Baş Prokurorluğun ictimai köməkçilərinə vəsiqə veriləcək

Baş Prokurorluq ictimai köməkçilərə vəsiqə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Baş Prokurorluq ictimai köməkçilərə vəsiqə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. "Olaylar"ın məlumatına görə, Baş Prokurorluğun "Instagram" səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda Prokurorluq orqanlarında ictimai köməkçilərə vəsiqə verilməsi nəzərdə tutulmayıb: "Lakin bu məsələyə gələcəkdə baxıla bilər". 

Qeyd edək ki, Baş Prokurorluğun "Instagram" səhifəsində sual-cavab sessiyası keçirilir. Saat 09:00-dan başlayan sessiya 15:00-dək davam edəcək. Vətəndaşlar onlayn sessiyaya qoşularaq prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı suallar verə bilərlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31