Britaniyada 5 milyon insan "Breksit"lə bağlı səsverməyə qatıldı
28 Mart 2019 06:47 SosialBöyük Britaniyada 5 milyondan çox vətəndaş "Breksit" barədə qərarın ləğv edilməsinin lehinə səs verib. Britaniya Parlamentinin saytında keçirilən onlayn səsvermədə 5 milyon nəfərdən çox "Breksit" əleyhdarı səs verib.
BakuPost-un məlumatına görə, imza kampaniyasını başladan Marqaret Corciadu buna görə təhdid mesajları aldığını da vurğulayaraq deyib: "İttifaqı tərk etmək, ya da onun tərkibində qalmaq barədə qərarın xalq tərəfindən verildiyini göstərmək istəyirəm".
Xatırladaq ki, şənbə günü keçirilən etiraz mitinqinə bir milyona yaxın insanın qatıldığı bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31