Sosial
Deputatdan təklif: “ Bakıda soyqırım memorial kompleksi yaradılmalıdır”
"İki yüz ilə yaxın müddətdə soyqırıma məruz qalan xalqın mükəmməl soyqırım memorial kompleksi olmalıdır”. “Olaylar”ın xəbərinə görə, bunu Milli Məclisdə keçirilən ermənilərin azərbaycanlılara qarşı soyqırımının 100 illiyi ilə bağlı xüsusi iclasda deputat Rafael Cəbrayılov deyib.
Fəzail Ağamalı Elmar Məmmədyarovu istefaya çağırıb
Azərbaycan Milli Məclisinin iclasında xarici işlər naziri Elmar Məmmədyarov istefaya çağırılıb. “Olaylar” xəbər verir ki, 31 mart soyqırımına həsr olunmuş xüsusi iclasda çıxış edən deputat Fəzail Ağamalı bildirib ki, Xarici İşlər Nazirliyi Azərbaycan prezidentinin yürütdüyü hücum diplomatiyasına adekvat işləmir.
Bakıda gənclərin ölüm mənbəyi olan “PlayStation” klublar…
Ötən ilin sonunda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. Hansı məkanlarda siqarət çəkməyin qadağan olunduğu müəyyən edilib. Bir çox obyektlərdə sözügedən qanuna riayət olunmağa başlanıb. Lakin çox keçmədi ki, bəzi məkanlar üçün siqaret qadağası “qüvvədən düşdü”.
Şimal-qərb küləyi daha da güclənəcək - FAKTİKİ HAVA
Martın 30-da saat 09:00-13:00 radələrində müşahidə olunmuş faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində martın 30-da hava şəraiti qeyri-sabit olub, güclü şimal-qərb küləyi əsib.
Şaumyanın Kərkükdə olan evini tapdıq və... -Akademik ŞOK FAKTI AÇDI
“Çox təəssüf ki, “26-lar” adlanan abidənin qazıntısı zamanı Azərbaycanın daxilində dövlətimizə və iqtidara qarşı olan qüvvələrin bəziləri Stepan Şaumyanın tərəfinə keçərək, onu müdafiə edirdi”.
Litvada Azərbaycan yazarının Qarabağ mövzusunda əsərləri nəşr edilib
Bu yaxınlarda tanınmış Azərbaycan yazıçısı, dramaturq və publisisti Elçin Hüseynbəylinin “Boz eşşəyin məktubları” adlı seçilmiş hekayələr toplusu Vilnüsdə litvaca nəşr olunub. Kitaba müəllifin 1998-2014-cü illərdə yazdığı 16 hekayəsi salınıb. Bunlardan altısı - “Boz eşşəyin məktubları”, “Gözünə gün düşür”, „İlk öpüş“, “Şimallı gəlin”, “Qocanın axdığı gün”, “Qaracanın qara başı” - Qarabağ savaşı mövzusunda qələmə alınmış və diqqəti cəlb edən məşhur əsərlər sırasına daxildir.
Yuxu zamanı qaraciyəri zəhərlərdən təmizləyən MÖCÜZƏVİ İÇKİ
Sarıkök, zəncəfil, qızıl süd kimi tanınan kokos südü və qara istiot qarışığı çox dadlı, ətirli və faydalı içkidir. Onu daha da şirinləşdirmək üçün bal əlavə edə bilərsiniz. Təbii inqrediyentlərdən hazırlanan içki stressi azaldır, gərginliyi aradan qaldırır və gecələr rahat yuxuya getməyə kömək edir. Sarıkök, zəncəfil və süddən düzəldilən içkinin gözəl effektləri bununla bitmir.
Keçmiş deputat gəlinindən “Bandotdel”ə şikayət etdi
Azərbaycanın tanınmış rep ifaçısı Anar Nağılbazın eks-xanımı Anjelika Cəbiyeva Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (Bandotdel) çağırılıb. Bu barədə A.Cəbiyevanın özü məlumat verib.
“O, mənim nəvəm deyil” - Qayınanadan gəlininə qarşı ŞOK iddia - VİDEO
ARB TV-nin "Sirdaş Rövşanə" proqramında qalmaqal yaşanıb. Belə ki, oğlu və gəlini boşandıqdan sonra nəvələrini görməyən nənə gəlini tərəfindən bu addımın atıldığını bildirib. Gəlin isə məhkəmənin qərarı ilə uşaqları atasına göstərə biləcəyini bildirərək, qayınanasına qarşı aqressiv olduğunu bildirib.
Yanan şokolad təhlükəlidir? - VİDEO
Son günlər sosial şəbəkələrdə şokoladın yanması ilə bağlı yayılan videolar valideynlərin narahatlığına səbəb olub. Məşhur müğənni Nura Suri də bu haqda paylaşım edərək övladlarına marketlərdən şokolad almağa icazə vermədiyini bildirib. Videolarda iddia olunur ki, şokolad istilik artdıqca əriməlidir. Ancaq tərkibində kimyəvi qatqılar olduğu üçün bu şokoladlar yanır və xoş olmayan qoxu gəlir.
Ağır qəza: 4 azərbaycanlı öldü, 16-sı yaralandı
Təbrizdən Tehrana sərnişin daşıyan avtobus qəzaya uğrayıb. Hadisə Zəncan-Qəzvin yolunda baş verib. Yol nəqliyat hadisəsi nəticəsində 4 nəfər yerindəcə ölüb, 16 nəfər isə müxtəlif bədən xəsəarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Hava ilə bağlı şagirdlərin davamiyyəti aşağı düşdü
Bakı şəhərində hava şəraitinin qeyri-sabit keçməsi, güclü (təhlükəli) şimal-qərb küləyinin əsməsi ilə əlaqədar ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.
Dövlət qulluğunda işləmək istəyənlərin nəzərinə
Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək. DİM-dən “Olaylar”a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 4 və 14 aprel tarixlərində keçiriləcək. İmtahan saat 10:00-da başlayacaq. Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanda iştirak etmək üçün onlayn qeydiyyat müvafiq olaraq 4 və 14 aprel tarixlərində saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Ağdaş rayonunda 12 minə yaxın əhalinin gediş-gəlişi asanlaşır
Ağdaş rayonunda bu il reallaşdırılan 2 avtomobil yolundan daha biri Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolu yenidən qurulur. "OLAYLAR”-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun 7 km-lik hissəsinə 2 qat olmaqla, yəni laylar arası əlaqələndirici bitum səpilməklə, yol örtüyünün alt layının iri dənəli, üst layının isə xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılıb. Yolun 12 km-lik hissəsində isə yol yatağının və yol əsasının tikintisi yekunlaşdırılaraq asfaltlanması üçün hazırlıq işləri görülür. Layihəyə uyğun olaraq yolun qalan hissəsində mövcud örtüyün sökülməsi, yolun deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası, daha sonra yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi, həmçinin yol çiyinlərinin bərkidilməsi işləri aparılır.
“Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi başa çatıb
Paytaxtda məktəblilər arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin şəhər mərhələsi başa çatıb. “OLAYLAR” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında təşkil olunan müsabiqənin əsas məqsədi ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.














.jpg)