Sosial

Moskva Dövlət Universitetində beynəlxalq forum 

28 Mart 2019 10:41

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi” adlı beynəlxalq forum keçirilib. Olaylar.az bildirir ki, Rusiya ali təhsil müəssisələrinin və Avrasiya Universitetlər Assosiasiyası Şurasının üzvü olan universitet rektorlarının, innovativ şirkətlərin və dövlət idarəetmə oqranlarının, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi forumda Bakı Dövlət Universitetini rektor Elçin Babayev təmsil edib.

Türkiyədə çalışan Xalq şairinin oğlu vəfat etdi

28 Mart 2019 10:24

Azərbaycanın Xalq şairi, mərhum söz ustadı Osman Sarıvəllinin oğlu vəfat edib. Osman Sarıvəllinin Türkiyədə yaşayan oğlu, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, professor Babək Qurbanov dünyasını dəyişib. Onun nəşi ata yurdu olan Qazax rayonuna gətirilib.

Altı alim “Elm günü”nə həsr olunmuş müsabiqədə qalib oldu

28 Mart 2019 10:24

Bakı Dövlət Universitetində keçirilmiş və “Elm günü”nə həsr olunmuş müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Olaylar.az bildirir ki, BDU-nun rektoru Elçin Babayev Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Elm Günü”nün əhəmiyyətindən, ölkədə elmin inkişafına göstərilən dövlət qayğısından bəhs edib.