Sosial

Əbülfəs Qarayev Naftalanda vətəndaşlarla görüşüb

15 Mart 2018 14:09

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda əhalinin qəbulu davam edir. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü martın 15-də Naftalan şəhərində gerçəkləşib. Nazir Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində Gəncə və Naftalan şəhərləri, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayonlarının sakinlərini qəbul edib. “OLAYLAR” xəbər verir ki, görüşdən öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.

Azərbaycanlı musiqiçi intihar etdi

15 Mart 2018 14:03

Musiqiçi Pircan Həsənov özünü öldürüb. Hadisə dünən səhər saatlarında baş verib. Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu əməkdaşımızla söhbətində bildirib ki, P.Həsənov özünü zəhərləyib: "Qonşusu ilə arasında mübahisəsi var idi. Məhkəmə işi olub və buna cəza verilib. O da səhər durub nəsə içib və özünü öldürüb".

2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər

15 Mart 2018 13:42

"Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinə yenidən baxıla bilər". Məlumata görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib. Onun sözlərinə görə, dövlət büdcəsinə yenidən baxılması bu ilin I rübünün nəticələrindən asılı olacaq.

Əhalinin kommunal borcları silinir? – HƏR KƏSİN GÖZLƏDİYİ XƏBƏR

15 Mart 2018 13:18

Ötən ildən gündəmdə olan kommunal borcların silinmə ehtimalı 2018-ci ildə reallaşa bilərmi? Millət vəkilləri və iqtisadçı-ekspert məsələyə aydınlıq gətirib. «Ümumiyyətlə, borc niyə silinməlidir? Vətəndaş bu borcu nə üçün ödəyə bilmir? Bunlar araşdırılmalıdır. Elə insan var ki, imkanı var, amma deyir, mən ödəmirəm. Belə adamın borcu nə üçün silinsin?».

Qənirə Paşayeva Ərzurumda Qəhrəmanlar abidəsinin açılışında iştirak edib

15 Mart 2018 13:15

Millət vəkili Qənirə Paşayeva Ərzurumun düşmən işğalından qurtuluşunun və Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə Ərzurumda Azərbaycan Bulvarı, Heydər Əliyev parkında “100-cü İl Qəhrəmanlar abidəsi”nin açılışında iştirak edib.  Məlumata görə, səfər çərçivəsində Q. Paşayeva Ərzurum Böyükşəhər bələdiyyə başqanı Mehmet Sekmen ilə görüşüb. Millət vəkilinin Ərzurumda Qarabağ parkı və abidəsi açılması təklifini bələdiyyə başqanı dəstəkləyib və yaxın zamanlarda reallaşacaq deyib.

XƏBƏRDARLIQ: Qeyri-sabit hava şəraiti hökm sürəcək

15 Mart 2018 12:52

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, axşam çiskin olacaq. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Deputat: “İnsan orqanı satan dəstənin aşkarlanması çox ciddi məsələdir”

15 Mart 2018 12:23

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib.

Orqan alverinə görə həbs edilən şəxs “Qarabağ”ın baş məşqçisinin qardaşıdır

15 Mart 2018 12:22

“Qarabağ”ın U-11 komandasının baş məşqçisi Elşad Xudadatovun qardaşı Vahib Xudadatov həbs olunub.  Məlumata görə, o, cinayət məsuliyyətinə cəlb edilib.

“Space”in aparıcısı övladını itirdi – Səbəb

15 Mart 2018 11:53

Space TV-nin xəbər aparıcısı Elvin Basqallıya ağır itki üz verib. Dostarının  verdiyi məlumata görə, Elvin Basqallının 1 yaşılı Fidan adlı qız övladı ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.

Bayram günləri ilə əlaqədar sərnişin qatarlarına əlavə vaqonlar qoşulur

15 Mart 2018 11:45

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Novruz Bayramı ərəfəsində gucləndirilmiş iş rejimində çalışacaq. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görür. Bayram ərəfəsində, sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələb olunan sayda əlavə vaqonların qoşulması təmin edilir.

Türk Hava Yolları yeni təyyarələr alır

15 Mart 2018 11:46

Türk Hava Yolları”aviaşirkəti 60 geniş gövdəli təyyarə (onlardan 10-u opsion çərçivəsində) alacaq. “OLAYLAR” xəbər verir ki, avialayenrlərin 6-sı 2019-cu ildə, 14-ü 2020-ci ildə, 10-u 2021-ci ildə, 12-si 2022-ci ildə, 11-i 2023-cü ildə, 7-si isə 2024-cü ildə şirkətə təhvil veriləcək. Aviaşirkət 30 “Boeing 787-9” (onlardan 5-i opsion çərçivəsində) və 30 “Airbus A350-900” (onlardan 5-i opsion çərçivəsində) əldə edəcək.

Bakıda 3 otaqlı ev yanıb

15 Mart 2018 11:42

Suraxanı rayonunda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 35 m2 sahədə yanıb. Yüksək temperaturdan digər otağın tavanı 25 m2 sahədə əriyib. Evin qalan hissəsi və bitişik olan qonşu ev yanğından mühafizə olunub.