Sosial
Zeynalabdin Tağıyevin nəticəsi Alban Klouddan Azərbaycana maraqlı dəstək gəlib
Zeynalabdin Tağıyevin nəslinin davamçısı Fransada yaşayan Alban Kloud Ermənistanın təxribatına qarşı etirazını ifadə edib. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsindən daxil olub. Dətək mesajında qeyd edilir:
ATƏT PA-nın prezidenti Ermənistanın Azərbaycana təcavüzü barədə məlumatlandırlıb
Milli Məclisin Sədri Sahibə Qafarova ilə ATƏT Parlament Assambleyasının Prezidenti Georgi Tsreteli arasında telefon danışığı olub.
Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib
Türkiyə Böyük Millət Məclisinin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Ravza Kavakçı Milli Məclisin Sədri Sahibə Qafarovaya zəng edib.
QHT məhkumlar arasında koronavirusla bağlı maarifləndirmə işi aparır
“Sağlamlığa Xidmət” İctimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) texniki dəstəyi ilə “Vərəm və COVİD-19 pandemiyası ilə birgə mübarizə” layihəsi çərçivəsində Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (İMM) COVİD-19 virusu, onun simptomları, profilaktik tədbirlər barəsində maarifləndirmə tədbirləri həyata keçirir. İctimai Birlikdən “Olaylar2a bildirilib ki, tədbirlər azadlığa buraxılmağa hazırlaşan vərəm müalicəsində olan məhkumlar və dispanser şöbədə saxlanılan məhkumlar arasında aparılır.
Pandemiya şəraitində fəaliyyət göstərən təhsil müəssisələrində hansı qaydalara əməl olunmalıdır?
Koronavirus pandemiyası dövründə təhsil müəssisələrində təhsilalanların və digər şəxslərin sağlamlığının qorunması və COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması başlıca şərtdir. Təhsil müəssisələrinin fəaliyyətinin pandemiya şəraitinə uyğun təşkili zamanı internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırıldığından, təhsilalanların mümkün qədər fərdi qaydada hazırlanmış qablaşdırılmış qidalarla təhsil aldıqları sinif otaqlarında qidalanmaları tövsiyə olunur.
Şəhid generalımızın anasından əsgərlərimizə MÜRACİƏT: Poladımın ən böyük arzusu...
“Salam, mənim əsgər balalarım! Allah üstünüzdə yar olsun, sizi qorusun. Peyğəmbərlərimizin əlləri kürəyinizdə olsun. Mən general Polad Həşimovun yox, hamınızın anasıyam. Bütün dualarım sizinlədir. Gecə-gündüz əl qaldırıb, sizə dua edirəm. Mənim general balamın əsgərləri, döyüş yoldaşları!
İTV-nin Türkiyədə də məşhurlaşan aparıcısı TRT-yə danışdı: "Redaktor mənə o xəbər verəndə..." - VİDEO
Türkiyənin TRT televiziyası İctimai Televiziyanın aparıcısı Jalə Həsənlidən müsahibə alıb.
Ermənistanda daha 327 nəfər koronavirusa yoluxdu
İbtidai sinif müəllimləri üçün onlayn ixtisasartırma təlimləri keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün onlayn ixtisasartırma təlimləri keçirilir.
Çinli gənclər Qarabağla bağlı paylaşımlar edib
Yüzlərlə çinli gənc öz sosial şəbəkə hesablarında Azərbaycanla, Qarabağla bağlı paylaşımlar edib. Onlar Çində yaşayan və fəaliyyət göstərən azərbaycanlı gənclərin Çinin ən böyük sosial şəbəkələrində Qarabağ həqiqətləri ilə bağlı yaydıqları məlumatları paylaşıblar.
Təhsil Nazirliyi: "Ermənistanın təxribatları cəbhə bölgəsində tədris prosesinə də öz təsirini göstərib"
Təhsil Nazirliyi məktəblərdə dərslərə davamiyyətlə bağlı açıqlama yayıb.
Sabahın hava PROQNOZU
Sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Əcnəbilərin ölkədə qalma müddəti uzadıldı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2020-ci il tarixli, 359 nömrəli Qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.
İctimai nəqliyyatın hərəkəti adi rejimdə Davam edəcək
28 sentyabr tarixindən Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə bağlı komendant saatı tətbiq olunan Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində Abşeron, Cəbrayıl, Füzuli, Ağcəbədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında sərnişindaşımada fasiləsiz xidmətin təmin edilməsi məqsədilə ictimai nəqliyyatın hərəkətinin adi rejimdə (06:00-00:00) davam etdirilməsi təmin ediləcək







.jpg)






