Gənclər arasında Dayanıqlı İnkişaf Məqsədləri təşviq ediləcək

"Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə birgə həyata keçirdiyi “Gənclər arasında Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” layihəsinin icrasına başlanılıb. İctimai Birlikdən “OLAYLAR”-a daxil olan məlumata görə,  layihə Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasında dünya liderləri tərədindən qəbul olunmuş və Azərbyacanda icrasına başlanılmış 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən 2016-2030-cu illəri əhatə edən Qlobal Gündəlik haqqında gənclərin məlumatlarılmasına dəstək olmaq məqsədi ilə həyata keçirilir.

"Bizim Gənclik" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə birgə həyata keçirdiyi "Gənclər arasında Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi" layihəsinin icrasına başlanılıb. İctimai Birlikdən "OLAYLAR"-a daxil olan məlumata görə,  layihə Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasında dünya liderləri tərədindən qəbul olunmuş və Azərbyacanda icrasına başlanılmış 17 Dayanıqlı İnkişaf Məqsədini özündə birləşdirən 2016-2030-cu illəri əhatə edən Qlobal Gündəlik haqqında gənclərin məlumatlarılmasına dəstək olmaq məqsədi ilə həyata keçirilir.

Layihə çərçivəsində gənclərin Dayanıqlı İnkişaf Məqəsdləri haqqında maarifləndirilməsi, onlarla məsləhətləşmələrin keçirilməsi və bu məsləhətləşmələr nəticəsində gənclərin məqsədlərə nail olunması üçün irəli sürdükləri təkliflərin toplanması nəzərdə tutur.

Layihənin icrası müddətində Dayanıqlı İnkişaf Məqsədlərinin gənclər arasında təbliği üçün Bakı şəhərində silsilə təlimlərin keçirilməsi, eyni zamanda layihənin effektivliyinin daha da artırılması, lazimi sosial mesajın çatdırılması məqsədi ilə Dayanıqlı İnkişaf Məqsədləri əhatə edən bukletlərin hazırlanması nəzərdə tutulub.

Təlimlərdə iştirak etmək istəyən gənclər öz cv-lərini və istək məktublarını 1 may 2018-ci il tarixinədək [email protected] ünvanına göndərə bilərlər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31