Sosial

Bürclər – 17 may

17 May 2018 09:31

Google şirkəti Google Drive bulud servisini bağlayır

16 May 2018 20:37

Google şirkəti istifadəçi məlumatlarının saxlanması üçün nəzərdə tutulmuş Google Drive bulud servisini bağlayır və onun yenilənmiş versiyası olan Google One servisini istifadəyə verir.

Bakının bu ərazisində sabah içməli su olmayacaq

16 May 2018 18:13

Yeni Yasamal yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Xızının su təminatı yaxşılaşdırılacaq

16 May 2018 16:16

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti dövlət investisiya layihəsi çərçivəsində Xızı rayonunun Yeni Yaşma kəndinin içməli su təminatının yaxşılaşdırılması layihəsinin icrasına başlayıb.

Miqrasiya Xidmətinin əməkdaşları sahibkarlara təlim keçib

16 May 2018 16:13

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin tənzimlənməsi, müvəqqəti olma müddətinin uzadılması və onlara müvəqqəti yaşamaq üçün icazələrin verilməsi” mövzusunda təlim keçirilib.

Rektor səfir ilə görüşdü

16 May 2018 16:05

Mayın 16-da Azərbaycan Dillər Universitetinin  rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoralla görüşüb. Olaylar.az bildirir ki, qonağı salamlayan rektor Kamal Abdulla Ərkan Özoralı ADU-da görməkdən məmnun olduğunu bildirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı I Beynəlxalq elmi konfrans haqqında məlumat verən Kamal Abdulla konfransın bölmə iclaslarının Türkiyənin Atatürk və Ərciyəs universitetlərində də yüksək səviyyədə baş tutduğunu bildirib, qardaş ölkəyə minnətdarlığını çatdırıb. Kamal Abdulla Türkiyə universitetləri ilə ADU arasında əlaqələrin daha da güclənməsi, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün səylərin artırılmasının vacib olduğunu deyib.