Sosial
Tələbələrin köçürülməsinə başlanılıb
Agentlik açıqladı: Toyuğun çəkisi süni şəkildə artırılır - Video
Bürclər - 1 fevral
Məşhur aktrisa dünyasını dəyişdi
Jurnalistlərə “Rəqəmsal ödənişlər” mövzusunda təlim təşkil ediləcək
Maliyyə Bazarlarına Nəzarət Palatası “VISA Inc.” beynəlxalq kart təşkilatı ilə birgə fevralın 12-də kütləvi informasiya vasitələri nümayəndələri üçün “Rəqəmsal ödənişlər” mövzusunda təlim keçirəcək. Palatadan bildirilib ki, təlimdə rəqəmsal ödəniş sistemləri, elektron ödənişlər və kölgə iqtisadiyyatı, rəqəmsal ödənişlərin iqtisadi təsiri, bu sahədə məhdudiyyətlər, müxtəlif ölkələrdə elektron ödənişlərin qəbul səviyyəsi, “nağdsız ödəniş” təcrübəsi, habelə “VISA Inc.” beynəlxalq kart təşkilatı tərəfindən tətbiq olunan innovativ məhsul və xidmətlər haqqında məlumat veriləcək.
Bakıda YANĞIN
Bakının Xəzər rayonunda ikimərtəbəli ev yanıb. Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 70 kv.m sahədə yanıb.
Gənclər günü münasibətilə tələbələr mükafatlandırılıb
Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə dəyirmi masa keçirilib. Olaylar.az bidirir ki, BDU THİK-nin sədri, dosent Daşqın Qənbərov ümummilli lider Heydər Əliyevin gənclərə, onların təhsilinə daim diqqət və qayğı ilə yanaşdığını, problemlərinin həlli istiqamətində görülən işlərə xüsusi önəm verdiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
JTI şirkəti Azərbaycanda on birinci su təchizatı layihəsi həyata keçirdi
"Japan Tobacco International” (JTI) şirkətinin Azərbaycandakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirib. Olaylar.az bildirir ki, sayca 11-ci olan layihə Samux rayonunun Sərkar kəndində Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Samux Rayon İcra Hakimiyyəti ilə birgə həyata keçirilib.
Bakı Zooparkı fəaliyyətini DAYANDIRIR
Bakı Zooparkı yenilənir, hazırda heyvanların köçürülməsi prosesinə başlanılıb. Bunu Zooloji Parkın direktoru Azər Hüseynov deyib. A.Hüseynovun sözlərinə görə, zoopark bir neçə aylıq fəaliyyətini dayandırır:














