İctimaiyyət nümayəndələri imtahan sessiyasına nəzarət edəcək

UNEC-də rektor, professor Ədalət Muradovun sədrliyi ilə Elmi Şuranın iclası keçirilib. Olaylar.az bildiroir ki, ilk olaraq UNEC Humanitar fənlər kafedrasının professoru Abbas Seyidov Avstriyanın İnnsbruk şəhərində yerləşən Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin akademiki seçilməsi münasibəti ilə döş nişanı ilə təltif edib. Həmçinin, UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı təltif edilib.

UNEC-də rektor, professor Ədalət Muradovun sədrliyi ilə Elmi Şuranın iclası keçirilib. Olaylar.az bildiroir ki, ilk olaraq UNEC Humanitar fənlər kafedrasının professoru Abbas Seyidov Avstriyanın İnnsbruk şəhərində yerləşən Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin akademiki seçilməsi münasibəti ilə döş nişanı ilə təltif edib. Həmçinin, UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyev Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı təltif edilib.

İclas zamanı Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktor müavini Söhrab İsayev çıxış edərək 2018/19-сu tədris ilinin qış imtahan sessiyasına hazırlığın vəziyyəti barədə məlumat verib. Bu il də əvvəlki illərdə olduğu kimi qış imtahan sessiyasının monitorinqi və nəzarət səlahiyyətləri təhsil ictimaiyyətinin və medianın nümayəndələrinin yer aldığı UNEC İctimai Nəzarət Şurasına həvalə ediləcək.

Şura üzvləri sessiya dövründə UNEC-in rəhbərliyinin iştirakı olmadan "Açıq qapı"lar keçirərək, tələbə və valideynlərin müraciətlərini dinləyəcək. Eyni zamanda, Şura üzvləri sessiyanın yekunlarına dair müzakirələr aparacaqlar.

Bundan başqa, bütün fakültələrdə dekanların sədrliyi ilə yaradılmış imtahan komissiyaları tələbələrin müracitələrini qəbul etməyə hazır olacaq.

Tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün tədris binalarını kitabxanaları, həmçinin UNEC 24/7 Kitabxanası gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

Tələbələrin sorğuları qeyd edilən kanallarla yanaşı 18 46 nömrəsində operativ fəaliyyət göstərən UNEC-in "Qaynar Xətt"i tərəfindən, Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC rəsmi Facebook kanalından və hər bir tədris binasında çalışan qərargahlar tərəfindən cavablandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31