Fransa dəhşətli fəlakətin astanasında - Gecəyarısınadək davam edəcək

Təbii fəlakət nəticəsində 1 nəfər həlak olub, 11 nəfər itkin düşüb.

Fransada "Aleks" fırtınası tüğyan edir.

Olaylar.az xəbər verir ki, fırtına ölkənin cənub-şərqi və Nays şəhərində leysan yağışlar və selə səbəb olub.

Təbii fəlakət nəticəsində 1 nəfər həlak olub, 11 nəfər itkin düşüb.

Saatda 186 km/sürətlə irəliləyən fırtına səbəbilə ölkənin 11 bölgəsində fövqəladə vəziyyət elan olunub.

Səlahiyyətli şəxslər xalqdan vacib olmadığı müddətcə evdən çıxmamağı xahiş edib.

Hazırda 60 mindən çox insan elektriksiz qalıb. Qırmızı bölgə elan olunan Alpes-Maritimesdə bütün qatar səfərləri təxirə salınıb.

Şiddətli yağışların gecəyarısınadək davam edəcəyi proqnozlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31