Sosial

Yoluxma riskinin artmasına şərait yaradan bütün tədbirlərdən uzaq olmaq cəmiyyət üçün çox vacibdir- Aydın Quliyev

20 Avqust 2020 14:56

“Ölkəmizdə koronavirusun ikinci dalğağısının yayılma təhlükəsinin yaşandığı bir zamanda bizim milli-mənəvi dəyərlər sistemində xüsusi yeri olan Məhərrəmlik mərasimlərin keçirilməsi üçün yeni qaydaların tətbiqi üzərində iş aparmaq zərurəti yaranır.  Təcrübə göstərir ki, pandemiya zamanı ölkəmizdə  kütləvi toplaşmaqla həyata keçirilən tədbirlər pandemiyanın yayılma risqini xeyli artırır. Əlimizdə müəyyən təcrübələr var.” Bu fikirləri Olaylar.az-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Nazirlik XƏBƏRDARLIQ edir - Hava şəraiti qeyri-sabit keçəcək

20 Avqust 2020 14:49

Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən məlumata əsasən avqustun 21-i axşamdan avqustun 24-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin 18-23 m/s, 25-30 m/s, 22-si axşam, 23-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10 dərəcə aşağı enəcək.

Qızına gizlin xınayaxtı mərasimi keçirən cərimələndi

20 Avqust 2020 14:16

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tədbirləri davam etdirir.

Yeni kənd təsərrüfatı layihəsi daha bir bölgəni əhatə edəcək

20 Avqust 2020 14:06

 Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə icra etdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsinin əhatə dairəsinə Lənkəran-Astara regionu da əlavə edilib.

Karantin qaydalarını pozan idman zalı aşkarlandı

20 Avqust 2020 14:04

Paytaxtın Binəqədi rayonunda rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən, qapalı məkanda fəaliyyət göstərən, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan idman zalı aşkarlanıb.

Bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir

20 Avqust 2020 13:26

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə 21 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.

Ramiz Mehdiyev də yoxdur ki...

20 Avqust 2020 13:25