Sosial
Mehdiabad-Pirşağı avtomobil yolu yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 20 mindən artıq əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Mehdiabad-Pirşağı avtomobil yolu yenidən qurulur. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, 7.2 km uzunluğunda olan yol əsaslı şəkildə təmir olunmadan istismar olunduğu üçün asfalt-beton örtükdə qabarmalar və deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkətin fasiləsiz və təhlükəsiz təmin olunmasına maneə yaradırdı. Sözügedən yolun bu il Bakı şəhərində yenidən qurulması nəzərdə tutulan qəsəbələrarası yolların siyahısına daxil edilməklə problem artıq öz həllini tapır.
Əmək Nazirliyində növbəti məlumat mübadiləsi təşkil olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin icrası işlərinə və “Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” tvinninq layihəsi çərçivəsində təlim səfərlərinin nəticələrinə dair “Məlumat mübadiləsi saatı” keçirilib.
Azərbaycan müğənnilərinin fantastik toy qiymətləri - SİYAHI
Gecədən sübhə kimi əlləşib-vuruşan şou əhlinin qazanc mənbəyi heç kəsə sirr deyil ki, el şənlikləridir. Həftə səkkiz, mən doqquz toy və el şənliklərində "qaz vurub qazan dolduran" müğənnilər bu yolla əməlli-başlı özlərinə biznes qurub.
24 min uşaq I sinfə avtomatik qəbul olundu – İlk dəfə
"Real TV" yayıma başlayır - VİDEO
Sabahdan etibarən “Real” TV peyk yayımına başlayacaq. Sözügedən kanalın “Azərspace-1” peykində yayıma başlaması nəzərdə tutulub.
Məktəb yollarının qarşısında heyvan kəsiminə nəzarət olunacaq
Küçələrdə, yol kənarlarında səhər saatlarında, xüsusilə də uşaqların məktəblərə getdiyi zaman iri və xırda buynuzlu heyvanların kəsiminə nəzarət olunacaq. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.
Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafı müzakirə edilib
Polşanın paytaxtı Varşavada “Cənub-Qərb” beynəlxalq nəqliyyat marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin yığıncağı keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, tədbirdə Azərbaycan, İran, Gürcüstan, Ukrayna və dəmir yollarının nümayəndə heyətləri iştirak ediblər. “Azərbaycan Dəmir Yolları” QSC-ni sədr müavini İqbal Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tərxun + limon! Cinsi gücü artırır. qurdları xaric edir, ürək və damarları möhkəmləndirir + 11 dərdin dərmanı
Yarım dəstə tərfun 2 yemək qaşığı limon suyunu yarım stəkan suya qataraq 1 dəqiqə blendorda çəkin.
Azərbaycanın ən yaraşıqlı kişisi evlənir, özü də görün kiminlə
ARB TV-nin "Boş anlar" verilişinin növbəti qonağı olan model Rüstəm Cəbrayılov maraqlı açıqlamalar verib. O, bu il evlənəcəyini bildirib: "Gələcək həyata dair planlarım var. Fikrlərimi ona həsr etmişəm. Şəxsi həyatıma aiddir. Bu il evlənməyi düşünürəm. Namizəd var. Xanımı özüm seçməliyəm. Boyu boyuma uyğun olmalıdır. 118 ölkədə olmuşam. Dünyagörüşlərimiz tutmalıdır".
Regionlarda baramaçılığın inkişafı ölkənin ixrac potensialını artıracaq
Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün zəruri tədbirlər görülmüşdür.
Qətər vətəndaşı cərimələndi – Qanunsuz ov
Ağgöl Milli Parkının 4 nömrəli mühafizə postunun ərazisinə qanunsuz daxil olan 49-BF-118 dövlət qeydiyyat nömrə nişanlı “Niva” markalı minik avtomobili Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə keçirilən baxış zamanı avtomobildə qızılquş tutmaq üçün tor, ev göyərçini, quşların yerini müəyyən etmək məqsədilə xüsusi cihazlar aşkar edilib.
Universitetində oftalmoloji müayinələr
Bakı Dövlət Universitetində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Elmar Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. BDU-nun rektoru, akademik Abel Məhərrəmov gələn il 100 illik yubileyini qeyd edəcək bu qocaman ali təhsil ocağının ilk iki fakültəsindən birinin Tibb fakültəsi, 1922-ci ildə ali təhsil haqqında verilən ilk diplomun da məhz tibb ixtisası üzrə olduğunu nəzərə çatdırıb. Rektor Abel Məhərrəmov prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə səhiyyənin inkişafından danışıb.
Bakıda “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq konfrans keçirilib
VI Qlobal Bakı Forumu çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Azərbaycan Müqayisəli Ədəbiyyat Assosiasiyasının birgə əməkdaşlığı ilə “Nizami mədəni irsinin müasir dövrdə interpretasiyası” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Keçən ay miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 1585 qərar qəbul edilib
Fevral ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında miqrasiya sahəsində, o cümlədən inzibati qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 1585 qərar qəbul edilib. “OLAYLAR” Xidmətə istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozmasına görə ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılmamaqla inzibati cərimə tətbiq olunma ilə bağlı 900 qərar qəbul edilib ki, onlardan 712-si ölkəni tərk etmə barədə, 188-i ölkə ərazisində yaşamalarını qanuniləşdirmə ilə bağlı olub.














