Sosial

Evində dünyanın 60-dan çox ölkəsindən 2 minə yaxın turist qarşılayan azərbaycanlı - FOTOLAR

6 İyul 2018 09:52

Qubanın Xınalıq kənd sakini Rəhman Sərkərov öz evində dünyanın 60-dan çox ölkəsindən 2 minə yaxın turist qarşılayıb. Bu dünyanın ən yüksək yaşayış məntəqələrindən biri sayılan Xınalıqda yaşayan Rəhman Sərkərovun son 18 ildə qarşıladığı əcnəbi qonaqların sayıdır. Xarici qonaqların içərisində Kanada, ABŞ, İndoneziya, Çin, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, bir sözlə Antraktidadan başqa digər bütün materiklərin olub.

Sürətlə arıqlamağa kömək edən  QİDALAR

6 İyul 2018 09:31

Sağlam şəkildə sürətlə arıqlamaq istəyənlər qida rasionlarına müəyyən məhsulları salmaqla buna nail ola bilər.

Atasız uşaqların STATİSTİKASI - AZƏRBAYCANDA

6 İyul 2018 09:20

Son iki ildə Azərbaycanda qeyr-rəsmi nikahda olan qadınlar tərəfindən doğulan uşaqların təxminən 30 faizi yalnız ananın ərizəsi əsasında Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələrində qeydiyyata alınıb. 2017-ci ildə Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan 22 796 uşağın 16 471-i hər iki valideynin, 6325-i tək ananın ərizəsinə əsasən, qeydiyyata alınıb. Tək ananın ərizəsi ilə qeydiyyata alınan uşaqlar ümumilikdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların 27,75 faizini təşkil edib.

Nazir Finlandiyanın Xarici Ticarət və İnkişaf naziri ilə görüşüb

6 İyul 2018 08:25

Ekologiya və Təbii Sərvətlər   Nazirliyində nazir Muxtar Babayevlə Finlandiyanın Xarici Ticarət və İnkişaf naziri xanım Anne-Mari Viroleyninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Səfir fəxri professor adına layiq görüldü

6 İyul 2018 08:18

Azərbaycan Dillər Universiteti Elmi Şurasının qərarı ilə İndoneziya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fanani ADU-nun fəxri professoru adına layiq görülüb. Olaylar.az bildirir ki, tədbirdə Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti, İndoneziya Respublikasının Xalq Məşvərət Şurasının nümayəndələri və İndoneziya Respublikasının ölkəmizdəki səfirliyinin əməkdaşları iştirak ediblər.