Sosial

Bakıda yeni kartinq mərkəzi istifadəyə verildi

20 Aprel 2018 13:10

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı və Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə Su İdmanı Sarayının ərazisində yaradılmış Bakı Şəhər Kartinq Mərkəzinin xidmətindən 7 yaşından yuxarı bütün şəhər sakinləri faydalana biləcəklər.

5 dərəcə ŞAXTA OLACAQ, yağış və dolu yağacaq

20 Aprel 2018 13:04

Bakıda və Abşeron yarımadasında aprelin 21-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

ARB TV-nin canlı yayımnda dava düşdü - Nüşabə Ələsgərli verilişi tərk etdi- VİDEO

20 Aprel 2018 13:01

Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu verilişi tərk edib.

Rəşad Dağlının xanəndə ilə şıdırğı rəqsi verilişə DAMĞA VURDU - VİDEO

20 Aprel 2018 12:55

Bu gün 34 yaşını qeyd edən meyxanaçı Rəşad Dağlı "Hər şey daxil" verilişinin qonağı olub.

İlk görüşdə kişilər nələrə diqqət edirlər?

20 Aprel 2018 12:54

Hər nə qədər qadınlar tərəfindən kişilərin ilk görüşdə çox az nöqtəyə diqqət etdiyi düşünülsə də, əslində kişilər tərzdən qoxuya qədər bir çox məqamlara diqqət edir.

Ziya Məmmədov pullarını ölkədən çıxarır

20 Aprel 2018 12:52

Sabiq nəqliyyat nazirinin adamının Türkiyədə media holdinq yaratmasının pərdəarxası Türkiyədə Azərbaycanın ən iri media holdinqi kimi təqdim edilən “Global Media” şirkəti yaradılıb. Gələn xəbərlərdən belə aydın olur ki, İstanbulda “Cine 5″ və ”Kanal 6″ telekanallarının ofisinin yerləşdiyi binada bu istiqamətdə 3 aydır intensiv hazırlıq işləri aparılır. Məsələnin maraqlı tərəfi odur ki, iri layihəyə Azərbaycanda “vurulmuş” nəqliyyat naziri Ziya Məmmədovun kadrı Elnur Abdullayev rəhbərlik edir. Yayılan məlumata görə, media holdinqin sahibi bu günə qədər qurulmasına 5 milyon dollara yaxın vəsait xərcləyib. Əgər bu şəxs Elnur Abdullayevdirsə, onda bu qədər sərmayə ola bilərdimi?

218 illik tarixi xəritəni qaçırmaq istəyən şəxs SAXLANILDI

20 Aprel 2018 12:28

Fələstinə məxsus tarixi xəritə ələ keçirildi. Olaylar.az bildirir ki, 218 illik xəritə Qahirə Beynəlxalq hava limanından xarici ölkəyə qaçırmaq istəyən şəxs həbs olunub. Xəritə Misir Kitablar və Sənədlər İdarəsinə təhvil verilib.

Dövlət bayrağına həsr olunmuş mühazirələr keçirilir

20 Aprel 2018 12:28

Bakı məktəblərində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr davam edir. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə mühazirələrin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.

Penitensiar müəssisələrə din xadimlərinin dəvət olunması təklif edilir

20 Aprel 2018 12:28

Penitensiar müəssisələrdə, müvəqqəti saxlama yerlərində dini-tərbiyəvi işin aparılması üçün din xadimlərinin dəvət olunması təklif edilir.

Sağlam cəmiyyət üçün maarifləndirici nəşrlər hazırlanacaq

20 Aprel 2018 12:27

Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən “Sağlam cəmiyyət üçün maarifləndirici nəşrlərin hazırlanması və təlimlərin keçirilməsi” layihəsinin icrasına başlanılıb. İctimai Birlikdəb “OLAYLAR”-a verilən məlumata görə, üç ay müddətində icra olunması nəzərdə tutulmuş layihə təlim və görüşlər formatında keçirilməklə ümumilikdə Dayanıqlı İnkişaf Məqsədləri və onun 3-cü məqsədi olan “Sağlam həyat tərzini təmin etmək və bütün yaş kateqoriyaları üçün rifahı təbliğ etmək” mövzusunu əhatə edəcək.

DYƏT baş direktorlar konfransının XXXIII iclası keçirilib

20 Aprel 2018 12:26

Vyetnamın Dananq şəhərində DYƏT Baş direktorlar (məsul nümayəndələri) konfransının XXXIII iclası keçirilib.  İclasda “Azərbaycan Dəmir Yolları” QSC Hüquq şöbəsinin rəisi Nicat Quliyevin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, iclas bir çox məsələlər müzakirə olunub.

Azərbaycanlı zəvvarların növbəti Ümrə ziyarətinin tarixi açıqlanıb

20 Aprel 2018 12:24

Azərbaycandan bir qrup zəvvarın növbəti kiçik Həcc ziyarətinin (Ümrə) tarixi açıqlanıb.

Gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri təşviq ediləcək

20 Aprel 2018 12:24

"Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə birgə həyata keçirdiyi “Gənclər arasında Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” layihəsinin icrasına başlanılıb. İctimai Birlikdən “OLAYLAR”-a daxil olan məlumata görə,  layihə Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasında dünya liderləri tərədindən qəbul olunmuş və Azərbyacanda icrasına başlanılmış 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən 2016-2030-cu illəri əhatə edən Qlobal Gündəlik haqqında gənclərin məlumatlarılmasına dəstək olmaq məqsədi ilə həyata keçirilir.

Müəllif Hüquqları Agentliyi 11 554 əsəri qeydiyyatdan keçirib

20 Aprel 2018 12:17

"Azərbaycanca müəlliflərin və digər hüquq sahiblərinin hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyətə malik olan əsərlərin rəsmi qeydiyyatının həyata keçirilməsi tətbiq edildiyi 1996-cı ildən 2018-ci il 1 yanvar tarixinədək Müəllif Hüquqları Agentliyində bütövlükdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsi ilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib".