“Tövrat”ın qədim nüsxəsi qorunur- Muzeydə

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında yəhudiliyin tarix və mədəniyyətinə aid kitablar, fotoneqativlər qorunur. Olaylar.az bildirir ki, muzeyin Sənədli mənbələr fondunda yəhudiliyin müqəddəs kitabı olan “Tövrat”ın 1852-ci ilə aid nüsxəsi də mühafizə olunur.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında yəhudiliyin tarix və mədəniyyətinə aid kitablar, fotoneqativlər qorunur.

Olaylar.az bildirir ki, muzeyin Sənədli mənbələr fondunda yəhudiliyin müqəddəs kitabı olan "Tövrat"ın 1852-ci ilə aid nüsxəsi də mühafizə olunur.

Həmçinin muzeyin kitabxanasında yəhudi tarixinə aid nadir kitablar, Etnoqrafiya fondunda XX əsrin əvvəllərinə aid yəhudi milli geyimləri, Neqativ fondunda Azərbaycan yəhudilərini və yəhudi məişətini əks etdirən fotoneqativlər saxlanılır.

Bu materiallar yəhudiliyin tarixinin öyrənilməsində əhəmiyyətli mənbələrdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31