Sosial

Miqrasiya Xidmətinin əməkdaşları sahibkarlara təlim keçib

16 May 2018 16:13

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin tənzimlənməsi, müvəqqəti olma müddətinin uzadılması və onlara müvəqqəti yaşamaq üçün icazələrin verilməsi” mövzusunda təlim keçirilib.

Rektor səfir ilə görüşdü

16 May 2018 16:05

Mayın 16-da Azərbaycan Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoralla görüşüb. Olaylar.az bildirir ki, qonağı salamlayan rektor Kamal Abdulla Ərkan Özoralı ADU-da görməkdən məmnun olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfrans haqqında məlumat verən Kamal Abdulla konfransın bölmə iclaslarının Türkiyənin Atatürk və Ərciyəs universitetlərində də yüksək səviyyədə baş tutduğunu bildirib, qardaş ölkəyə minnətdarlığını çatdırıb. Kamal Abdulla Türkiyə universitetləri ilə ADU arasında əlaqələrin daha da güclənməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacib olduğunu deyib.

“AİM - ASAN İnkişaf Modeli” layihəsi başa çatdı

16 May 2018 16:02

“ASAN Könüllüləri” Təşkilatı və “AccessBank”ın birgə təşkilatçılığı ilə həyata keçirilən “AİM - ASAN İnkişaf Modeli” layihəsi başa çatıb. Olaylar.az bildirir ki, “AİM” sosial proqramının əsas məqsədi regionlarda təhsil alan şagirdlərin tənqidi və tətbiqi düşünmək bacarıqlarını, o cümlədən yaradıcı, məntiqi təfəkkürünü inkişaf etdirməkdir.

Azərbaycanda üç ayda 3556 boşanma olub

16 May 2018 15:54

Cari ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 18 260 nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 9 916 345 nəfərə çatıb.

Ekoloq: "“Od kəməri” aktivləşsə, vulkan qışı olacaq"

16 May 2018 15:35

Vulkan püskürməsi nəticəsində Havay adalarını lava qatı örtməyə və çatlar yaranmağa başlayıb. Hazırda belə çatların sayı on yeddi ədəddir. Çatların ümumi uzunluğu bir kilometrə bərabərdir. Yerli nümayəndələr Halekamahina adasının tam boşaldılması ilə bağlı qərar qəbul edib və tarixin ən güclü vulkan püskürməsinin baş verəcəyi ilə bağlı xəbərdarlıq elan edilib.

Hakimlər Probasiya xidmətinin elektron monitorinq fəaliyyəti ilə tanış olublar

16 May 2018 15:18

Ölkə Prezidenti cənab İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür, bu məqsədlə Ədliyyə Nazirliyində yeni Probasiya xidməti yaradılıb, həmin cəzaların icrasında müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmaqla elektron nəzarət vasitələrinin tətbiqinə başlanılıb.

“Ailəliklə kitabxana” layihəsinə start verildi

16 May 2018 14:52

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının birgə təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 15 May “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Ailənin sosial və psixoloji funksiyalarının möhkəmləndirilməsində mütaliənin yeri və rolu” adlı konfrans keçirilib.

İqtisadiyyat naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

16 May 2018 14:50

İqtisadiyyat naziri Şahin Mustafayev mayın 18-də Ağcabədidə Zərdab, Laçın və Ağcabədi rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bakıda DGK əməkdaşları üçün seminar keçirilib

16 May 2018 14:48

Mayın 16-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində "Ümumi Tranzit Proseduru və Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi (NCTS) haqqında məlumatlandırma" mövzusunda seminar keçirilib.