Sosial

Hava şəraiti ilə əlaqədar 1000 nəfərdən çox işçi təxliyyə edilmişdir

30 Mart 2018 16:12

Martın 30 və 31-də açıq dənizdə proqnozlaşdırılan hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə dənizdə fəaliyyət göstərən bütün struktur bölmələri məlumatlandırılmışdır. SOCAR-ın idarə aparatı və sahələrdə növbətçilik təşkil olunmuşdur. Hava və dəniz nəqliyyatları vasitəsi ilə ümumi 1000 nəfərdən çox işçilərin sahilə çıxarılması üçün tədbirlər görülmüş və yerinə yetirilmişdir. Dəniz neft-qazçıxarma obyektlərində yalnız istehsalat zərurətinin tələb etdiyi qədər işçilər saxlanılmışdır.

Deputatımız Rusiyaya səfər edib

30 Mart 2018 16:02

Milli Məclisin deputatı Mixail Zabelin Moskvada keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Rusiyaya səfər edib. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, səfərdə məqsəd “Rusiya ilə Azərbaycan arasında strateji əməkdaşlığın inkişafı və möhkəmləndirilməsinin əsas prinsipləri” mövzusuna həsr olunmuş konfransda iştirak etməkdir. Tədbirdə iki ölkə arasında strateji əməkdaşlığın gələcək inkişaf istiqamətləri müzakirə olunacaq, bu barədə müzakirələr aparılacaq.

Zakir Qaralov Ağcabədidə qəbul keçirib

30 Mart 2018 15:58

Baş prokuror Zakir Qaralov bu gün Ağcabədi rayon prokurorluğunun inzibati binasında Ağcabədi, Beyləqan, Tərtər, Ağdam, Füzuli, Laçın və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 61 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Sürüşmə prosesi dəyişən ərazilər "Qır gölü", Zığ sürüşmə sahəsi, “Əbədi məşəl" kompleksi...

30 Mart 2018 15:52

Bakıda və Abşeronda bəzi sürüşmə ərazilərində görülən tədbirlər nəticəsində sürüşmə prosesinin tam dayanmasına nail olunub. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

KÜNİB Təhsil Sərgisi - Bakıda

30 Mart 2018 15:51

KÜNİB (Qafqaz Universitetləri Birliyi) Türkiyənin təhsil sahəsində qazandığı uğurları qardaş ölkələrlə paylaşmaq üçün Bakıda böyük bir təhsil sərgisi həyata keçirdəcək. Türkiyənin nüfuzlu üniversitetləri təhsil sərgisində iştirak edəcəkdir. Sərgi 31 mart -1aprel tarixlərində Pullman Baku da keçiriləcək.

Nazirlik palçıq vulkanı ilə bağlı məlumat yaydı - alov 150 metr yüksəkliyə qalxıb

30 Mart 2018 15:33

29 mart 2018-ci il tarixində saat 21:10 radələrində Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Ayrantökən palçıq vulkanında püskürmə baş verib.

Dövlət Əmək Müfəttişliyi Xidməti Şəmkir və Tovuz rayonlarında seminarlar keçirib

30 Mart 2018 15:15

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına uyğun olaraq Şəmkir və Tovuz rayonlarında əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə məqsədilə seminarlar keçirilib.

AZINNEX-in İdarə Heyətinin növbəti görüşü keçirilib

30 Mart 2018 15:01

“Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu”nun  İdarə Heyətinin növbəti görüşü keçirilib. Görüşdə hesabat təqdim edilib və hesabatda AZINNEX tərəfindən son ay ərzində aparılan işlər haqqında ətraflı məlumat verilib. Mart ayında AZINNEX bir sıra yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində öz fəaliyyətini daha da genişləndirib. Əsas məqsəd Azərbaycanın innovasiya məhsullarının yeni bazarlara çıxarılması, ixrac zonasının daha da genişləndirilməsidir. Görüşdə AZINNEX-in yenilənmiş veb-saytı və korporativ jurnalı təqdim edilib.

1918-ci il mart soyqırımına həsr olunmuş sərgi

30 Mart 2018 15:00

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 1918-ci il 31 mart Azərbaycanlıların soyqırımına həsr olunmuş sərgi təşkil olunub. Sərgidə kitabxananın fondlarında mühafizə olunan və soyqırıma dair faktları əks etdirən, tarixi əhəmiyyətliliyi baxımından MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilmiş kitablar nümayiş olunur. Olaylar.az bildirir ki,  Mərkəzi Elmi Kitabxananın fondlarında 1918-ci il Mart soyqırımına aid olan mövcud mənbələr elektron kataloqa salınaraq MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

AzTU-nun alimləri Almaniyada işgüzar səfərdə olublar

30 Mart 2018 14:59

Azərbaycan Texniki Universitetinin nümayəndə heyəti Almaniyanın Brandenburq Texniki Universitetində işgüzar səfərdə olublar. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, AzTU-nun nümayəndə heyəti Brandenburq Texniki Universitetinin tədqiqat və elmi inkişaf üzrə vitse-prezidenti, professor X.Hipp, həmçinin tədris və təhsil üzrə vitse-prezidenti, professor M.Koziol tərəfindən qəbul edilib.

WhatsApp müşahidə proqramı Apple tərəfindən silindi

30 Mart 2018 14:57

Chatwhatch adlı proqram vasitəsiylə WhatsApp - da kimlərlə danışdığınız görünür. WhatsApp - ın istifadəçilərin online ya da ofline olub olmadıqlarını göstərən xüsusiyyətindən faydalanan proqram , yükləyən hər kəsin, yoldaşlarının WhatsApp - a nə vaxt girdiyini, hər gün saat neçədə yatdığını və hətta o an kimlərlə danışdığını təxmin edir. 

Ərəb dilini öyrənmək istəyənlər - Diqqət

30 Mart 2018 14:57

Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyi 2018-2019-ci il tədris ili üzrə Azərbaycan vətəndaşları üçün Misir Ali Təhsil Nazirliyinin nəzdində "Qeyri ərəblər üçün ərəb dili Tədris Mərkəzi"ndə ərəb dili (bir illik) kursu üçün təqaüd proqramı elan edir.

Güclü külək dayanacağı aşırdı

30 Mart 2018 14:29

Bakıda və Abşeron yarımadasında səhər saatlarından etibarən güclənən külək bir sıra fəsadlar yaradıb. Xırdalan şəhərində "köhnə bazar" adlanan ərazidə güclü külək dayanacağı aşırıb. Sosial şəbəkələrdə hadisə yerindən foto paylaşılıb.

Aprelin havası necə olacaq?

30 Mart 2018 14:20

Aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimalı var.