Sosial

Bürclər - 7 fevral

7 Fevral 2019 11:19

Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları ilə dostluq turniri 

7 Fevral 2019 11:13

Azərbaycan Dillər Universitetində (ADU) Çinin Azərbaycandakı səfirliyinin əməkdaşları, ADU-nun Konfutsi İnstitutunun müəllim və tələbələri arasında dostluq xarakterli stolüstü tennis turniri keçirilib. Olaylar.az bildirir ki, Bahar bayramı - Çin Yeni ilinə həsr olunmuş idman görüşməsi isti və səmimi bir atmosferdə keçirilib.

Professor Eldar İsgəndərovla görüş

7 Fevral 2019 11:12

Görkəmli dirijor Niyazinin mənzil - muzeyində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R. Babayev adına 25 nömrəli 11 illik musiqi məktəbinin təşkilatçılığı ilə violonçel ifaçısı, xalq artisti, professor Eldar İsgəndərovla görüş keçirilib. Olaylar.az bildirir ki, ilk öncə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Zəlzələ baş verən ərazilərin seysmik vəziyyəti açıqlandı

7 Fevral 2019 11:02

Şamaxı, Ağsu və İsmayıllı rayonlarında baş vermiş zəlzələlərlə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli KİV nümayəndələri üçün mətbuat konfransı keçirib. Olaylar.az bildirir ki, RSXM-in Zəlzələlərin tədqiqatı bürosunda baş tutan konfransda Q.Yetirmişli zəlzələ bölgəsinin seysmik vəziyyəti, baş verən təkanlardan sonra ərazidə aparılan müşahidələr və hazırki vəziyyətlə bağlı məlumatları açıqlayıb. O, zəlzələdən sonra 130-dan çox afterşokun qeydə alındığını, hazırda ərazidə prosesin davam etdiyini bildirib.

Firudin Qurbanov Koreya səfiri Kim Tonq-opla görüşüb

7 Fevral 2019 10:59

Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, Azərbaycan Respublikası təhsil nazirinin müavini Firudin Qurbanov Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq-op ilə görüşüb. Olaylar.az bildirir ki, görüş zamanı ölkələrimiz arasında yüksək səviyyəli tarixi əlaqələrə toxunan F.Qurbanov mövcud əlaqələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə, o cümlədən elm və təhsil sahəsində inkişaf etdiyini bildirib.

Vətən oğlu...

7 Fevral 2019 10:51

AzTV-də böyük addım və VACİB QADAĞALAR: toy müğənnilərinin, bayağılığın sonu - RƏYLƏR

7 Fevral 2019 10:17

“Əgər veriliş səviyyəsizdirsə, demək ki, həmin kanalın rəhbəri də o səviyyədədir”. Bu sözləri Milli Konservatoriyanın rektoru, tanınmış bəstəkar Siyavuş Kərimi fevralın 6-da “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılması ilə bağlı  danışarkən deyib. Xalq artisti Siyavuş Kərimi qurumun yaradılmasının əhəmiyyətini belə qiymətləndirib:

İtaliyanın ən nüfuzlu jurnalında Azərbaycanlı alimlərin elmi məqalələri

7 Fevral 2019 10:13

İtaliyanın Genuya Universitetində “25 illik Azərbaycan-İtaliya münasibətləri Aralıq dənizi, Qara dəniz və Xəzər dənizinin şahidliyi kontekstində” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.  Fəlsəfə İnstitutundan Olaylar.az-a verilən məlumata görə, bir sıra Avropa ölkələrindən tanınmış alimlərin iştirak etdikləri konfransda Azərbaycanı AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, hüquq üzrə elmlər doktoru İsaxan Vəliyev, AMEA-nın Fəlsəfə İnstitutunun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zöhrə Əliyeva təmsil ediblər.