Sosial
Azərbaycanın mobil rabitə operatoru tətbiqinə və saytına VPN-lə girişi dayandırıb
Azərbaycan cəmiyyəti siyasi dünyagörüşü və tutduğu mövqedən asılı olmayaraq dövlətlə bir sıradadır
Məhz bu birlik və bərabərlik, həmrəylik Azərbaycanı düşmənlə mübarizədə qalib edir
Direktor vəzifəsinə qəbul üzrə elektron sənəd qəbulunun müddəti uzadıldı
Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu 5 oktyabr saat 23:59-dək uzadılıb. Olaylar.az bildirir ki, müsabiqəyə elektron qeydiyyat zamanı hər hansı bir çətinliklə qarşılaşan şəxslər Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin +994070 248 19 92 mobil nömrəsinə zəng edərək bu barədə məlumat verə bilərlər.
Məktəbdənkənar təhsil müəssisəsində hərbi vətənpərvərlik mövzusunda təlimlər
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hərbi vətənpərvərlik tərbiyəsi mövzusunda maarifləndirmə təlimlərinə start verilib. Olaylar.az bildirir ki, təlimlərin keçirilməsində məqsəd ölkədə elan olunan hərbi vəziyyət dövründə uşaq və gənclərin vətənpərvərlik ruhunun daha da artırılması, milli ordumuzun qüdrətinin təbliğ edilməsi, həmçinin Mərkəzin pedaqoji heyətinə ilk yardımın göstərilməsi, mülki müdafiənin dinc dövrdən hərbi vəziyyətə keçirilməsinin qaydaları və ardıcıllığının izah edilməsindən ibarətdir.
Milli Məclisin Elm və təhsil komitəsi iclas keçirir
Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilir.“Olaylar”ın məlumatına görə, iclasın gündəliyinə üç məsələ daxildir.
Qərbi Azərbaycanın tarixi, dini... zənginliyi, Zəngi və Vedi çaylarının hövzəsi
Çar Rusiyasının generalı, kartoqraf A.A.İlyin tərəfindən tərtib edilmiş xəritələrdə, E.Kondratenkonun “İrəvan quberniyasının etnoqrafiyası” (1886) kartoqrafik təsvir vasitəsində Araz, Zəngi və Vedi çayları hövzəsinin, Göyçə gölü ətrafı yaşayış məntəqələrinin, oroqrafik yer adlarının bütünlüklə türk-məsəlman mənşəli olduğunu göstərmişlər.
V-IX siniflər əyani təhsilə başlayıblar
Oktyabrın 1-dən V-IX sinif şagirdləri həftədə 3 dəfə olmaqla əyani dərslərə cəlb ediliblər. Olaylar.az bildirir ki, əyani dərslərdə həftəlik dərs yükü 15 saat müəyyənləşdirilib. Digər dərs saatları distant formada tədris ediləcək.
Türk polisindən azərbaycanlı jurnalistə jest: “Cəzanı onlara ödətdirəcəyik!” - FOTO
Daha 8 metropolitençi övladı mükafatlandırıldı
Artıq 5-ci ildir ki, Metropoliten İşçiləri Həmkarlar İttifaqı (MİHİ) ən yüksək balla (600 və daha çox) ali təhsil müəssisələrinə qəbul olunmuş metropolitençi ailələrin övladları ilə görüş keçirir. “OLAYLAR”-a Səhmdar Cəmiyyətdən bildirilib ki, bu il 8 belə gənc ölkənin müxtəlif ali təhsil məktəblərinin tələbəsi adını qazanıb.
Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı istifadəyə verilib
Oktyabrın 1-dən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi teleqram kanalı (https://t.me/Azerbaijan_MOD) fəaliyyətə başlayıb.
İğdırda Azərbaycana dəstək aksiyası Keçirilib
Türkiyənin İğdır şəhərində Ermənistanın son hərbi təxribatına etiraz və Azərbaycan dövlətinə dəstək aksiyası keçirilib.
Xarici jurnalistlərdən, ictimai-siyasi xadimlərdən Azərbaycana Dəstək
Bu gün Azərbaycanın haqq işində təkcə xarici ölkələrdə yaşayan, qəlbi Vətənlə döyünən soydaşlarımız həmrəylik nümayiş etdirmir, ölkəmizə dost münasibəti bəsləyən xarici ekspertlər, tanınmış jurnalistlər, ictimai-siyasi xadimlər də öz dəstəklərini müxtəlif platformalardan ifadə edirlər
BŞTİ-də vətəndaşların qəbulu noyabrın 2-dək Dayandırılır
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il noyabrın 2-dək fəaliyyətini dayandırıb.
Partiya sədri beynəlxalq təşkilatları ədalətli mövqe nümayiş etdirməyə çağırıb
Azərbaycan Ordusu artıq neçə gündür ki, növbəti hərbi təxribata əl atan Ermənistan silahlı qüvvələrinə qarşı əks hücuma keçmişdir. Düşmənə sarsıdıcı zərbələr vurulur, torpaqlarımız azad olunur, bir-birinin ardınca yaşayış məntəqələrimizi, kəndlərimizi,obalarımızı geri qaytarırıq.
Azərbaycanda yaşayan icmalar ölkəmizin haqlı mövqeyini müdafiə edir
Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanda yaşayan icma rəhbərləri və nümayəndələri ilə görüş keçirilib.














