Sosial

Sabaha gözlənilən hava şəraiti Açıqlanıb.

23 Sentyabr 2020 13:20

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sentyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif duman olacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Qripə və koronavirusa eyni vaxtda yoluxan ÖLƏ BİLƏR

23 Sentyabr 2020 13:18

Mövsümi qripə və yeni koronavirus infeksiyasına eyni vaxtda yoluxma (super infeksiya) insanın ölüm riskini xeyli artırır.

Eko-Radar bölməsinə daxil olan şikayət araşdırıldı

23 Sentyabr 2020 13:16

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi internet səhifəsinin Eko-Radar bölməsinə Masazır qəsəbəsindəki istixananın yaxınlığındakı gölməçənin ətrafına tullantıların atılması barədə daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. Olaylar.az bildirir ki, araşdırma zamanı ərazidə fəaliyyət göstərən istixanada formalaşan tullantıların ətrafa qeyri-mütəşəkkil atıldığı məlum olub. Nazirliyin əməkdaşlarının nəzarəti altında istixananın işçiləri tərəfindən ərazi tullantılardan təmizlənib.

Navalnı xəstəxanadan çıxdı

23 Sentyabr 2020 13:15

Aleksey Navalnı çərşənbə axşamı Berlindəki “Charite” klinikasından çıxıb.

Gün-gündən çiçəklənən Azərbaycan daim dinamik inkişafı ilə diqqət mərkəzindədir

23 Sentyabr 2020 13:13

Eldəniz Səlimov: “İnkişafımıza kölgə salmaq istəyən ünsürlər təbii ki, öz cəzalarını alacaqlar”

Dövlət Agentliyi BMT-nin ekspert toplantısında təmsil olundu

23 Sentyabr 2020 12:39

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatı (UNCTAD) tərəfindən istehsal potensialın artırılması və dayanıqlı inkişaf üçün investisiya, innovasiya və sahibkarlıq üzrə çoxillik ekspert qrupunun 8-ci sessiyası keçirilib. Mövcud pandemiya ilə əlaqədar BMT-nin Cenevrə şəhərindəki mənzil qərargahında fiziki məhdudiyyətlərin qüvvədə olması səbəbindən iclas onlayn formatda keçirilib.

Azərbaycanın tarixi, mədəni, dini abidələrinin Ermənistan tərəfindən işğal olunan bölgələrdə yox edilməsi ilə bağlı araşdırılmalar aparılıb

23 Sentyabr 2020 12:39

“Azərbaycanın tarixi, mədəni, dini abidələrinin Ermənistan tərəfindən işğal olunan bölgələrdə yox edilməsi ilə bağlıBeynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə araşdırılmalar aparılıb və onları qısa zamanda təqdim etməyi planlayırıq” .

Peşə təhsili ilə bağlı Apellyasiya Komissiyası yaradıldı

23 Sentyabr 2020 12:36

Peşə təhsili müəssisələrinə qəbul və nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Olaylar.az bildirir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yaradılan komissiya apellyasiya müraciətlərinə baxılması üçün 23-25 sentyabr tarixlərində fəaliyyət göstərəcək. 

Pandemiyanın sona çatacağı TARİX BƏLLİ OLDU

23 Sentyabr 2020 12:29

Rusiyada əhalinin vaksinasiya səviyyəsi 70-80%-ə çatarsa, ölkədə koronavirusun sirkulyasiyası 2021-ci ilin noyabrına qədər dayana bilər.

1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazandı

23 Sentyabr 2020 12:22

18-20 sentyabr tarixlərində keçirilən müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmənin nəticələri açıqlanıb. Olaylar.az bildirir ki, yerləşdirmənin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. Əlavə yerləşdirmədə 1351 namizəd vakant yer tutaraq müəllimlik fəaliyyəti ilə məşğul olmaq imkanı qazanıb.

İsmayıllıda geniştərkibli onlayn müşavirə keçirilib

23 Sentyabr 2020 12:21

 İsmayıllıda şəhər, qəsəbə və kəndlərdəki icra nümayəndələrinin iştirakı ilə növbəti video konfrans keçirilib

Kiyevdə Əhmədiyyə Cəbrayılovun anım tədbiri keçirilib

23 Sentyabr 2020 12:06

 Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi zamanı antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun anadan olmasının 100 illiyinin geniş qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq Kiyevdə anım tədbiri keçirilib.

“Tövrat”ın qədim nüsxəsi qorunur- Muzeydə

23 Sentyabr 2020 12:05

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında yəhudiliyin tarix və mədəniyyətinə aid kitablar, fotoneqativlər qorunur. Olaylar.az bildirir ki, muzeyin Sənədli mənbələr fondunda yəhudiliyin müqəddəs kitabı olan “Tövrat”ın 1852-ci ilə aid nüsxəsi də mühafizə olunur.