Sosial
Nazirlik: "Suçiçəyi əleyhinə peyvənddən istifadə edilmədiyi üçün hələ də xəstəliyə yoluxma halları var"
Azərbaycanda suçiçəyi əleyhinə peyvənd istifadə edilmədiyi üçün hələ də ölkədə bu xəstəliyə yoluxma halları qeydə alınır. Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Avropada İmmunlaşdırma Həftəsinə həsr olunmuş mətbuat konfransında deyib.
Binəqədidə göz müayinəsi səyyar xidməti təşkil olunub
Tibbi sığorta qayqaları dəyişdi
Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. “Olaylar” xəbər verir ki, dəyişikliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar tərəfindən icbari tibbi sığorta müqaviləsinin bağlanılmasından imtina edilməsi, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsi və ya aşağı salınması, ödənilməsi müddətlərinin pozulması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda inzibati məsuliyyət yaradır.
Füzulidə 5 cəbhəyanı kəndi birləşdirən yol əsaslı şəkildə yenidən qurulur
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmas xəttinə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrinə gedən yollar əsaslı şəkildə yenidən qurulub və qurulmaqda davam edir. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, təkcə Füzuli rayonunda bu il 5 cəbhəyanı kəndi birləşdirən yolların əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılmaq üzrədir.
Avtobusların intervalında gecikmələr var
Paytaxtın yollarında nəqliyyatın hərəkətində müşahidə edilən sıxlıq səbəbindən avtobusların intervalında gecikmələr var. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqə və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev verib.
Tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu üçün son vaxt açıqlandı
Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2018-ci il aprelin 30-dək davam edəcək. Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Mərkəzinmüvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Taxoqraflardan istifadə etməyənlər cərimələnəcəklər, amma bu il yox
İnzibati Xətalar Məcəlləsinə edilən və dünən rəsmən imzalanan başqa bir dəyişiklik taxoqrafdan istifadə ilə bağlıdır. Bu dəyişiklik də 1 yanvar 2019-cu ildən qüvvəyə minir.
“ASAN xidmət”in fəaliyyəti genişləndirilir
Prezidentin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) maliyyə inklüzivliyinin gücləndirilməsi prioritet hədəfi üzrə vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir.
Autizm problemləri və erkən müdaxilə mövzusunda tədbir
Azərbaycan Dillər Universitetində Dünya Autizm Məlumatlandırma Gününə həsr olunmuş “Autizm problemləri və erkən müdaxilə tədbirlərinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib. ADU-nun Mülki müdafiə və Tibbi biliklərin əsasları kafedrasının baş müəllimi Sədaqət Musayevanın təşəbbüsü və Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədlinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov, rektorun məsləhətçisi Anar Osmanlı, Mülki Müdafiə və Tibbi biliklərin əsasları kafedrasının müdiri dosent Sevda Zamanova, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Bakı metrosu yenə qarışdı - Vaqonlar boşaldıldı - SƏBƏB
Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamla Naxçıvan Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Mədəniyyət Nazirliyi və Naxçıvan Turizm Departamenti yaradılıb.
İndoneziyanın Gənclər və İdman naziri Azərbaycanda
Azərbaycan Dillər Universitetində İndoneziya Gənclər və İdman naziri İman Nahravinin rəhbərlik etdiyi nümayəndə heyəti tələbələrlə görüşüb. Görüş ADU-nun İndoneziya Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutub. Tədbiri giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektoru Sərraf Hüseynov qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. O, universitetin tarixi haqqında məlumat verib. S.Hüseynov ADU-da fəaliyyət göstərən fakültələr və tədris olunan dil və mədəniyyətlər haqqında danışıb.
Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda bölmə iclası keçirilib. Tədbir ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmin nümayişi ilə başlayıb.
Çində ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirilib. Çinin Huzhou Universitetində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Bir qurşaq – bir yol: multikulturalizmin öyrənilməsi” mövzusunda bölmə iclası keçirilib.














