Sosial
Müsabiqənin finalçıları bəlli olub
“Ən yaxşı şeir ifaçısı” bədii qiraət müsabiqəsinin ikinci mərhələsi başa çatıb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilən bədii qiraət müsabiqəsinin ikinci mərhələsində hər yaş qrupu üzrə (10–14 və 15-18) məktəbdaxili yarışmada I yerə layiq görülmüş 554 məktəbli iştirak edib.
AzTU ilə Türkiyə Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Azərbaycan Texniki Universitetinin rektor əvəzi, professor Xalıq Yahudov Türkiyənin Yıldız Texnik Universitetinin rektoru, professor Bahri Şahin və həmən universitetin nümayəndə heyyətini qəbul edib. “OLAYLAR”təhsil ocağından bildirilib ki, görüşdə X.Yahudov universitetin beynəlxalq əlaqələrindən, həyata keçirilən beynəlxalq layihələrdən danışaraq qonaqlara AzTU haqqında ətraflı məlumat verib. Rektor əvəzi AzTU-nun Türkiyənin 19 universiteti ilə sıx əməkdaşlıq etdiyinə diqqət çəkərək “Mövlanə Mübadilə Proqramı” üzrə müəllim-tələbə mübadiləsinin uğurla həyata keçirildiyini bildirib.
Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur
Cəlilabad rayonunda 5 istiqamət üzrə kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. “OLAYLAR” xəbər verir ki, söhbət ümumi uzunluğu 35 km olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yollarından və Kazımabad kəndinin giriş yolundan gedir.
Nazirlik Bayıldakı sürüşmənin qarşısının alınması üçün TƏKLİFLƏR hazırlayacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bu ilin iyul-avqust aylarında Bayıl yamacında - Teleqüllənin yaxınlığındakı sürüşmənin səbəblərinin öyrənilməsi üçün apardığı tədqiqatların nəticələri ilə bağlı hesabatını və ərazinin möhkəmləndirilməsi ilə bağlı hazırladığı təkliflərini aidiyyəti dövlət qurumlarına təqdim edəcək.
İki ayda 100-dən çox azərbaycanlı qadın xarici vətəndaşa ərə gedib
2018-ci ilin yanvar-fevral ayları ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər, qeydiyyat şöbələri tərəfindən ölkədə 8,1 nikaha daxilolma halları qeydə alınıb.
Vəzifədən çıxarılan Elçindən - İlk açıqlama
Heç kəs üçün vəzifə əbədi deyil. Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var. Bu baxımdan mənim hökumətdə yer almamağımla bağlı nə üzüntüm, nə də təəccübüm var.
17 ilin naziri vəzifədən ÇIXARILDI? - RƏSMİ
Ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edən Hüseyn Bağırovun işdən azad edilməsi barədə məlumat yayılıb. Yayılan məlumata görə, H.Bağırov artıq nazirlikdə təhvil-təslim işlərini həyata keçirir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlamasında bildirib ki, yayılan xəbər əsassızdır: “Hüseyn Bağırov hazırda ekologiya və təbii sərvətlər naziri vəzifəsini icra edir”.
Energetika Nazirliyində yeni təyinat
Energetika Naziri Pərviz Şahbazov Rauf Zeynalovu özünə yeni köməkçi təyin edib. O, bundan əvvəl Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin investisiyalar və layihələrin idarə olunması şöbəsinin müdiri olub.
Regionlarda ASAN xidmət
Səyyar ASAN xidmət 28 mart – 26 aprel Qusar, Astara, Balakən, Yevlax, Şəmkir şəhərlərində,3 may Zərdab rayonunda,10 may Xaçmaz şəhərində, 4 may Xızı şəhərində, 19 may Şirvan şəhərində, 7 may Binə qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Hüseyn Abdullayevin tutulması xəbəri rəsmən təsdiqlənib
Beynəlxalq axtarışda olan sabiq deputat Hüseyn Abdullayev xaricdə tutularaq Azərbaycana gətirilib. Məlumata görə, H. Abdullayev "İnterpol" tərəfindən Türkiyədə saxlanılıb və Azərbaycan daxili işlər orqanları əməkdaşlarına təhvil verilib.
Abid Şərifovun səhhəti necədir? - Özü açıqladı
DTX əməliyyata başladı: gizli ibadət-tədris kompleksi...
Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən Azərbaycan Respublikasının vətəndaşı Rəhmanlı Rəhman Mikayıl oğluna məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkar edilib.
DİM dövlət qulluğuna qəbul imtahanından keçən namizədlərə müraciət etdi
Dövlət İmtahan Mərkəzi (DİM) inzibati icraçı vəzifələrə (B növ) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərə müraciət edib. DİM-dən “Olaylar”a verilən məlumata görə, inzibati icraçı vəzifələrə (B növ) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.
İtkin düşən gənclərin axtarışına helikopter cəlb edilib
18 aprel 2018-ci il tarixində Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən davam etdirilir.
.jpg)
.jpg)












