Sosial

Nəsimi rayonunda 400 şagirdə məktəbli forması Təqdim Edilib

15 Sentyabr 2020 12:14

 Nəsimi rayonunda 600-dən yüksək bal toplayan abituriyentlərlə video-konfrans keçirilib.

1585 namizəd vakant yer tutub

15 Sentyabr 2020 11:38

2020-ci ilin 10-11 sentyabr tarixlərində Azərbaycan dili (dövlət dili kimi), alman dili, ingilis dili, kimya, riyaziyyat və texnologiya fənləri üzrə keçirilən vakansiya seçimi mərhələsinin nəticələri açıqlanıb. Olaylar.az bildirir ki, elektron yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Nəticələrə əsasən, 1585 namizəd vakant yer tutub.

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

15 Sentyabr 2020 11:37

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 12-13 sentyabr tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba, Bərdə və Samux rayonları ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb. Bunu Olaylar.az-a Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

“Virtual məktəb”lə bağlı 146-4 "Qaynar xətt" xidməti istifadəyə verildi

15 Sentyabr 2020 11:34

Sentyabrın 15-dən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsi ilə bağlı  146-4 "Qaynar xətt" xidməti istifadəyə veriləcək. Olaylar.az bildirir ki, əsas məqsəd "Virtual məktəb"lə bağlı vətəndaşlara xidmət göstərilməsi, daxil olan vətəndaş müraciətlərinin qısa zamanda emalı  və vətəndaş məmnuniyyətinin təmin edilməsidir.

Təhsil naziri: "Qaydalara riayət etməklə hər bir şagirdin təhsilinə nail olacağıq"

15 Sentyabr 2020 11:30

Təhsil naziri Emin Əmrullayev “Bilik günü” münasibətilə şagird, tələbə, müəllim və valideynləri təbrik edib.

3000 il tarixi olan dini ibadətgah tapıldı - Daşkəsəndə

15 Sentyabr 2020 11:28

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Daşkəsən arxeoloji ekspedisiyası rayon ərazisində dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Xoşbulaq yaylağında arxeoloji qazıntı işləri aparıb. Olaylar.az bildirir ki, ekspedisiyanın rəhbəri t.ü.f.d., dosent Bəxtiyar Cəlilov bildirib ki, ekspedisiya müddətində bölgədə qeydə alınmış kurqan tipli arxeoloji abidə qazıntıya cəlb edilərək tədqiq olunub. Tədqiq edilən kurqanın üst örtüyünün perimetri boyunca iri qaya daşlarından ibarət kromlexi (kromlex - sakral xarakterli dairəvi daş düzümü) olub. Kurqanın qəbir kamerası daş qutu tipindədir. Kamera iri sal qaya daşlarından dördkünc formada hazırlanmaqla, üzəri sal daşlarla örtülüb.

52 nəfər direktor vəzifəsinə təyin edildi

15 Sentyabr 2020 11:27

2019-cu ilin iyul ayında elan edilmiş dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin növbəti yerləşdirmə mərhələsinin nəticələri məlum olub. Olaylar.az bildirir ki, nəticələrə əsasən, uğur qazanmış və ehtiyat kadr siyahısında olan daha 52 nəfər direktor vəzifəsinə təyin edilib. Bununla da, 2019-2020-ci illərdə müsabiqədə uğur qazanaraq direktor vəzifəsinə təyin olunan şəxslərin sayı 433 nəfərə çatıb.

Xarici ölkələrin QHT təcrübəsi təşviq ediləcək

15 Sentyabr 2020 11:25

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi “QHT fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq təcrübənin təşviqi” layihəsinin icrasına başlayıb. Təşkilatdan Olaylar.az-a verilən məlumatda qeyd edilir ki, layihə 3 ay müddətində fəaliyyət göstərəcək. Layihənin əsas məqsədi  QHT-lərlə bağlı xarici ölkələrin qabaqcıl qanunvericilik təcrübəsinin  öyrənilməsi və yaxşı nümunələrin milli səviyyədə tətbiqini təşviq etməkdən ibarətdir.

Deputat: “Nizami və Kəpəz rayonlarının ləğvi ilə bağlı məsələ reallıqlara əsaslanır”

15 Sentyabr 2020 11:26

 “Gəncədə Nizami və Kəpəz rayonlarının ləğvi ilə bağlı məsələ reallıqlara əsaslanır. Çünki o rayonların heç birinin lazımi səlahiyyətləri yox idi.

Virtual məktəb yeni tədris ilinə hazırdır

15 Sentyabr 2020 11:15

“Virtual məktəb”də şagirdlərin və müəllimlərin qeydiyyatı yeni tədris ilində aktivləşir. Platformada daha əvvəl qeydiyyatdan keçməmiş şagird və müəllimlər virtual.edu.az saytına daxil olub, FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi ilə bağlı ətraflı təlimatla buradan tanış olmaq mümkündür (rb.gy/j6raxf).

Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi

15 Sentyabr 2020 11:07

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr tarixinədək davam edəcək. Olaylar.az bildirir ki, valideynlər (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər. 

Qanunsuz torpaq satan bələdiyyə sədrinə cinayət işi açılıb

15 Sentyabr 2020 11:05

Ağstafa rayon Dağkəsəmən bələdiyyəsinin sədri işləyən Ariz Bayramovun  qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında Qazax rayon prokurorluğunda araşdırma aparılıb