Sosial

Sidik ifrazının pozulmaları

30 Mart 2018 18:35

Sidik ifrazının pozulması gündəlik sidiyin miqdarının dəyişilməsi yaxud onun ifraz olunma ritminin pozulması ilə xarakterizə olunur.

“Bakcell”dən “Dayaniqli İnkişaf Məqsədləri”nin təşviqinə dəstək

30 Mart 2018 18:28

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinin tərəfdaşı oldu.

Qışda quruyan dərini necə qorumalı?

30 Mart 2018 18:20

Təmiz və sağlam dəriyə sahib olmaq hər bir qadının istəyidir. Ancaq dərini qış fəslində qorumaq bir az çətindir. Dərisi quruluğa meylli insanlar üçün üzü nəmli saxlamaq isə olduqca çətindir.

Sabiq millət vəkili danışdı: "Oğlumun biabırçı videosunu yaydılar"

30 Mart 2018 17:56

Reper Anar Nağılbazın atası, Milli Məclisin sabiq deputatı Rizvan Cəbiyev keçmiş gəlini Anjelika Cəbiyevanın onun şikayəti əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması haqda xəbərlərə aydınlıq gətirib.

Xilasedicilər avtomobildən sürücünün cəsədini çıxarıblar

30 Mart 2018 17:06

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda "Mercedes" markalı minik avtomobili və "Ford" markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən “Olaylara”a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsünün cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mənzildə ev sahibinin yanmış meyiti aşkar olunub

30 Mart 2018 17:05

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzildə 1 ədəd çarpayı və 2 ədəd televizor yanıb. Yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Seyidov Slavik Seyid oğlunun qismən yanmış meyiti aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Qusarda regional logistik mərkəz yaradılır

30 Mart 2018 17:04

Martın 30-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Qusar rayonunun Yuxarı Zeyxur kəndində investisiya layihələrinin maliyyələşdirilməsi tədbiri keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap və kənd turizmi layihələrinin, tərəvəzçilik və intensiv bağçılıq təsərrüfatlarının, müasir meyvə-tərəvəz və süd emalı müəssisələrinin, ixtisaslaşdırılmış “yaşıl market” və logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

SON QƏRAR: Bütün ticarət mərkəzləri yoxlanılacaq - Rusiyada

30 Mart 2018 17:03

Rusiya ərazisində bütün ticarət mərkəzləri yoxlanılacaq. Bunu Rusiyanın baş prokuroru Yuriy Çayka Yekaterinburqa səfəri çərçivəsində bildirib. Baş prokurorun sözlərinə görə, böyüklüyündən asılı olmayaraq bütün ticarət mərkəzləri yoxlamaya cəlb olunacaq: "Göstəriş vermişəm. Yoxlamalar 1 ay ərzində yekunlaşacaq".

Regional proqramlar ucqar dağ rayonlarında da inkişafa səbəb olub

30 Mart 2018 16:40

Bu gün Azərbaycan öz sürətli inkişaf dövrünü yaşayır. Bütün sahələrdə əldə edilən nailiyyətlər ölkəmizin iqtisadi reytinq göstəricilərini ildən-ilə yaxşılaşdırmaqla yanaşı, əhalinin rifah halının yüksəldilməsinə də müsbət təsir göstərir. Azərbaycanın hərtərfli inkişafını şərtləndirən mühüm amillərdən biri düzgün şəkildə həyata keçirilən siyasətdirsə, digəri isə uğurlu islahatlar, zamanında qəbul edilən qərarlardır. Bu baxımdan 2004-cü ildən mərhələli şəkildə icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını xüsusi qeyd etmək lazımdır. Məlumat üçün qeyd edək ki, ötən illər ərzində  artıq üçüncü proqramdır ki, icra olunur və hər bir proqram da uğurla icra edilib. Bunu ötən illər ərzində regionların dəyişən siması fonunda görmək mümkündür. Sevindirici haldır ki, bu inkişaf respublikanın hər bir bölgəsində, şəhərində, rayonunda, qəsəbəsində, hətta kəndində belə özünü göstərir. Eyni zamanda regionlar proqramlar ucqar dağ rayonlarında da sürətli inkişafa səbəb olub. Hansı ki, sözügedən proqramlar icra edilənə qədər həmin rayonlarda hansısa inkişafdan danışmaq qeyri-mümkün idi.

Azərbaycan məktəblisi Avropadan qızıl medalla qayıdıb

30 Mart 2018 16:37

Bakı məktəblisi Almaniyada sərbəst güləş üzrə keçirilən beynəlxalq turnirdə I yerə layiq görülüb.  “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki Texniki-Humanitar liseyin IX sinif şagirdi Bəhlul Məmmədov 54 kiloqram çəkidə bütün rəqibləri üzərində qələbə qazanıb. Məktəbli diplom və kubokla təltif olunub.

"İrəli" İctimai Birliyi Mart Soyqırımı ilə bağlı aksiyaya başlayıb

30 Mart 2018 16:34

İnformasiya müharibəsinin sürətlə artdığı bir dövrdə, "İrəli" İctimai Birliyi sosial şəbəkələrdə erməni təcavüzkarlarının törətdiyi soyqırımla bağlı aksiyalara start verib. İctimai Birlikdən “OLAYLAR”-a bildirilib ki,  aksiyaların keçirilməsində məqsəd bütöv Azərbaycanı parçalamaq arzusunda olan erməni təcavüzkarlarının xalqımızın başına gətirdiyi müsibəti dünya ictimaiyyətinə çatdırmaq, soyqırım haqqında məlumatsız olan insanları insanlığa qarşı törədilmiş cinayət haqqında məlumatlandırmaqdır.

Turizmin inkişafına təkan verəcək yol çəkilir

30 Mart 2018 16:33

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən  Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolu layihəsi həyata keçirilir, Ageentlikdən “OLAYLAR”-a bildirilib ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun uzunluğu 24.5 km təşkil edir. Torpaq və çınqıl örtüklü olmaqla yolun eni 4-5 metr təşkil edir. Yolun ensiz olması və indiyə qədər asfalt-beton örtüklə tikintisinin aparılmaması vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun tikintisinə start verilməsi gediş-gəlişlə yaşanan problemləri geridə qoymağa başlayıb.

Müəllim və valideynlərin müraciəti dinlənilib

30 Mart 2018 16:33

Martın 30-da paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

“BP-Azerbaijan”: Güclü küləyin təhlükə yarada biləcəyi bütün işlər dayandırılıb

30 Mart 2018 16:28

“BP-Azerbaijan” şirkəti güclühava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini daha da gücləndirib. “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlının “APA-Economics”ə verdiyi açıqlamaya görə, şirkətin hər hava şəraiti üçün müvafiq təhlükəsizlik qaydaları və prosedurları mövcuddur.

Azərbaycan Respublikasının İrandakı Səfiri MEK- də

30 Mart 2018 16:17

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Bünyad Hüseynov AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Səfir MEK-in Sərgi salonunda, Akademiklər zalında, eləcə də kitabxananın başqa informasiya təminatı məkanlarında mühafizə olunan Azərbaycan və dünyamədəniyyətini, tarixini əks etdirən sənədlərlə tanış olub.