Sosial

Elmlər Akademiyası müsabiqə elan edir: “Gənc qadınlar elmdə”

11 Fevral 2019 10:43

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentinin müvafiq sərəncamına əsasən AMEA-nın gənc qadın alimləri üçün “Gənc qadınlar elmdə” müsabiqəsi elan olunur. Olaylar.az bildirir ki, müsabiqə elmin aktual və müasir problemləri üzrə Azərbaycan üçün prioritet olan istiqamətlərdə elmi tədqiqatlar aparan gənc xanımların elmi fəaliyyətini stimullaşdırmaq və qadınların elmin inkişafında rolunu daha da artırmaq məqsədilə keçirilir.