Azərbaycanın mobil rabitə operatoru tətbiqinə və saytına VPN-lə girişi dayandırıb

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" ("Nar" ticarət nişanı) "Nar+" tətbiqinə və nar.az saytına VPN-lə girişi dayandırıb.

Şirkətdən   verilən məlumata görə, VPN-dən istifadə zamanı telefonda olan məlumatlar, müxtəlif proqramlara giriş üçün zəruri olunan şifrələr ələ keçirilə bilər.

"Bütün bunları nəzərə alaraq, istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək məqsədilə "Nar+" tətbiqinə və nar.az saytına VPN-lə giriş dayandırılır", - şirkətdən bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31