Yoluxma riskinin artmasına şərait yaradan bütün tədbirlərdən uzaq olmaq cəmiyyət üçün çox vacibdir- Aydın Quliyev

“Ölkəmizdə koronavirusun ikinci dalğağısının yayılma təhlükəsinin yaşandığı bir zamanda bizim milli-mənəvi dəyərlər sistemində xüsusi yeri olan Məhərrəmlik mərasimlərin keçirilməsi üçün yeni qaydaların tətbiqi üzərində iş aparmaq zərurəti yaranır.  Təcrübə göstərir ki, pandemiya zamanı ölkəmizdə  kütləvi toplaşmaqla həyata keçirilən tədbirlər pandemiyanın yayılma risqini xeyli artırır. Əlimizdə müəyyən təcrübələr var.” Bu fikirləri Olaylar.az-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

"Ölkəmizdə koronavirusun ikinci dalğasının yayılma təhlükəsinin yaşandığı bir zamanda bizim milli-mənəvi dəyərlər sistemində xüsusi yeri olan Məhərrəmlik mərasimlərinin  keçirilməsi üçün yeni qaydaların tətbiqi üzərində iş aparmaq zərurəti yaranır.  Təcrübə göstərir ki, pandemiya zamanı ölkəmizdə  kütləvi toplaşmaqla həyata keçirilən tədbirlər pandemiyanın yayılma riskini xeyli artırır. Əlimizdə müəyyən təcrübələr var."

Bu fikirləri Olaylar.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Siyasi ekspert vurğulayır ki, son zamanlar Azərbaycan sərhədlərində erməni silahlı qüvvələri üzərində əldə etdiymiz qələbə münasibətilə keçirilən kütləvi aksiyalardan sonrakı həftələrdə virusun yayılmasında artımın baş verməsi dediklərimizə sübutdur:  "Yaxud da, Qurban bayramında, digər dini ayinlərdə kütləvi namaz qılınmaların təxirə salınması ölkəmizdə pandemiya vəziyyətində öz müsbət tərəfini göstərdi. Ona görə də cəmiyyətimiz milli-mənəvi dəyərlərin qorunması, yaşadılması ilə cəmiyyətimizin fiziki sağlamlığı və pandemik təhlükənin qarşısının alınması arasında balans yaradan tədbirlərin zəruriliyini anlamalıyıq. Yəni, bizim üçün milli-mənəvi dəyərlərin, dini ayinlərin icrası nə qədər vacib olsa da, cəmiyyətin sağlamlığı və pandemiyadan mühafizə hədəfləri bir o qədər əhəmiyyətli və vacibdir. Əgər pandemiyanın yenidən yayılma  riskinin qarşısının alınması üçün bütün tədbirlərin, həmçinin dövlət tədbirlərinin, dini xarakterli tədbirlərin təxirə salınması ehtiyac varsa, fikrimcə düşünmədən bununla razılaşmalıyıq."

Aydın Quliyev bildirir ki, başqa müsəlman ölkələrində müxtəlif vaxtlarda dini, kütləvi tədbirləri  təxirə salmağa məcbur olublar: "Bu da həmin ölkələrdə yeni risklərin yaranmasının qarşını  almaq məqsədi ilə olub. Buna görə də Məhərrəmlik mərasimləri ilə bağlı müəyyən kütləvi tədbirlərin təxirə salınması yoluxmanın artmasının qarşısının alınmasında müsbət nəticələrə səbəb olacaq. Mərasimlər başlamamış yoluxma sayında indiki vəziyyətdə dəyişmə və irəliləmə var. Belə ki, avqustun ilk günlərində ölkədə yoluxma səviyyəsi iki rəqəmlə ifadə olunurdusa, son günlər artıq yoluxma sayı yüzü keçməkdədir. Belə şəraitdə yoluxma riskinin artmasına şərait yaradan bütün tədbirlərdən uzaq olmaq cəmiyyət üçün çox vacibdir. Bizim cəmiyyətimiz verilən hər biri qərarı anlayışla qarşılamalı və pandemiyanın yeni yayılma dalğasının qarşısnın alınması üçün Məhərrəmlik mərasimlərinin müəyyən bir məhduduiyyətlərlə həyata keçirilməsinə razılaşmalıyıq."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31