Sosial

100-ə yaxın hüquqşünas ədliyyə orqanlarında işə qəbul edilib

15 Mart 2018 16:41

Ədliyyə orqanlarında qulluqla bağlı növbəti müsabiqənin bütün mərhələlərindən keçərək 100-ə yaxın hüquqşünas peşə fəaliyyətinə buraxılıb. Ədliyyə Nazirliyindən “Olaylar”a bildirilib ki, ədliyyə orqanlarına qulluğa qəbul olunmaları ilə bağlı hüquqşünaslarla Ədliyyə Nazirliyi rəhbərliyinin görüşü keçirilib.

“Ölkə bazarında kütləvi surətdə təhlükəli ləpələr var...”

15 Mart 2018 16:36

Novruz bayramı ərəfəsində yarmarkalarda təhlükəli qoz-fındıqların satılması ilə bağlı xəbərlər səngimək bilmir. Bildirilir ki, yığılan qoz-fındıq, ləpələri uzun zaman nəm şəraitdə saxlanılır ki, satanda, çəkisi ağır gəlsin. Bu cür nəm yerlərdə saxlanılan qoz-fındığın isə insan orqanizminə çox böyük təhlükəsi var.  Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  bu cür halların baş verdiyini və yarmarkalara nəzarət olunmadığını bildirib: “Bunun nəzdində o dayanır ki, dörd il əvvəl Avropa ittifaqı Azərbaycandan göndərilən külli-miqdarda fındıq-qoz ləpələrini geri qaytardı. Çünki bu qoz ləpələrinin içərisində aflotoksin göbələkləri aşkar edilmişdi. Bunlar çox təhlükəli göbələklərdir. Lakin birinci sual olundu ki, geri qaytarılan qoz və fındıq ləpələri necə oldu?! Əlbətdə ki, Azərbaycan istehlakçılarının boğazına tıxandı”. 

Azərbaycanın fərdi uçot sistemində hesaba malik şəxslərin sayı 3 597 367 nəfərə çatıb

15 Mart 2018 16:31

Cari ilin fevral ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq qeydiyyata alınan sığortaolunanların sayı 11852 nəfər təşkil edib.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər hansı halda ölkədən çıxarıla bilər?

15 Mart 2018 16:28

Dünya ölkələrində baş verən iqtisadi böhran və qanlı olaylar miqrant məsələsini aktiallaşdırıb. Haırda Avropa ölkələrinə köç edən miqrantların sayı artmaqda davam edir. Azərbaycanda da baş verən iqtisadi inkişaf əcnəbi işçi miqrantların diqqətini cəlb edib. Bununla yanaşı, ölkəni qeyri-qanun tərk edərək müxtəlif silahlı birləşmələrə qoşulanlar da yox deyil.

Azərbaycanda dəhşətli hadisə: 32 yaşlı kişi 16 yaşlı oğlanı zorladı

15 Mart 2018 16:08

Quba rayonunda 16 yaşlı oğlan zorlanıb. Rayonun ucqar kəndlərindən birində yaşayan F.M. hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, həmkəndlisi, 32 yaşlı Nicat Mustafayev nəvəsi, 2002-ci il təvəllüdlü T.M.-nı (şərtidir) hədələyərək onunla cinsi əlaqədə olub.

Məşhur markaların məhsullarında TƏHLÜKƏLİ MADDƏLƏR AŞKARLANDI - Alim AÇIQLADI

15 Mart 2018 16:06

Böyük markaların su qablarından suya plastik maddələr keçir. Bununla bağlı 9 ölkədə 250 plastik qab üzərində araşdırma aparılıb. Araşdırmanın nəticələri "Orb" media quruluşu tərəfindən yayımlanıb. Araşdırma nəticəsində 1 litr plastik su qabında 10 plastik parçanın tapıldığı iddia edilir. Bu parçalar insan saçının telindən daha qalındır.

“Fitch”: “Cənub Qaz Dəhlizi” Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır

15 Mart 2018 15:57

““Cənub Qaz Dəhlizi” çərçivəsində həyata keçirilən layihələr Azərbaycanın uzunmüddətli makroiqtisadi sabitliyi üçün strateji əhəmiyyət daşıyır. Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunub.

Onkoloji xəstəxanadan bir nəfər qaçdı

15 Mart 2018 15:53

Şirvanda Onkoloji xəstəxanadan bir nəfər qaçıb. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ağsu rayon sakini, 56 yaşlı Cəmaləddin Məmmədov cari il martın 8-də müalicə aldığı Şirvan Şəhər Regionlararası Onkoloji Xəstəxanadan çıxaraq bir daha geri qayıtmayıb. C.Məmmədovun əlamətləri belədir: Boyu 172 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qonurdur. Xəstəxanadan çıxarkən əynində qəhvəyi rəngli gödəkçə, qara rəngli don və qara ayaqqabı olub.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə uğurla icra edilir

15 Mart 2018 15:26

Son illər Azərbaycanın hər bir bölgəsində, eləcə də Saatlıda  görülən işlər dövlət başçısının imzaladığı və yerinə yetirilməsinə şəxsən nəzarət etdiyi regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrasının məntiqi nəticəsidir. Qısa tarixi bir müddətdə ən mürəkkəb sosial problemləri müvəffəqiyyətlə həll edərək Azərbaycanı güclü, iqtisadi potensialı, maliyyə resursları, müasir infrastruktur şəbəkələri olan qüdrətli bir dövlətə çevirmək ölkə rəhbərliyinin böyük uzaqgörənliyinin, idarəçilik məharətinin, beynəlxalq aləmdə nüfuzlu mövqeyinin və müdrik bir rəhbər kimi onun tərəfindən  qətiyyətlə həyata keçirilən siyasi  tədbirlərin gözlənilən nəticələridir.

Yol polisi avtomobil sahiblərinə və sürücülərə müraciət edib

15 Mart 2018 15:13

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi ilə bağlı müraciət edib. Məlumata görə, müraciətdə bildirilir ki, BDYPİ avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, istehsal ili 2007-ci ilədək (2007-ci il daxil olmaqla), 2009-cu, 2011-ci və 2013-cü illər olan bütün növ mexaniki nəqliyyat vasitələrinin texniki baxışı davam edir.

İtkin düşən alpinistin doğum günüdür

15 Mart 2018 14:55

Bu gün “Gilavar” - hava və ekstrim idman klubunun itkin düşən 3 üzvündən biri olan Cəbrayılzadə Fəridə Zəbiyulla qızının ad günüdür. 1991-ci il təvəllüdlü Fəridə Masallı rayonunun Şərəfə kəndində anadan olub. Peşəkar alpinist olan Fəridə həm də fotoqraf kimi də tanınır. O, ötən il “Atlas Travel”in təşkil etdiyi “Qış nağılı” fotomüsabiqəsində birinci yerə çıxıb.

Bakıdakı dəbdəbəli butikin sahibi evdə atasının ölüsünü tapdı

15 Mart 2018 14:46

Rusiya mənşəli kimyəvi silah tətbiq edilməklə zəhərlənən keçmiş QRU polkovniki Sergey Skripal və qızının məsələsinə görə Londonla Moskva arasında az qala müharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda “Dumanlı Albion”da Kremlin daha bir düşməninin meyiti tapılıb.