Sosial
Məktəblilərarası breyn-rinq bilik yarışı keçirilib
Paytaxt məktəbliləri arasında “Gənc istedadlar” breyn-rinq bilik yarışı keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, bilik yarışının təşkil olunmasının əsas məqsədi şagirdlərin müxtəlif sahələr üzrə istedad və qabiliyyətinin, dünyagörüşünün, intellektual səviyyəsinin, müzakirə, təhliletmə, nitq, özünü təqdimetmə, kollektivi təmsiletmə qabiliyyətinin inkişafı və İKT-dən istifadə bacarıqlarının üzə çıxarılmasından ibarətdir.
AQTA jurnalistlər üçün təlimləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən jurnalistlər üçün keçirilən “Qida təhlükəsizliyi üzrə media təlim” davam edir. Agentlikdən “OLAYLAR”-a bildirilib ki, təlimlərin ikinci günündə media nümayəndələrinə qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlıq subkeytlərinin qeydiyyat prosesi və sahibkarlarla əməkdaşlıq barədə geniş məlumat verilib. Bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 1 iyul 2018-ci il tarixindən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestri aparılır. Qanunvericiliyə əsasən, qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır. Odur ki, Agentlik qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinə çağırış edir ki, qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün müraciət etsinlər.
Rusiyada azərbaycanlılara qan udduran qara maskalılara hökm oxundu
Sumqayıt şəhərində əmək yarmarkası keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Sumqayıt şəhərində işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirilib.
Müəllim və valideynlərlə görüş keçiriləcək
İlahiyyat İnstitutu Türkiyə universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) nümayəndə heyəti Türkiyə Respublikasınınali təhsil müəssisələri ilə görüşlər keçirmək üçün işgüzar səfərdədir. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, səfər çərçivəsində Türkiyənin İstanbul şəhərində İstanbul Müftiliyi, İstanbul Universiteti, Marmara Universiteti, 29 Mayıs Universiteti, IRCICA və İSAM rəhbərliyi; Ankarada isə Ankara Universiteti, Yıldırım Beyazit Universiteti, Türkiyə Diyanət Vəqfi, Türkiyə Diyanət İşləri başqanının yardımçısı, Təhsil şöbəsinin rəhbəri ilə görüşlər nəzərdə tutulub.
.jpg)
.jpg)

.jpg)

.jpg)

.jpg)




.jpg)

