Ermənistanda daha 327 nəfər koronavirusa yoluxdu
29 Sentyabr 2020 14:35 SosialErmənistanda koronavirusa yoluxanların sayı 49 901 nəfərə çatıb.
Son sutka ərzində 327 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 1 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 958 nəfər koronavirusdan ölüb, 4 798 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31