Sosial

Gəlimli-gedimli dünyanın 2018-ci ili

26 Dekabr 2018 15:21

Züleyxa NADİRЯ

BŞTİ tərəfindən monitorinq keçirilib

26 Dekabr 2018 15:05

Paytaxtın ümumi təhsil müəssisələrinin II, IV, VI və VIII sinifləri üzrə monitorinq təşkil olunub. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.

San Dieqo şəhərində 31 dekabr “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edilib

26 Dekabr 2018 14:35

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 31 dekabr 2018-ci il tarixini “Azərbaycanlıların Həmrəyliyi Günü” elan edib.Bununla bağlı şəhər meri Kevin Falkoner tərəfindən müvafiq bəyannamə imzalanıb.

Həmrəylik Günü münasibətilə tədbir

26 Dekabr 2018 14:20

Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.

İctimaiyyət nümayəndələri imtahan sessiyasına nəzarət edəcək

26 Dekabr 2018 14:03

UNEC-də rektor, professor Ədalət Muradovun sədrliyi ilə Elmi Şuranın iclası keçirilib. Olaylar.az bildiroir ki, ilk olaraq UNEC Humanitar fənlər kafedrasının professoru Abbas Seyidov Avstriyanın İnnsbruk şəhərində yerləşən Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin akademiki seçilməsi münasibəti ilə döş nişanı ilə təltif edib. Həmçinin, UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı təltif edilib.

Dünya azərbaycanlıları üçün media platforması yaradılır

26 Dekabr 2018 13:59

Dekabrın 27-də Dünya Azərbaycanlılarının Onlayn Sammiti - daos.az saytının təqdimatı keçiriləcək. “OLAYLAR” xəbər verir ki, təqdimatda dövlət rəsmiləri, millət vəkilləri, vətəndaş cəmiyyəti və KİV nümayəndələri, eləcə də xaricdə yaşayan soydaşlarımız iştirak edəcəklər. Dünya azərbaycanlılarının şərəfinə yaradılmış "DAOS.az"ın məqsədi, xaricdə yaşayan soydaşlarımızı virtual olaraq Vətəndə hiss etdirməkdir. Soydaşlarımızın öz yazılarını, fikirlərini, hər hansı yaradıcılıq işini, gündəlik fəaliyyətini, şəkillərini, ekspromt olaraq paylaşa biləcəklər. Xaricdə yaşayan soydaşlarımız öz paylaşımları ilə sayta özəllik gətirməklə yanaşı, həm də xəbər istehsalçısı rolunu oynayacaqlar.

Bu ilin 11 ayı ərzində 35 mindən çox vətəndaşa xidmət göstərilib

26 Dekabr 2018 13:58

Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə və Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti) mediatur keçirilib. Jurnalistlərə məlumat verilib ki, hər iki mərkəz 2014-cü ildə dövlətimizin başçısının “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” Fərmanından və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədilə yaradılıb.

Bakıda yeniyetmələrə içki və siqaret satanlar cərimələndi

26 Dekabr 2018 13:46

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. DİN-dən “Olaylar”a verilən məlumata görə, dekabrın 25-də Nazirliyin Baş İctimai Təhlükəsizlik, Xətai və Səbail Rayon Polis idarələrinin əməkdaşları birgə tədbirlər keçiriblər.Reydlər nəticəsində Xətai rayonu ərazisində 2, Səbail rayonu ərazisində isə 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib.