018 12:58

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 14-dən yeddi dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 24 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib. DİM-dən “Olaylar”a verilən məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələrdən beşi A növü – inzibati rəhbər vəzifələr üzrə (Əmlak Məsələləri Dövlət Komitəsi – üç vəzifə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi – bir vəzifə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – bir vəzifə), 19-u isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla (Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi – bir vəzifə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi – üç vəzifə, Əmlak Məsələləri Dövlət Komitəsi – altı vəzifə, Mədəniyyət və Turizm Nazirliyi – bir vəzifə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi – altı vəzifə və Kəlbəcər Rayon Məhkəməsi – iki vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.

Xoşqədəm ilə Şəfiqə Nağıyevanın efirdə sözü düz gəlmədi - QALMAQAL- VİDEO

14 Mart 2018 12:45

Verilişə gələn qonağa görə, Xoşqədəmlə hüquqşünas arasında qalmaqal yaranıb. Ötən gün Xəzər Tv-nin efirində aparıcı Xoşqədəm Hidayətqızı ilə hüquqşünas Şəfiqə Nağıyeva arasında mübahisə yaranıb. Belə ki, efirə gələn cütlük 3 övladları olmasına baxmayaraq boşanmaq qərarına gəliblər.

Direktor şagirdi döydü: polis təsdiqlədi, rəisi isə..

14 Mart 2018 12:40

Məktəb direktoru və direktor müavini tərəfindən məktəbli formasının üzərindən jilet geyinmədiyinə görə döyüldüyü iddia edilən 9-cu sinif şagirdinin işi prokurorluğa göndərilib.

Hərbi Prokurorluq Azərbaycan ərazilərinin işğalı nəticəsində dəymiş maddi ziyanı açıqladı - 818 milyard 880 milyon dollar

14 Mart 2018 12:30

İlkin hesablamalara görə, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı nəticəsində dəymiş maddi ziyan 818 milyard 880 milyon ABŞ dolları təşkil edir.