Sosial

Azərbaycanda səyyar notariat xidmətinə start verilib

21 Avqust 2020 13:29

 Azərbaycanda vətəndaşlara səyyar notariat xidmət göstərilməsi mümkündür.“Olaylar”ın məlumatına görə, bunu Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat İdarəsinin baş məsləhətçisi Zaur Hüseynov deyib

Güclü şimal-qərb küləyi əsəcək- SABAH

21 Avqust 2020 13:23

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə 22 avqustda Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-28, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq.

Açıq meşə sahələrində salınmış aqrobağlarda monitorinqlər davam etdirilir

21 Avqust 2020 13:20

Meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə olunması və meşə örtüyünün artırılması məqsədilə açıq meşə ərazilərində salınmış aqrobağların vəziyyəti, onlara göstərilən qulluq səviyyəsi və görülən işlərin gedişatı ilə tanış olmaq üçün bu günlərdə bir neçə rayonda aqrobağlara baxış keçirilib. Bunu Olaylar.az-a Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Bu rayonda koronovirusa yoluxma 0-a endi

21 Avqust 2020 13:17

Son 3 gün ərzində Cəlilabad rayonu ərazisində koronavirus (COVID-19) infeksiyasına yoluxma halı qeydə alınmayıb.

Yeni Həyat Tərzinə keçidlə bağlı videoçarx hazırlanıb

21 Avqust 2020 13:16

İqtisadiyyat Nazirliyi cəmiyyətdə koronavirus (COVİD 19) pandemiyası ilə mübarizə istiqamətində görülən tədbirlər çərçivəsində Yeni Həyat Tərzinə keçidlə bağlı məlumatlandırma və maarifləndirmə işlərini davam etdirir.

Allahşükür Paşazadədən Aşura tövsiyyəsi

21 Avqust 2020 13:15

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib.

Beynəlxalq Miqrasiya Təşkilatı DGK-ya ofis avadanlıqları verib

21 Avqust 2020 12:52

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi və Dövlət Gömrük Komitəsi arasında əməkdaşlıq davam edir

Tovuzun Ağdam kəndində müharibə veteranlarının evlərinə qaz çəkilir

21 Avqust 2020 12:51

Bu günlərdə “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları iyul ayının əvvəllərində düşmən təxribatı ilə üz-üzə qalan Tovuz rayonunun Ağdam kəndində qaz təsərrüfatının mövcud vəziyyətinin daha da yaxşılaşdırılmasına başlayıb.

Ölkəyə qanunsuz gətirilən siqaret aşkarlandı

21 Avqust 2020 12:51

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb

Karantin qaydalarını pozan sahibkar məhkəməyə verildi

21 Avqust 2020 12:50

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində karantin qaydalarını pozaraq insanları bir yerə toplayıb, yeni obyektin açılışı məqsədilə məclis təşkil edən şəxs müəyyən edilib.

Audit  “Azəriqaz”ın fəaliyyətində uyğunsuzluq aşkarlamayıb

21 Avqust 2020 12:50

“Azəriqaz” İstehsalat Birliyində ISO 10002 “Müştəri məmnuniyyəti və şikayətlərin araşdırılması” üzrə keçirilən audit yekunlaşdırılıb.

Baş Prokurorluğun ictimai köməkçilərinə vəsiqə veriləcək

21 Avqust 2020 12:46

Baş Prokurorluq ictimai köməkçilərə vəsiqə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.